Müğənni "Funda" hospitalı məhkəməyə verir Poluxov məni pis günə qoydu
Medicina saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Daha bir uğursuz estetik əməliyyat qurbanı olduğunu qeyd edən müğənni klinika və həkimi məhkəməyə verir.
"Medicina" xəbər verir ki, müğənni Mənzurə Musayeva "Funda Hospital"ı məhkəməyə verəcək.
O, "Qaynarinfo"ya açıqlamasında bildirib ki, onun üzünü uğursuz əməliyyat edən tanınmış estetik cərrah Maqomed Poluxovdur.
"Məni Məhəmməd Poluxov bu günə salıb. Əməliyyatdan sonra özümü tanıya bilmirəm. Gedib deyirəm ki, pulumu qaytar, qaytarmır. Deyir, əməliyyatı etmişəm, daha nə pul? Pis günə salıb məni. Sifətimin bir tərəfini dartıb, birini boşaldıb.
Camaatı aldadır, yalandan deyir ki, üzgərmə əməliyyatı edirəm. Amma əslində, üzə sap atır. Gəlin üzümə baxın, görün nə haldayam. Sifətimin bir tərəfi dartılı qalıb.
Heç zaman buxağım olmayıb. Əməliyyatdan sonra buxaq çıxardıb mənə. Pulu tələb edirəm, deyir, gəl, yenidən əməliyyat edim. Yeddi minə yaxın pul vermişəm.
Köməkçisi ilə əlaqə saxlayıram. İndi gedirəm mərkəzin direktorunun yanına, onunla danışacağam".
Mənzurə Musayeva vurğulayıb ki, əgər pulunu qaytarmasalar, hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət edəcək.
Xatırladaq ki, ötən ay Səhiyyə Nazirliyinin sertifikat və işləməyə icazə verdiyi siyahısında Məhəmməd Poluxovun adı yox idi.
Medicina.az araşdırmasına görə, Poluxov a Azərbaycanda tanınmış uşaq cərrahı, professor Ramiz Poluxovun oğludur.
Məhəmməd Poluxov ATU-nu onkologiya ixtisası üzrə bitirdiyini, Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda Plastik cərrahiyyə üzrə təkmilləşmə kursu keçdiyini göstərib.
Lakin görünür ki, məhz plastik cərrah kimi sertifikasiya imtahanından keçib, müvafiq icazəni ala bilməyib.
MEDİCİNA.AZ

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 06 May 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















