Icma.az
close
up
RU
Fransada seçkiqabağı informasiya mühiti

Fransada seçkiqabağı informasiya mühiti

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkənin İctimai Televiziyası siyasi proseslərə müdaxilədə suçlanır

Avropada demokratiya anlayışı uzun illərdir seçki institutları və hüquqi mexanizmlərdən əlavə, həm də “ictimai etimadın daşıyıcısı” kimi təqdim olunan media sistemi ilə ölçülürdü. Xüsusilə dövlət büdcəsi hesabına fəaliyyət göstərən televiziya və radio qurumları özlərini cəmiyyətlə hakimiyyət arasında neytral körpü kimi təqdim edirdilər. Lakin son dövrlər bu konsepsiyanın özü ciddi sual altına düşüb. Seçkilər ərəfəsində Fransa İctimai Televiziyası parlament sorğusunun obyektivliyinə dair ittihamların mərkəzinə çevrilib. Bu müzakirələr “qoca qitə”də media-demokratiya modelinin gələcəyi ilə bağlı narahatlıqlar doğurub.

Mübahisələrin episentrində duran qurum “France Télévisions”dur. Sözdə “ictimai maraqlara xidmət edən, siyasi neytrallığı qoruyan” media qurumu kimi fəaliyyət göstərən “France Télévisions” bu dəfə parlament seçkiləri ərəfəsində yayımladığı sorğular və siyasi debat formatları ilə tənqid hədəfinə çevrilib. Sağçı siyasi qüvvələr iddia edirlər ki, təqdim olunan nəticələr cəmiyyətin real siyasi əhvali-ruhiyyəsini əks etdirmir, müəyyən ideoloji mövqeləri normallaşdırır, digərlərini isə marginallaşdırır. Çünki kütləvi informasiya vasitələri artıq siyasi gündəmin formalaşmasında aktiv iştirakçıya çevrilib. Seçkiqabağı yayımlanan hər qrafik, hər debat formatı, hətta istifadə olunan terminologiya belə seçici davranışına təsir göstərir.

Fransada sağçı partiyaların, xüsusilə Milli Birlik və ona yaxın siyasi dairələrin əsas tələbi ictimai media üzərində dövlət nəzarətinin azaldılmasıdır. Onların arqumentinə görə, dövlət tərəfindən maliyyələşdirilən media qurumları real plüralizmi təmin etmək əvəzinə, “institusional ideologiyanı” təbliğ edir. Bu ideologiya isə çox vaxt qlobal, mərkəzçi və ya liberal diskursla üst-üstə düşür. Paradoks ondadır ki, media üzərində nəzarətin azaldılması tələbi özü də siyasi mahiyyət daşıyır. Çünki çağırışlar həm də seçki kampaniyasında daha əlverişli informasiya mühiti yaratmaq məqsədi güdür. Beləliklə, media azadlığı anlayışı siyasi mübarizənin alətinə çevrilir və klassik liberal demokratiya modelinin əsas dayaqlarından biri olan müstəqil ictimai yayım konsepsiyası ciddi sınaqla üz-üzə qalır.

Ümumiyyətlə, seçki kampaniyalarında media heç vaxt neytral məkan olmayıb. Lakin son illər proses daha kəskin xarakter alıb. Sosial şəbəkələrin təsirinin artması, dezinformasiya təhlükəsi və xarici müdaxilə iddiaları Avropa ölkələrini ictimai media üzərində daha sərt tənzimləmələrə sövq edib. Fransa da bu məsələdə istisna deyil. Məhz həmin kontekstdə televiziyanın sabitləşdirici rol oynadığı iddia olunur. Problem ondadır ki, sabitlik naminə təqdim olunan informasiya siyasi spektrin müəyyən hissəsini sistemli şəkildə zəiflədir. Bu isə cəmiyyətdə etimad böhranı yaradır. Etimad itirildikdə isə ictimai media öz əsas funksiyasını, yəni cəmiyyətlə hakimiyyət arasında etibarlı vasitəçi olmaq missiyasını yerinə yetirə bilmir.

Fransa nümunəsi Avropada daha geniş bir tendensiyanın tərkib hissəsidir. Avropa İttifaqına bağlı institutlar söz azadlığı, media plüralizmi və demokratik standartlar barədə tez-tez normativ çağırışlar etsələr də, prinsiplərin tətbiqində ikili standartlar açıq şəkildə müşahidə olunur. Məsələn, Mərkəzi və Şərqi Avropa ölkələrində media siyasəti sərt tənqid olunduğu halda, Qərbi Avropada oxşar problemlər çox vaxt institusional müzakirə adı altında yumşaldılır. Fransada ictimai medianın obyektivliyi ilə bağlı sualların ortaya çıxması bu ikili standartları daha görünən edir. Çünki illərdir başqa ölkələrə demokratiya dərsi keçən modelin özü artıq daxildən çatlamağa başlayır.

***

Yeri gəlmişkən, Fransa mediasında obyektivlik mübahisələri Azərbaycanla bağlı informasiya siyasəti fonunda da ayrıca vurğulanmalıdır. Son illər Fransa mediasında ölkəmizlə bağlı yayımlanan materiallar, xüsusilə Qarabağ münaqişəsindən sonrakı dövrdə həqiqətlərlə üst-üstə düşmür. Rəsmi Bakının mövqeyi ya səthi təqdim olunur, ya da ümumiyyətlə, kontekstindən çıxarılır. Bu yanaşma təsadüfi deyil. Fransa daxili siyasətində müəyyən dairələrin Cənubi Qafqaz məsələlərinə ideoloji yanaşması media vasitəsilə də normallaşdırılır. Nəticədə Fransanın televiziya məkanı həm siyasi rəqabətin, həm də xarici siyasət mövqelərinin formalaşdırıldığı platformaya çevrilir. Azərbaycana gəldikdə, bu vəziyyət bizim üçün yeni deyil. Rəsmi Bakı artıq bir müddətdir ki, Qərb mediasında selektiv yanaşmaların mövcudluğunu açıq şəkildə ifadə edir. Fransa ictimai mediası ətrafında gedən mübahisələr isə bu problemin struktur problemlərə əsaslandığını göstərir. Bugünkü beynəlxalq reallıqlar fonunda medianın artıq geosiyasi alətə çevrildiyini söyləmək mümkündür. Dövlətlər informasiya məkanını strateji resurs kimi görür, ictimai yayımçılar isə bu strategiyanın əsas komponentinə çevrilir. Fransa nümunəsində gördüyümüz kimi, ictimai medianın obyektivliyi məsələsi daxili siyasi sabitliklə birbaşa əlaqələndirilir. Azərbaycan üçün isə bu proseslər daha praqmatik oxunur. Bakı informasiya müharibəsinin real olduğunu qəbul edir və öz kommunikasiya strategiyasını buna uyğun qurur. Bu strategiyanın əsas elementi isə milli mövqenin beynəlxalq mediada ardıcıl və institusional şəkildə təqdim edilməsidir.

Sonda qeyd edək ki, müasir dövrdə informasiya məkanı “neytral platforma” statusunu itirib. Media artıq baş verən hadisələri çərçivələndirir, seçir, önə çıxarır və ya kölgədə saxlayır. Seçkilər ərəfəsində bu mexanizm daha da həssas xarakter alır və nəticədə ictimai yayımçının hər addımı siyasi məna qazanır. Məhz bu səbəbdən Fransa nümunəsi Avropanın informasiya idarəçiliyi fəlsəfəsinin sınağı kimi dəyərləndirilməlidir. Dövlət tərəfindən maliyyələşdirilən, lakin cəmiyyət qarşısında “müstəqil” status imicinə malik media modelinin davamlılığı sual altındadır. Etimadın zəiflədiyi yerdə isə nə seçkilərin nəticələri, nə də demokratik prosedurlar cəmiyyəti tam inandıra bilir.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri