Icma.az
close
up
RU
Ya müharibə, ya sülh: Ermənistan dilemma qarşısında

Ya müharibə, ya sülh: Ermənistan dilemma qarşısında

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın ölkəsinin Konstitusiya dəyişdirilməsi tələbi barədə danışıb. 

Nazir azərbaycanlı jurnalistin “Konstitusiya dəyişikliyi nə vaxt baş verəcək?” sualına belə cavab verib: 

“Azərbaycan rəsmiləri dəfələrlə bu məsələni qaldırıblar və İrəvanın cavabı dəyişməyib. Bu, Ermənistanın daxili işidir. Biz Ermənistan və Azərbaycan konstitusiyalarının, onun Ermənistana təhdidlər ehtiva etməsinin danışıqlar mövzusu olması fikrini bölüşmürük. Azərbaycan deyir ki, əgər belədirsə, sülh müqaviləsi imzalamayacağıq. Biz deyirik ki, siz səhv edirsiniz”. 

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlama verən politoloq Natiq Miri bildirib ki, Mirzoyanın dedikləri reallığı əks etdirmir: 

“Bunu sadəcə təqdimat kimi dəyərləndirmək lazımdır. Əgər jurnalist bir sual verirsə, ona verilən cavab artıq qeyri-iradi ictimailəşir. Həmin cavab ictimai rəy yaradır. Bundan isə hakimiyyət əleyhinə çox rahatlıqla istifadə edə bilirlər. 

Ona görə də xarici işlər naziri kimi bir diplomatdan başqa cavabın gözlənilməsi doğru deyil. Çünki Ermənistanda yeni konstitusiyanın hazırlanması üçün Konstitusiya Şurası formalaşdırılıb. Onlar da çox intensiv çalışırlar. Konstitusiya mətninin hazırlanıb, qəbul olunması üçün referenduma ehtiyac var. 

Yeni mətn hazırlanmadan konstitusiya haqqında konkret fikir söyləmək doğru olmaz. İndiki konstitusiya Müstəqillik Bəyannaməsinə istinad edir və o, konstitusiyanın preambulasında qeyd olunub. Lakin güman edirəm ki, bunlar yeni konstitusiyada olmayacaq”. 

Ekspert qeyd edib ki, sadəcə hakimiyyət rəsmisi bunu Azərbaycanın tələbi kimi açıqlaya bilməz: 

“Çünki budan hakimiyyətin əleyhinə istifadə edə bilərlər. Ancaq məsələnin müxtəlif səviyyələrdə adekvat cavabları verilir. Bir çox erməni deputat və ya dövlət rəsmisi Müstəqillik Bəyannaməsinin preambulasının Ermənistanın gələcəyinin üstündən xətt çəkdiyini deyib. Söhbət Azərbaycan və Türkiyəyə ərazi iddiasından gedir. 

Ərazi iddiasının olması, perspektivdə müharibə deməkdir. İndiki vəziyyətdə isə Ermənistanın özündən dəfələrlə güclü olan Azərbaycan və Türkiyə ilə müharibə aparması onun sonu olar. Reallıq budur. Əminəm ki, “real Ermənistan” qayəsi təşəkkül taparsa, Müstəqillik Bəyannaməsindəki ifadələr avtomatik olaraq götürüləcək. Çünki bu, legitimlik qayəsinə ziddir. 

Dövlət o zaman legitim olur ki, əraziləri beynəlxalq birlik tərəfindən tanınır. Hazırkı vəziyyətdə isə Ermənistan Konstitusiyasında legitimlikdən kənar ərazi iddiaları var”. 

Politoloq diqqətə çatdırıb ki, erməni xalqı parlament seçkilərində gələcəyini müəyyən edəcək: 

“Gələn il keçiriləcək parlament seçkilərində xalqa verilən seçim böyük deyil. Onlar müharibə və sülh arasında seçim etməlidirlər. Rusiyanın yumşaq güclə hakimiyyəti devirmək siyasətinin arxasında erməni iş adamlarının ayırdığı milyardlar var. Kreml Gürcüstan ssenarisini Ermənistanda da tətbiq etmək istəyir. Ona görə də erməni anaları çox çətin seçim qarşısında qalıblar. Onlar bilirlər ki, Nikol Paşinyana səs vermək sülhə səs vermək deməkdir”. 

Həmsöhbətimiz vurğulayıb ki, Paşinyanın alternativini seçmək müharibəyə səs verməkdir: 

“Çünki Paşinyanın alternativi Rusiyanın “5-ci kolon”u olan revanşist qüvvələrdir. Sözügedən qüvvələr hakimiyyətə gələrsə, Kreml təsir mexanizmləri əldə etmək üçün yeni münaqişəyə əl atacaq. Beləliklə, Azərbaycanla Ermənistan arasında yeni müharibə ola bilər. Erməni anaları isə artıq müharibədə övladlarını itirmək istəmirlər. 

Erməni xalqı bir növ dilemma qarşısına qalıb: müharibə, yoxsa sülh? 

Hesab edirəm ki, erməni cəmiyyəti bu sınaqdan çıxsa və parlament seçkisində Paşinyanın partiyası qalib gəlsə, referendumun da nəticəsi sülh istiqamətində olacaq. Nəzərə almaq lazımdır ki, refenderumun əsas hədəfi Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməkdir. Əgər Paşinyan parlament seçkilərində qalib gəlsə, referendumda konstitusiyanın dəyişdirilməsinin yolu açılacaq”. 

Elmir Mustafa
"Cebheinfo.az" 

Açar sözlər: müharibə sülh Natiq Miri

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri