Icma.az
close
up
RU
Müharibə hazırlığı: iki lider Bakıya niyə gəlir? Son dərəcə mürəkkəb vəziyyət

Müharibə hazırlığı: iki lider Bakıya niyə gəlir? Son dərəcə mürəkkəb vəziyyət

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İsrael Hayom” saytı məlumat yayıb ki, Baş nazir Benyamin Netanyahu tezliklə Azərbaycana səfər edəcək. 

Hələlik bu, iddiadır, rəsmi təsdiqi yoxdur. Lakin doğruluq payı istisna deyil. Belə bir səfərlə bağlı iddianın məhz indi ortaya atılması təsadüfi deyil.

Məsələ ondadır ki, Netanyahunun tezliklə Azərbaycana səfər etmə iddiası İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfəri xəbərindən qısa müddət sonra ortaya çıxdı. Yeri gəlmişkən, “Tasnim” yazıb ki, Pezeşkian Azərbaycana aprelin 28-də gələcək. Netanyahu Azərbaycana səfər edəcəksə, böyük ehtimal bu, Pezeşkianın səfərindən qısa müddət sonra baş tutacaq.

Ümumiyyətlə, son zamanlar həm Azərbaycan, həm də İran rəsmilərinin qarşılıqlı səfərləri artıb. Tehran Bakı ilə gərginliyi aradan qaldırıb, münasibətləri normallaşdırmaq istəyir. Təl-Əvivi isə Tehranla Bakı arasında münasibətlərin normallaşması düşündürür.

İsrail yaxşı bilir ki, Bakı və Tehran müharibə etməyəcək, amma diplomatik təmasların olmaması, gərginliyin davamlı olması iqtisadi-siyasi münasibətləri pisləşdirir. Digər tərəfdən, İran Azərbaycan üzərindən həm Avropa bazarına çıxa bilir, həm də şimal-cənub nəqliyyat dəhlizindən istifadə edir. Yəni Bakı-Tehran gərginliyi İrana əslində böyük iqtisadi zərbədir.

Azərbaycan dəfələrlə İsrail və İran arasında tərəf tutmağa məcbur qalıb, lakin heç vaxt balansı pozmayıb. Hətta İranla gərginliyin pik həddində belə Bakı Tehrana qarşı fəaliyyətdə olmayıb.

Bakı bir tərəfi müdafiə etməkdənsə, balansı qoruyub tərəfləri uzlaşdırmağa çalışır. Misal üçün qısa zaman öncə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İsrailə, Azərbaycan Baş naziri Əli Əsədovun isə İrana səfər etməsi buna bariz nümunədir.

Bakı prosesləri müşahidə edir, risk faktorlarını dəyərləndirir. İndiki məqamda İranla İsrail arasında gərginliyin olması, ya da sərhədyanı bir ölkənin total müharibəyə girməsi Bakının maraqlarına uyğun deyil. Bu məqamda Bakı həm də tərəflərin bir-birinə yanaşmasını, xüsusilə Təl-Əvivin atacağı addımları müəyyən etməyə çalışır.

Azərbaycan Türkiyə-İsrail arasında uğurlu diplomatik təmas yaradıb. Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxış zamanı Türkiyə ilə İsrailin barışmasında ilk dəfə ölkəmizin vasitəçilik etdiyini vurğuladı. Bu təmasların ən böyük nəticəsinə isə qısa müddət öncə nail olundu: Türkiyə və İsrail arasında Bakıda keçirilən görüşdə tərəflər Suriyada gərginliyin azaldılması üçün mexanizm yaradılması barədə razılığa gəldilər. Fikrimcə, Bakı Türkiyə-İsrail arasında yaratdığı diplomatik təmasları indi İran-İsrail arasında yaratmağa cəhd edir.

Lakin bu da bir reallıqdır ki, Təl-Əviv Tehranın üzləşdiyi mövcud vəziyyəti tarixi fürsət kimi dəyərləndirir. İsrailin əsas məqsədi İranı gərginliyə sürükləyərək, daha sonra İraqda olduğu kimi beynəlxalq koalisiyanın müdaxiləsini təmin etməkdir. Məhz bu səbəbdən Bakının budəfəki missiyası son dərəcə mürəkkəbdir.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Aprel 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri