Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Dostu 6 bıçaq zərbəsi vurdu

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

Tramp Harvarda 30 gün vaxt verdi

İsrail və HƏMAS arasında tarixi razılaşma...

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

Müharibələrin gerçək səbəbləri, pərdəarxası məqamları Deputatın sensasion məqaləsi

Müharibələrin gerçək səbəbləri, pərdəarxası məqamları Deputatın sensasion məqaləsi

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya tarixi müharibələrlə zəngindir. Təsəvvür edin, indiyə qədər 8048 böyük, 2567 isə kiçik miqyaslı müharibə baş verib. Müharibələr yalnız torpaq və sərvət üstündə başlamayıb. Dünyada çox gülməli səbəblərdən də müharibələr baş verib. Bir vedrə su üstündə, donuz üstündə, it üstündə, kartof üstündə, futbola görə, qadın uğrunda və s. səbəblərdən milyonlarla insan bu müharibələrin qurbanına çevrilib.

Müasir dövrdə müharibələrin formatı və məqsədi daha fərqli olub. Birinci və İkinci Dünya müharibələri, digər qısa müddətli kiçik müharibələr əsasən sərvət, torpaq və yollar üstündə başlayıb.

İnsan övladı dünya yaranandan bəri ən ağıllı dövrünü yaşayır. Qədim zamanlarda insanın ən böyük dəyəri onun dəyərsizliyi olub. Bir tiranın və ya qəbilə başçısının əhval-ruhiyyəsinin yaxşı olması, yaxud inanclarına görə yağışın yağması, yaxud Günəşin çıxması üçün minlərlə günahsız insan qurban edilib. Müasir dövrümüzdə isə hətta ən kiçik həşəratdan başlayaraq bütün canlıların hüquqlarını qoruyan saysız-hesabsız cəmiyyətlər və təşkilatlar mövcuddur. Bir misal çəkim: ölkəmizdə bazarların birində bir qəssab pişiyin pəncəsini kəsmişdi. Az qala bütün cəmiyyət ayağa qalxdı, sosial şəbəkələrdə həmin qəssabı linç edildi. Qəssab pişikdən də, insanlardan da üzr istədi, həmin pişiyi müalicə etdirdi. Yəni cəmiyyət bütün sahələrdə ictimai nəzarət funksiyasını yerinə yetirərək humanist dəyərləri bərqərar etməyə çalışır.

Cinayət baş verir, insan öldürülür, lakin həmin cinayət işi uzun illər bağlanmır, ta ki cinayətkar(lar) tapılana qədər. Burada bir paradoks görünür: insanlıq dəyərləri inkişaf edir və paralel olaraq xislətimizdəki dəyişməz qalan kin-küdurət, mənəmlik, hakimiyyət hərisliyi, diqtə etmək xarakteri dəyişmir. Müasir dünyamız çalxalanır, siyasi palitrada rənglər qarışıb. Dünyanın şəklini çəkmək istəyən rəssamlar çəkdikləri rəsmlərin növünü bilmədən çəkməkdədirlər. Bir az abstrakta oxşayır. Siyasi konfiqurasiya toplumların yox, şəxslərin və onların ətrafındakıların istəklərinə uyğunlaşdırılır. Amma insanları laylaya vermək üçün qulağa xoş gələn sözlərdən və fikirlərdən istifadə edilir: demokratiya, fundamental insan haqları, fikir azadlığı və s. Xoş səslənir, elə deyilmi? Yalnız səslənir, reallıq isə başqadır.

Dava yorğan davasıdır. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki İsrail-Fələstin, HƏMAS, Hizbullah, Suriyada uzun illər baş verən müharibə, hələ müharibə vəziyyətində olan, partlamamış mina kimi öz gününü gözləyən dondurulmuş münaqişələri demirəm. Xronologiyaya baxdıqda qarşımıza əcaib bir mənzərə çıxır. Müharibələrin alt qatında, pərdəarxasında gizli məqamlar yalnız bir şeyə xidmət edir: talamaq, bölmək, parçalamaq, diqtə etmək və təbii ki, hökmranlıq etmək. Suriyada olan vətəndaş müharibəsi böyük aktorların nüfuz və sərvət ehtirasıdır. Suriya coğrafi olaraq çox vacib arealda yerləşir, maraqlar toqquşur, güclər proksilərin əli ilə məqsədləri üçün vuruşurlar, ortada isə günahsız insanlar – savadsız və cahil “dindarlar”, uşaqlar, qadınlar, yaşlılar ölür. İsrail və HƏMAS, yaxud Hizbullah məsələsi daha çox aydındır.

Gələk bizə yaxın olan iki dost ölkəyə – Rusiya və Ukraynaya. İki qardaş xalq… Nədir bunun səbəbi? Dərin təhlil edəndə azı 8 səbəb tapmışam, amma birincisinə nəzər yetirək. SSRİ dağılır, müstəqil respublikalar yaranır. Rusiya özünü SSRİ-nin varisi sayır. Boris Yeltsin dövründə Rusiya özünü tapa bilmir. Ölkədə xaos, cinayətkarlıq, cinayətkar qrupların qısa vaxt ərzində şəkillərini dəyişərək oliqarx-biznesmenə çevrilməsi, xarici siyasətdə ABŞ-ın təsiri altında olması…

Hakimiyyətə Vladimir Putin gəlir. Qısa müddət ərzində sübut edir ki, o, Yeltsin deyil. Möhkəm iradəsi var. Keçmiş təhlükəsizlik zabiti təcrübəsi və dünya siyasətinin pərdəarxasını bilməsi Rusiyanı dirçəltməyə başlayır.

Daxili siyasətdə nizamlama prosesi bir az uzun çəksə də, həll edilir, oturuşmuş komanda formalaşır. Güclü iqtisadiyyat, güclü ordu qurulana qədər hətta ABŞ-a Rusiyanın da NATO-ya qoşulacağını manipulyasiya edir. Putinə zaman lazım idi, həmin zaman yetişir və Rusiya prezidenti artıq dünyaya bəyan edir ki, təkqütblü güc yoxdur. O da meydandadır. “Tək qapıya futbol matçı” bitdi. Gəlin, normal futbol oynayaq.

Tarix bizə bir şeyi öyrətdi: böyük imperiyaların və böyük dövlətlərin əhalisi həmişə xoşbəxt yaşamır. Adətən dünyada kiçik və ağıllı idarə olunan dövlətlər sakit və əmin-amanlıq içində yaşayır. İmperiyanın bir yolu var: zaman-zaman ya böyüməlidir, ya da içindən dağılmalıdır. Təbii ki, Rusiya, ABŞ, Çin, Hindistan və digər böyük ölkələr birincini seçir. Baxın, həmin ölkələrdə sakit həyat yoxdur. Ya müharibə edirlər, ya digər ölkələri özlərinə birləşdirmək istəyirlər, ya yaxında, ya da uzaqda yol istəyirlər, ya da donmuş münaqişələri var.

Ukrayna Avropada öz yeraltı və yerüstü sərvətləri, böyük ərazisi və işgüzar əhalisi ilə fərqlənir. Kuçmadan sonra Ukrayna öz yolunu və kimliyini tapa bilmədi. Yuxarıda qeyd etdiyimiz gəlişi xoş sözlərə və siyasi alət olan demokratiya, insan haqları və s. kimi xəyallara qapıldı. Ölkə, demək olar ki, iki oliqarx biznesmenlər arasında bölündü. Kolomoyski və Axmetov – bu iki biznesmen növbə ilə hakimiyyətə öz adamlarını gətirirdilər. Aralarındakı razılaşmanı pozmurdular: bir dövrdə birinin namizədi prezident olurdu, növbəti dövrdə isə digərinin. Beləliklə, Ukrayna xaosa doğru sürətlə irəliləyirdi.

