Icma.az
close
up
RU
Müharibədən sonra da heç vaxt qələbəmizdən sui istifadə etmədik ŞƏRH

Müharibədən sonra da heç vaxt qələbəmizdən sui istifadə etmədik ŞƏRH

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“Azərbaycan həmişə sülhdən tərəf olub. Son 30 ildə dəfələrlə bildirmişik ki, məsələləri sülh yolu ilə həll edək. Sadəcə, mövcud reallıq həm ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi, həm Ermənistan tərəfinin aqressiyasından geri çəkilmək istəməməsi, Azərbaycanın torpaqlarını azad etmək istəməməsi bizi hərbi əməliyyatlar keçirməyə məcbur etdi”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. 
O bildirib ki, keçirilən bütün görüşlər Azərbaycanın sülhdən tərəf olduğunu sübut edir:
“Müharibədən sonra da heç vaxt qələbəmizdən sui-istifadə etmədik. Yenə də çalışdıq ki, məsələlər sülh yolu ilə həll olunsun. Vaşinqtonda imzalanan bəyanat da bu mövqeyimizin göstəricisidir. Açıq şəkildə bildirdik ki, heç bir revanşist meylimiz yoxdur. Bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılmasını, iqtisadi rifahın gəlməsini istəyirik. Azərbaycan dəfələrlə bəyan edib ki, gələcəkdə gənclərimizin şəhid olmasını istəmirik. Həm öz, həm də Ermənistan tərəfinin cavan əsgərlərinin ölməsini istəmirik. İstəyirik ki, əməkdaşlıq mühiti yaransın, sərhədlər açılsın, Zəngəzur dəhlizi reallaşsın, Ermənistanla kommunikasiya qurulsun. Eyni zamanda bəzi qüvvələrin Ermənistan-Azərbaycan sülhünə qarşı çıxmağa çalışdığı da faktdır. Paşinyan özü də dəfələrlə bildirib ki, Ermənistan hökumətinin razılığı olmadan Azərbaycana qarşı təxribatlar olub”.
Politoloq qeyd edib ki, bəzən Ermənistan daxilində belə vahid mövqe yoxdur:
“Rusiya məsələsinə gəldikdə isə, Azərbaycanla bağlı artan aqressiyanın şahidiyik. Azərbaycanın təyyarəsinin vurulması, kompensasiyanın ödənilməməsi, araşdırmaların aparılmaması və Rusiya ərazisində Azərbaycan vətəndaşlarına qarşı qeyri-insani davranışlar, təhdidlər, təhqirlər bu siyasətin bir parçasıdır. Amma Azərbaycan Rusiyaya qarşı heç bir sanksiya tətbiq etməyib, iqtisadi əməkdaşlığı davam etdirib, strateji münasibətləri saxlamağa çalışıb. Buna baxmayaraq, Rusiyanın Azərbaycana qarşı tutduğu bu mövqe ədalətsizdir. Azərbaycan müstəqil dövlətdir və öz dövlət maraqları çərçivəsində hərəkət edir. Rusiya da nə qədər tez bu aqressiyanı dayandırsa və əməkdaşlıq yoluna qayıtsa, bu həm Azərbaycan, həm Rusiya, həm də region üçün xeyirli olacaq”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Avqust 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri