Müğənninin əri rejissoru aldadıb 25 minini aldı Fotolar
Icma.az, Olay.az portalına istinadən məlumat verir.
Müğənninin əri rejissoru aldadıb 25 minini aldı - Fotolar
Rejissor Emin Muradova qarşı dələduzluq edilib.
OLAY yazır ki, bu barədə sənətçi özü məlumat yayıb. O bildirib ki, Süleyman Ağakişiyev adlı şəxs onun evinin təmirini öz öhdəsinə götürsə də, işləri yarımçıq qoyub, ümumi təmirin 30 faizini yerinə yetirib.
Muradovun iddiasına görə, S. Ağakişiyev tikinti materialları aldığı mağazaların da pulunu ödəməyib. Buna baxmayaraq, rejissor həmin şəxsə ümumulikdə 25 min manat ödəniş edib.
İşlər yarımçıq və yaxşı görülmədiyi üçün əlavə zərərə uğrayıb.
Ağakişiyevin fotosunu paylaşan rejissor polisə müraciət ünvanlayaraq bildirib ki, o, telefonlara cavab vermir və üzə çıxmır.
Həmin şəxsi öncədən tanıdığını vurğulayan E. Muradov Süleymanın həyat yoldaşının müğənnilik etdiyini, şou-biznes nümayəndəsi olduğunu desə də, xanımın adını açıqlamayıb.


















Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 13 Yanvar 2025 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















