Icma.az
close
up
RU
Müğənni niyə çağrılır, hansı sual verilir, hamısı ssenaridir

Müğənni niyə çağrılır, hansı sual verilir, hamısı ssenaridir

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Televiziya kanallarında bəzi tanınmış simalara qeyri-rəsmi qadağa qoyulması barədə yayılan xəbərlər müzakirələrə yol açıb. Adı həmin siyahıda keçən meyxanaçı Aqşin Fateh məsələyə münasibət bildirərək ekranlarda yaşanan gərginliklərin pərdəarxası məqamlarına toxunub. O, bir çox qalmaqallı anların əslində əvvəlcədən hazırlanan planın tərkib hissəsi olduğunu qeyd edib.
Demokrat.az xəbər verir ki, meyxanaçı həmkarının uğursuzluğuna və ya qadağasına sevinən sənətçiləri tənqid edərək bu yanaşmanın düzgün olmadığını vurğulayıb. Onun sözlərinə görə, efirdə baş verən bir çox hadisələr izləyicilərin təsəvvür etdiyindən fərqlidir. Aqşin Fateh bildirib ki, bəzən ifaçıların və aparıcıların həddi aşmasında əsas səbəbkar elə qurulan ssenarilərdir.
Sənətçi televiziyadakı prosesləri belə izah edib:
"Bəzi müğənnilər başqalarının efir qadağasına görə sevinirlər. Bu, yaxşı niyyət deyil. Hamı evinə, balasına çörək aparır. Düzdür, bəzi verilişlərdə aparıcılar, müğənnilər hədlərini aşırlar. Amma günah onlarda deyil. Sizin efir arxasında baş verənlərdən xəbəriniz yoxdur. Müğənni niyə çağrılır, hansı sual verilir - hamısı ssenaridir. Onlar plan qurur hansı müğənniyə hansı sualı verək, qıcıqlandıraq, əsəbləşsin danışsın. Hansı müğənnini qarşı-qarşıya qoyaq. Efirdə olanı görürsünüz, amma arxa siyahını görmürsünüz".
Xatırladaq ki, Aqşin Fatehin özü də fəaliyyəti dövründə müxtəlif televiziya proqramlarında səs-küylü mübahisələrlə diqqət mərkəzinə düşüb. Görünür, meyxanaçı bu açıqlaması ilə həm də özünün keçmişdə yaşadığı gərginliklərin bir qisminin ssenari olduğunu eyham vurur.
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Fevral 2026 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri