Icma.az
close
up
RU
Müharibə daha təhlükəli mərhələyə keçir ŞƏRH

Müharibə daha təhlükəli mərhələyə keçir ŞƏRH

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenskini danışıqlar aparmaq üçün Moskvaya dəvət edib. Putinin köməkçisi isə bildirib ki, Rusiya lideri Zelenskini dəfələrlə Moskvada görüşə çağırsa da, Ukrayna Prezidenti bu dəvətlərə müsbət cavab verməyib.

Bəs sonuncu təklifdən sonra Zelenskinin Moskvaya səfər etməsi və Putinlə birbaşa danışıqlara getməsi nə dərəcədə real görünür?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tofiq Abbasov bildirdi ki, Zelenskinin indi Moskvaya səfər etməsinə inanmır:

"Birincisi, Zelenski müstəqil qərar verən siyasi fiqur deyil. Bəlli olan məsələ odur ki, onun arxasında Avropa Birliyi dayanır. Bundan başqa, bildiyiniz kimi, Böyük Britaniya, Fransa və Almaniyadan ibarət olan "üçlük" var. Həmin dövlətlər Zelenskinin qərarvermə mexanizmlərinə və imkanlarına ciddi təsir göstərirlər. Eyni zamanda Avropa İttifaqının da marağında deyil ki, Rusiya-Ukrayna münaqişəsində, rusların ifadəsi ilə desək, "xüsusi hərbi əməliyyatda" vəziyyət səngisin və gərginliyin səviyyəsi aşağı düşsün. Buna görə də mən belə bir ehtimala inanmıram. Digər tərəfdən, Putin dəfələrlə bəyan edib ki, Zelenski onlar üçün legitim tərəfdaş hesab olunmur. Onun fikrincə, Zelenskinin prezidentlik səlahiyyətlərinin müddəti çoxdan başa çatıb. Putin hesab edir ki, Zelenski artıq hakimiyyətdən getməlidir. Lakin Zelenski hərbi vəziyyətə əsaslanaraq birinci şəxsin səlahiyyətlərini parlamentə vermir və fəaliyyətini davam etdirir. Eyni zamanda çalışır ki, Amerika Birləşmiş Ştatları, Brüssel və digər güc mərkəzləri ilə münasibətlərini yenidən qursun, transformasiya etsin və ölkəsi üçün daha əlverişli şərait formalaşdırsın.

Burada əsas məsələ ondan ibarətdir ki, Zelenski açıq şəkildə bildirir: "Bizə pul lazımdır, bizə dəstək lazımdır, silah-sursat lazımdır ki, müharibəni davam etdirək". Bəli, Ukraynanın demoqrafik resursları tükənir. Bu, aydın məsələdir. Hələ Sovet İttifaqının son dövrlərində Ukraynanın əhalisi 52 milyona yaxın idi. İndi isə ölkədə 26 milyon nəfər əhali qalıbsa, bu artıq böyük rəqəm hesab olunur. Demək olar ki, əhalinin yarısı müxtəlif səbəblərdən ölkəni tərk edib, miqrantlar dünyanın müxtəlif ölkələrinə səpələniblər. Bundan başqa, müharibə nəticəsində böyük insan itkisi də var. Bu baxımdan mənə elə gəlir ki, Ukrayna yaxın gələcəkdə çox ciddi böhranla üzləşəcək. İlk növbədə isə insan resurslarının çatışmazlığı problemi daha qabarıq şəkildə hiss olunacaq. Düzdür, Avropa İttifaqı hazırda müxtəlif ölkələrdə məskunlaşmış gənc ukraynalıların geri qaytarılması istiqamətində addımlar atır. Digər tərəfdən, onlar müxtəlif ölkələrdə hazırlanırlar ki, gələcəkdə Rusiya ilə Avropa arasında hərbi qarşıdurma yaranarsa, həmin insanlardan istifadə olunsun. Yəni onlara müəyyən mənada canlı qüvvə kimi baxılır. Amma Zelenskinin mövcud vəziyyətə nə dərəcədə hakim olması başqa məsələdir. Onun sülhlə bağlı təşəbbüs göstərməsi isə mənə görə demək olar ki, mümkün görünmür. Çünki ona verilən tapşırıqlar da bunu göstərir. Zelenski özü də gizlətmir ki, müharibənin davam etdirilməsində israrlıdır".

Onun sözlərinə görə, hazırda Amerika ilə Ukrayna arasındakı münasibətlər də kifayət qədər soyuqdur:

"Donald Tramp (ABŞ Prezidenti - red.) açıq şəkildə narazılığını ifadə edir və göstərir ki, Ukraynaya Rusiyaya qarşı istifadə olunacaq strateji silahların verilməsinin tərəfdarı deyil. Əgər Ukrayna müharibəni davam etdirmək istəyirsə, başqa mənbələrə və Avropa ölkələrinin hərbi dəstəyinə arxalanmalıdır. Sülh danışıqlarına gəlincə, mən hələ ki bunun üçün ciddi zəmin görmürəm. Sülh perspektivi kifayət qədər problemli görünür. Müharibə artıq daha təhlükəli mərhələyə daxil olur. Dağıntıların miqyası artır. Rusiyanın "Oreşnik" kimi yüksək dağıdıcı gücə malik silahlardan istifadə etməsi də bu vəziyyəti daha da mürəkkəbləşdirir. Ukrayna tərəfi isə imkanları daxilində pilotsuz uçuş aparatlarından geniş istifadə edir. Burada heç kim üçün sirr deyil ki, Böyük Britaniyanın kəşfiyyat orqanları və bəzi hərbi strukturları Ukrayna qüvvələrinə əməli dəstək göstərirlər. Hətta bəzi əməliyyat planlarının hazırlanmasında da iştirak etdikləri barədə fikirlər səslənir. Bütün bunları nəzərə aldıqda, hazırkı mərhələdə danışıqlar üçün ciddi zəmin görünmür. Digər tərəfdən, diqqət daha çox Körfəz regionunda və İran ətrafında baş verən hadisələrə yönəlib. Bir çox dövlətlər və siyasi subyektlər həmin proseslərin hansı nəticə ilə yekunlaşacağını gözləyirlər. Bəzi ekspertlər hesab edirlər ki, bu iki münaqişə arasında müəyyən oxşarlıqlar və qarşılıqlı təsirlər də mövcuddur. Hər halda, yaxın vaxtlarda Moskva ilə Kiyev arasında real sülh danışıqlarının başlanacağına dair ciddi əlamətlər görmürəm. Mənim qiymətləndirməmə görə, bunun baş vermə ehtimalı hazırda çox aşağı səviyyədədir".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 İyun 2026 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri