Icma.az
close
up
RU
Müəyyən təxribatçı şəxslərin səyi nəticəsində Azərbaycan Rusiya münasibətlərində soyuqluq yaranıb

Müəyyən təxribatçı şəxslərin səyi nəticəsində Azərbaycan Rusiya münasibətlərində soyuqluq yaranıb

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Rusiya münasibətlərində müəyyən uğursuzluqlar olmasına baxmayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyev qonşu dövlət olan Rusiya ilə münasibətlərin daim nizamlı olmasına yaxşılaşmasına səy göstərib. Çünki bizi müəyyən əlaqələr, qarşılıqlı əməkdaşlıq, dostluq hissləri, əlaqələri birləşdirir. Nəzərə alsaq ki, Rusiyada bizim milyonlarla soydaşlarımız yaşayır və onlar bu ölkənin ictimai, siyasi, iqtisadi həyatında fəal iştirak edirlər və Azərbaycanda 100 minlərlə rus əsilli vətəndaş yaşayır. Onlar Azərbaycan dövlətinin inkişafı üçün əllərindən gələni edirlər. Onda əlbəttə ki, əməkdaşlığın və münasibətlərin yaxşılaşması çox önəmlidir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məcliisn deputatı Tahir Rzayev danışıb. Deputat qeyd edib ki, müəyyən təxribatçı şəxslərin, Azərbaycanı istəməyən qüvvələrin səyi nəticəsində Azərbaycan-Rusiya münasibətlərində müəyyən soyuqluq yaranıb.

Tahir Rzayev

“AZAL-ın təyyarəsinin Rusiya məkanında vurulması, bizim soydaşlarımıza qarşı, orada həyata keçirilən müəyyən xoşagəlməz hallar, sözsüz ki, münasibətlərə müəyyən kölgə salıb. Ancaq cənab İlham Əliyev həmişə bildirib və tövsiyə edib ki, Rusiya ilə münasibətlər yaxşı olmalıdır, qarşılıqlı əməkdaşlıq şəraiti yaradılmalıdır”-deyən deputat hesab edir ki, Prezident İlham Əliyevin Rusiyanın dövlət rəhbəri Vladimir Putinlə görüşməsi əlbəttə ki, önəmlidir, çünki bütün münaqişələri soyuqluğu üz-üzə oturub masa arxasında həll etmək mümkündür və hər bir problem dövlət rəhbərlərinin yüksək siyasi gedişləri, düşüncəsi əsasında öz həllini tapmalıdır.

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin atdığı addımlar həmişə uğurludur və bəşəri mahiyyət daşıyır. Prezident İlham Əliyev qonşu dövlətlərlə münasibətlərdə daim bu yolu tutub. Hətta 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistanla münasibətlərdə də bu gün yenə də Azərbaycanın dövlət rəhbəri əməkdaşlığın, dostluğun, sülhün bərqərar olunmasına böyük önəm verir. Sözsüz ki, baş tutan görüş, iki ölkə liderlərinin müəyyən məsələlərə münasibətlərini ortaya qoyur, problemlərin aradan qaldırılması üçün yolların seçilməsinə və həllinə imkanlar yaradır. Bu, çox vacibdir. Çünki gərginliyi azaltmaq, münasibətləri yaxşılaşdırmaq nəinki Azərbaycan üçün, eləcə də Rusiyanın özü üçün çox önəmlidir”-deyəən deputat hesab edir ki, bu görüş həm də Cənubi Qafqazda regionda sülhün və sabitliyin inkişafına bir töhfədir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 Oktyabr 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri