Icma.az
close
up
RU
Müharibə qızışır, ölkələr tərəf seçir: Dünya yenidən bölüşdürülür? ŞƏRH

Müharibə qızışır, ölkələr tərəf seçir: Dünya yenidən bölüşdürülür? ŞƏRH

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Artıq 4 gündür başlayan İran-İsrail müharibəsi getdikcə daha da qızışır. Bir sıra ölkələr də öz tərəfini seçməyə başlayıb. Dəhşətli hücumlar nəticəsində hər iki tərəfdən ölən və yaralananların sayı durmadan artır.

İsrailin baş naziri Benyamin Netanyahu İrana müraciətində bildirib ki, paytaxtı boşaldın, çünki, hədəfimiz ilk olaraq Tehrandır. Elə bir neçə saat öncə İsrail qırıcıları İran dövlət televiziyasına zərbələr endirib, hücum nəticəsində itkilərin olduğu bildirilir.

Lakin bu gün ABŞ lideri Donald Tramp İsrail və İranın tezliklə barışacaqlarını və bu münaqişənin başa çatacağını vurğulayıb.

Maraqlıdır görəsən, bu bəyanat nə dərəcədə real ola bilər? Yoxsa, digər ölkələrin tərəf seçimi ilə müharibənin miqyası böyüyür?

Turkustan.az olaraq bu suallarımızı politoloq Tural İsmayılova ünvanladıq. Ekspert bildirdi ki, Trampın dediyi kimi, “tezliklə razılaşma” ehtimalı real görünmür.

Tural İsmayılov

Hər iki tərəf – İsrail də, İran da – bu münaqişəni təkcə hərbi deyil, ideoloji və geosiyasi mübarizə kimi görür. Diplomatik kanallar vasitəsilə dolayısı mesajlaşmalar olsa da, qarşılıqlı etimad sıfıra yaxındır. İran dini-siyasi legitimliyini qorumaq üçün mövqeyindən geri çəkilmir. Belə vəziyyətdə razılaşma üçün tərəflər arasında qapalı masada ciddi güzəştlər olmalıdır ki, bu da hələlik görünmür. Yəni Trampın optimizmi siyasi ritorikadır, real baza isə zəifdir. müharibə təkcə İsrail və İranla məhdudlaşmır – regional və qlobal aktorlar mövqe seçməyə məcbur qalır. ABŞ, Fransa və Böyük Britaniya İsrailin yanında durmağa meyllidir. İranın isə Rusiya, Çin və bəzən Türkiyə ilə koordinasiyalı davranışları müşahidə olunur. Körfəz ölkələri istər-istəməz “səssiz tərəf” rolunu oynayır, çünki regionda sabitlik onların iqtisadi maraqları üçün həyati əhəmiyyət daşıyır. Bu münaqişə Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər kimi dövlətləri də passiv neytrallıqdan aktiv balans siyasətinə sürükləyə bilər. Müharibənin miqyası təkcə coğrafi yox, həm də diplomatik və informasiya cəbhəsində genişlənir. Livan, Yəmən və Suriyada İranın dəstəklədiyi qruplar artıq hərəkətə keçib. Bu, İsrailin “bir cəbhə yox, çoxsaylı frontlar” təhlükəsi ilə üz-üzə qalmasına gətirib çıxarır. Rusiya bu vəziyyətdən istifadə edib diqqəti Ukraynadan yayındırmağa çalışır. Çin isə “vasitəçi” imici qazanmaq istəyir, amma real təsiri məhduddur. BMT və digər beynəlxalq təşkilatlar yenə də passiv müşahidəçi rolundadır. İran və İsrailin bu gərginliyi uzatması enerji qiymətlərinə və tədarük zəncirinə təsir edə bilər. Dünya artıq təkcə Rusiya-Ukrayna deyil, yeni bir strateji qarşıdurmanın içinə düşür. Əgər qısa müddətdə diplomatik kanal işə düşməzsə, müharibə domino effekti ilə regionaldan qlobal ssenariyə keçə bilər. Bu da artıq təkcə hərb deyil, sivilizasiyalararası qarşıdurma görüntüsü yaradır.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 İyun 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri