Müharibə ehtimalı artır
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadinin açıqlaması göstərir ki, Tehran müharibənin əvvəlindən müəyyən etdiyi “prinsipial mövqedən” geri çəkilmək niyyətində deyil. Bu, İran diplomatiyasının ənənəvi xəttinə uyğun addımdır: müstəqillik, nüvə proqramı və regional təsir dairəsi məsələlərində güzəştə getməmək.
Bunu xalqcebhesi.az-a politoloq Aydın Tağıyev deyib.
"Bəli, görünən budur ki, mövcud vəziyyıtdə Qəribabadi açıq şəkildə bildirir ki, ABŞ-la danışıqlar nəticəsindən asılı olmayaraq, Tehran öz strateji prinsiplərini qoruyacaq. Bu, İranın “müqavimət doktrinası”nın davamıdır:
"Digər tərfdən Prezident Donald Tramp isə əksinə, nəticə əldə olunmasa, “böyük əməliyyatlara” başlayacaqlarını bəyan edib. Bu, Vaşinqtonun diplomatik təzyiqi hərbi güclə dəstəkləmək niyyətini göstərir.
Fikrimcə, müharibə ehtimalı artır, lakin hələlik bu daha çox psixoloji təzyiq və siyasi ritorika mərhələsindədir. Əgər tərəflər kompromisə gəlməsə, lokal toqquşmalar və insidentlər mümkündür. Tammiqyaslı müharibə isə yalnız diplomatik kanallar tam bağlandıqda gündəmə gələ bilər".
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 29 İyul 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















