Icma.az
close
up
RU
Müharibə yenidən başlayır? ABŞ və İran arasında gərginlik yüksəlir

Müharibə yenidən başlayır? ABŞ və İran arasında gərginlik yüksəlir

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Xəbər verildiyi kimi, ABŞ ordusu İranın Qeşm adasındakı hədəflərə zərbələr endirərək bir sıra raket və dronları məhv edib. Eyni zamanda İranın Küveytə yönələn hücumu nəticəsində əsas zərbə Küveyt Beynəlxalq Hava Limanına dəyib, ABŞ hərbi obyektlərinə yönələn raket və dronlar isə ya havada zərərsizləşdirilib, ya da hədəfə çatmayıb.

Baş verənlər ABŞ-İran müharibəsinin yenidən müharibə alovlanmasına səbəb ola bilərmi?

Politoloq Zeynal Əmrəliyev Redaktor.az-a açıqlamasında qeyd etdi ki, tərəflərin arasında müharibənin baş verməsi ehtimalları güclüdür:

"Çünki İran da yenidən Körfəz ölkələrini hədəf seçib və buradakı ABŞ bazalarına zərbələr endirib. Belə görünür ki, müharibənin dayanmasına baxmayaraq, bu, müvəqqəti xarakter daşıyır və müharibə hər an yenidən alovlana bilər. Belə düşünürəm ki, tərəflərin qarşılıqlı şəkildə bir-birini bombalaması İran-Amerika arasındakı münasibətlərin tam həll olunmadığını göstərir. Açığı, bu müddət ərzində real şəkildə heç bir məsələ ilə bağlı razılıq əldə olunmadı. Faktiki olaraq, İranda hakimiyyət SEPAH ali komandanlığının əlindədir. Yəni konkret olaraq SEPAH-ın komandanı Əhməd Vahidi İrana nəzarət edir və belə olan halda hansısa bir şəkildə İran-ABŞ münasibətlərinin inkişafı barəsində söhbət gedə bilməzdi. Belə görünür ki, heç Tramp administrasiyası da İranla münasibətlərin nizamlanmasında maraqlı deyil".

Siyasi şərhçinin fikrincə, ikitərəfli münasibətlərin inkişafı üçün Pakistanın vasitəçiliyi ilə aparılan danışıqların daha intensivləşməsinə ehtiyac var:

"İndiki halda münaqişənin yenidən alovlanması, ABŞ-nin İranın Qeşm adasına zərbələr endirməsi tamamilə yenidən gərginliyin yaranmasına gətirib çıxaran bir faktdır. Üstəlik, Körfəz ölkələrindəki ABŞ bazalarına həyəcan siqnalı verilib və onlar tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Hər an iki ölkə arasındakı müharibə yenidən alovlana bilər və buna ehtimal çox böyükdür. Çox böyük ehtimalla, yay aylarında havalar nisbətən isindikdən sonra yenidən müharibənin növbəti fazasının şahidi olacağıq. Belə görünür ki, bu, yaxın gələcəkdə tamamilə bitməyəcək və mərhələli şəkildə ABŞ və İran arasındakı toqquşmalar davam edəcək".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 İyun 2026 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri