Icma.az
close
up
RU
Müğənni Kərimin ölkədən çıxışına qadağa qoyuldu

Müğənni Kərimin ölkədən çıxışına qadağa qoyuldu

Müğənni Kərim Abbasovun ölkədən çıxışına qadağa qoyulub.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə müğənni özü qatıldığı proqramda məlumat verib.

O bildirib ki, bir müddət əvvəl toyda baş verən davaya görə, ölkədən çıxa bilmir və qarşı tərəf gedib xəstəxanadan saxta kağızlar alıb.

"Hadisə ucbatından iki xarici səfərim alınmadı. Birini hava limanında bildim ki, çıxışıma qadağa var. Digəri isə həmin hadisənin səhəri uçmalı idim, alınmadı. İstintaq gedir. İçkili insanların təhqiri və bu azmış kimi əllərinə dəmir götürüb üstümə hücum çəkmələri nə dərəcədə düzgündür bilmirəm. Polisə güvənirəm. İnanıram ki, ciddi araşdırılacaq", - deyə o əlavə edib.

seeBaxış sayı:24
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri