Icma.az
close
up
RU
Müharibələrdən əziyyət çəkən xalqlara humanitar yardım göstərmək Azərbaycanın qlobal missiyasıdır

Müharibələrdən əziyyət çəkən xalqlara humanitar yardım göstərmək Azərbaycanın qlobal missiyasıdır

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Ermənipərəst Bəşər Əsəd rejiminin devrilməsindən sonra Azərbaycanın Suriya xalqının yaralarının sarınmasında, sağaldılmasında yaxından iştirak etməsi ölkəmiz adına qürurverici haldır. Prezident İlham Əliyevin müvafiq təlimatına uyğun olaraq, Suriya əhalisi üçün ölkəmiz adından təşkil olunan humanitar yardım xarakterli fəaliyyətlər mütəmadi olaraq davam etdirilir. Ötən ilin sonlarında Azərbaycan tərəfindən Suriya xaqlı üçün 200 ton həcmində humanitar yardım göndərilib. Bundan savayı, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi və Suriyadakı səfirliyimizin təşkilatçılığı ilə cari ilin 25-27 mart tarixlərində Dəməşq şəhərində 1000 nəfərə yaxın kimsəsiz uşaq üçün iftar süfrələri təşkil olunub.
Müqəddəs Qurban bayramı münasibətilə iyunun 7-8-də Suriyanın böyük dağıntılara məruz qalmış Dəməşqətrafı, Homs və Homsətrafı vilayətlərində “Azərbaycan xalqından qardaş Suriya xalqına ən səmimi təbriklər” şüarı altında yardım aksiyasının təşkil olunması da bu fəaliyyətlərin tərkib hissəsidir. Belə ki, Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı, habelə AİDA-nın dəstəyi ilə müharibədən əziyyət çəkmiş 320 ailəyə qurban əti paylanıb. Ərəb, türkman, çərkəz və ələvi əsilli ailələri əhatə edən xeyriyyə aksiyasının ilk günü Dəməşqətrafı vilayətinin Qərbi və Şərqi Quta rayonlarında, növbəti günü isə Homs və Homsətrafı vilayətlərində baş tutub. Yardım olunan şəxslərin böyük əksəriyyəti uzun sürən vətəndaş müharibəsi nəticəsində valideynlərini itirən ailələrin üzvləridir. İki gün ərzində ümumilikdə təxminən 1500 insan sözügedən yardım aksiyasından faydalanıb.
Qurban sovqatının təqdim olunduğu ailələr Azərbaycan xalqı və dövlətinə dərin minnətdarlıqlarını ifadə edərək, ölkəmizə ən xoş arzularını çatdırıblar. Azərbaycan dövləti, heç şübhəsiz ki, Suriya xalqına humanitar yardımlarını bundan sonra da davam etdirəcək. Biz müharibələrdən, təbii fəlakətlərdən əziyyət çəkən digər ölkələrə də, o cümlədən Rusiyanın işğalçı siyasətindən əziyyət çəkən Ukrayna xalqına da humanitar yardımlarımızı davam etdiririk. Müharibələrdən və təbii fəlakətlərdən əziyyət çəkən xalqlara humanitar yardım göstərmək Azərbaycanın qlobal missiyasıdır. Bu, eyni zamanda, həmin xalqlarla həmrəyliyimizin göstəricisidir.
Müstəqil xarici siyasət yürüdən qalib Azərbaycan dövləti humanitar dəstəyə zəruri ehtiyacı olan ölkələrə, xalqlara öz dəstək və yardımını heç vaxt əsirgəmir. Biz bunu Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmdə də, "vaksin millətçiliyi"nin tüğyan etdiyi pandemiya zamanı da görmüşük. Xatırlayırsınızsa, pandemiya dövründə Azərbaycan dövləti koronavirusa qarşı mübarizə məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və ya ÜST-nın (Ümumdünya Səhiyyə Təşkilatı) xətti ilə maliyyə yardımı, ümumi humanitar yardımlar edib. Həmçinin, zəlzələdən zərər çəkmiş dost və qardaş Türkiyəyə, Pakistana Bakıdan tibbi və humanitar ləvazimatlar göndərilib, Kahramanmaraşda Azərbaycanın inşa etdiyi məhəllə artıq tamamlanıb, Heydər Əliyev Fondunun xətti ilə Pakistanda isə bir sıra məktəblər təmir edilib. Ümumiyyətlə, dünyanın müxtəlif ölkələrində Azərbaycanın gördüyü xeyriyyə işləri, icra etdiyi müxtəlif layihələr haqqında çox danışmaq olar.
Bütün bunlar bir daha onu göstərir ki, dar günlərində dostlarımıza kömək əli uzatmaq, faciə ilə üzləşənlərə yardıma tələsmək Azərbaycan xalqının əzəli xüsusiyyətidir. Bu gün Suriya xalqına edilən humanitar yardım da Azərbaycanın xeyriyyəçilik ənənələrini qoruyub saxladığını təsdiqləyir. Xalqımızın və dövlətimizin xeyirxahlığı başqa ölkələr üçün də örnək sayılacaq səviyyədədir. Təsadüfi deyil ki, bir neçə il bundan öncə Beynəlxalq Xeyriyyə Yardım Fondunun (BXYF) keçirdiyi sorğuya cavab verən respondentlər Azərbaycanı MDB-nin ən xeyirxah ölkəsi adlandırıblar. Ölkəmizlə gerçəkdən qürur duyuruq!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 İyun 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri