Müharibə səbəbindən 5,5 milyondan çox Ukrayna vətəndaşı ölkəni tərk edib
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya ilə müharibə səbəbindən 5,7 milyon Ukrayna vətəndaşı ölkəni tərk etmək məcburiyyətində qalıb.
Ali Radanın İnsan Hüquqları üzrə komissarı Dmitri Lubinets “Telegram” paylaşımında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının bu rəqəmlərinə istinad edib.
O bildirib: “İyunun 20-si Ümumdünya Qaçqınlar Günüdür. Bu, Ukrayna üçün xüsusi əhəmiyyət kəsb edir, çünki qaçqın həyatı milyonlarla vətəndaşımız üçün reallığa çevrilib. Bu, milyonlarla insanın həyatını “əvvəl” və “sonra”ya bölən bir təcrübədir. Bu, yaxınlarınız arasında minlərlə kilometr məsafə, gündəlik hal-əhval soruşulan telefon zəngləri və Ukraynanı qəlbimizdə saxlayaraq mübarizəyə davam etmək üçün böyük güc deməkdir”.
Komissar ən çətin vaxtlarında ukraynalılara qapılarını açan hər bir dövlətə, xalqa və fərdə təşəkkür edib: “Siz onların təhlükəsizlik və insan ləyaqətini bərpa etdiniz. Biz dəqiq bilirik: qayıdacağıq, yenidən quracağıq, hər kəsi qucaqlayacağıq. Harada olsaq da, evimiz həmişə Ukraynanın olduğu yerdədir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:228
Bu xəbər 20 İyun 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