Sonuncu prezident Zelenski Kolomoyskinin məhsuludur. Zelenski prezidentliyinə qədər Ukraynada və Rusiya şou-biznesində istedadlı aktyor kimi sevilirdi. Hətta onun ən çox parodiya etdiyi şəxslər Ukrayna prezidentləri idi (Onun belə bir səhnəsi var idi: Ukrayna prezidentini yamsılayır, prezident və komandasının iclasını keçirir və “ölkəni talayırsınız” deyə iclasdakı bütün komanda üzvlərini avtomatla güllələyir). Həyatın ironiyasına baxın, indi özü prezidentdir. Hardan gəldi, necə gəldi? Siyasi keçmişi yoxdur, vəzifə pillələrində təcrübə toplamadı. Bir də ayıldı ki, artıq Ukrayna kimi böyük bir dövlətin prezidenti postundadır.

Rusiya həqiqətənmi Ukraynanı işğal edəcəkdi? Falçı deyilik, amma siyasət həm də məntiqi sevir. Məntiqlə baxsaq, Rusiya sərhədləri yaxınlığında NATO-nu istəmir. Ukraynaya zamanında sakit dayanaraq qonşu və qardaş dövlət kimi yaşamağı təklif edirdi. İnqilablar həmişə həm ağrılı, həm də itkili olur. Ukrayna zamanında Qərbin şirin yalanlarına uymasaydı, “gözü çıxan qardaş” məsələsini və Qərbin digər ölkələrə gətirdiyi, “xoşbəxtliyi” analiz etsəydi, sonunu görə bilərdi. Ukrayna nəyi seçdi? “Sonunu düşünən qəhrəman olmaz” deyərək, yola çıxdı. Və budur həmin yolun sonu…

Nə baş verirsə-versin, Ukrayna əvvəlki Ukrayna olmayacaq. Həmin sərhədlər və sərvətlər olmayacaq. İki qardaş xalq uzun illər düşmən kimi qalacaq. Minlərlə insanın ölümü, milyonlarla insanın dünyaya səpələnməsi – bugünkü Ukraynanın vəziyyətidir. Ukrayna indi anlayır ki, ona pul verənlər “vuruş, öl” deyənlərdir və onlar öz məqsədləri üçün çalışırlar. Məqsəd isə bu zəngin torpaqlardan pay qoparmaq, Avropada yeni böyük slavyan dövlətinin yaranmasına imkan verməmək və paralel olaraq Ukraynanın hesabına Rusiyanı zəiflədərək onun saysız-hesabsız sərvətlərinə çıxış əldə etməkdir. Yəni ya dağıdırsan, ya zəiflədirsən və bundan sonra hökm edirsən.

Donald Trampın hakimiyyətə gəlməsi ilə səhnənin arxasındakı “qrim otağında” baş verənlər aşkara çıxdı. D.Tramp siyasətçi olmaqdan öncə biznesmendir, hər şeyi hesablayır, xeyrini-zərərini bilir və sonra hərəkət edir. Tramp həm Avropanın, həm də ABŞ-ın əvvəlki yarıtmaz hakimiyyətinin paxırlarını açıb tökür. Hamı şokdadır. Bayden hakimiyyəti pulları necə verib? Düşünürsünüz ki, bandrollarla dollar göndərib? Xeyr. Pul büdcədən çıxıb, özlərinə yaxın olan özəl hərbi sənaye komplekslərinə yönəldilib. Bir az silah göndərilib, bir az da “yeyilib”. Korrupsiyanın buynuzu olmur ki!

Hələ USAİD… Samanta nənə, Pelosi nənə… Bu korrupsioner nənələr ermənipərəst və bir neçə “dayı və baba”nın əli ilə ölkəni sümürürdülər. Sonra da dünyaya və bizlərə demokratiya, insan haqları dərsi keçirdilər. Tramp isə açıq oynayır. Onun üçün birinci ABŞ-dır, onun iqtisadiyyatıdır, ABŞ-ı daxildən gücləndirməkdir. Çinlə olan iqtisadi haqq-hesabında Rusiyanı da yanına çəkməklə, gələcəkdə hələ uzun müddət dünya iqtisadiyyatında bir nömrəli olmaq istəyir.

Gələk Azərbaycana. Azərbaycan, onun ağıllı, qətiyyətli və praqmatik liderinin sayəsində doğru və düzgün yoldadır. İlham Əliyev fenomenal insandır. Şahmatçı olsaydı, düşünürəm ki, dünyanın ən güclü qrossmeysterlərindən biri olardı. O, hələ edilməmiş bir neçə gedişi öncədən hesablayır və ona uyğun siyasət həyata keçirir. Şuşada keçirdiyi mətbuat konfransında ABŞ-da baş tutacaq seçkilərlə və Trampla bağlı məsələyə subliminal cavabı, eləcə də Rusiya televiziyasına USAİD ilə bağlı verdiyi müsahibədə səsləndirdiyi fikirləri ilə göstərdi ki, yalnız belə insanlar böyük siyasi kombinasiyalar qura bilər. İlham Əliyev düzgün siyasət aparır və Azərbaycan xalqının dəyərlərini beynəlxalq arenada uğurla təbliğ edir.

Azərbaycanda tarixən “kişi sözü” anlayışı mövcuddur. Yəni kişinin sözü ilə əməli düz olmalıdır. Azərbaycan Prezidenti əsl Azərbaycan kişisi kimi həmin dəyərlərin daşıyıcısıdır. “Siyasətdə yalnız ölülər fikrini dəyişmir” deyirlər. İlham Əliyev isə bu fikri alt-üst edir. O, göstərir ki, əgər xalqından güc alırsansa, ağıllısansa, dövlətçiliyini canından çox sevirsənsə, siyasətdə düzgün oynamaq mümkündür. Böyük qələbələr və uğurlar qazanmışıq, proses davam edir. İnsan dağın zirvəsində olanda onun əzəmətini görə bilmir, endikcə və uzaqlaşdıqca isə bu böyüklük və əzəmət daha aydın görünür. Biz 21-ci əsrdə elə uğurlar əldə etmişik ki, zaman keçdikcə onların əsl miqyasını daha yaxşı anlayacağıq. İnsan beyninin quruluşu elədir ki, yaranan ağrı dərhal hiss olunmadığı kimi, qələbənin də əsl dəyəri zamanla tam dərk edilir.

Qarşıda hədəflərimiz var:

* Ermənistanı sülhə tam məcbur etmək;

* Bölgədə dayanıqlı sülh və əmin-amanlığı təmin etmək;

* Zəngəzur dəhlizini açaraq, dünyanın ən rentabelli və təhlükəsiz marşrutlarından birinin bir hissəsinə çevrilmək;

* Qardaş Türkiyə, digər türk dövlətləri, İsrail, Pakistan, Avropa və digər qitələrdəki dost dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək;

* Beynəlxalq platformalarda nüfuzumuzu daha da artırmaq, ölkəmizi tanıtmaq;

* Dünya erməniliyinin təsiri altında olan dövlətlərdə mövqeyimizi möhkəmləndirmək (Məsələn, Makron Fransada əbədi deyil, Fransa ilə işləməliyik. Kanadada erməni sevdalısı Trüdonun hakimiyyətinə çox qalmayıb. Onun yerinə gələ biləcək real namizədlə işləməliyik. ABŞ-da isə bizə tərəf Bayden komandasından qat-qat yaxşı siyasətin olacağına inanırıq).

Zaman dayanmır, dünya sürətlə dəyişir. Bizim yerimiz, yolumuz, amalımız bəllidir. Nə qədər güc olursa-olsun, həmin gücü yumşaq gücə çevirən ağıldır (Aikido fəlsəfəsi). Bizim isə çox ağıllı Prezidentimiz, mərd xalqımız və düzgün hesab etdiyimiz yolumuz var. Yolumuz açıq olsun!

Vüqar İskəndərov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Fevral 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see157

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

29 May 2025 16:23see146

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see126

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see121

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Dostu 6 bıçaq zərbəsi vurdu

29 May 2025 16:45see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri