Icma.az
close
up
RU
Deputatın məqaləsi Avropa mətbuatında dərc olundu

Deputatın məqaləsi Avropa mətbuatında dərc olundu

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa İttifaqının 27 ölkəsində izlənilən nüfuzlu mətbuat orqanı olan EU Reporter nəşrində 09 sentyabr 2025-ci il tarixində Milli Məclisdə "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda keçirilən xüsusi iclasına dair "Parliament Declares the Washington Declaration a Historic Victory” adlı məqaləsi dərc olunub.

AZXEBER.COM xəbər verir ki, məqalədə müasir, müstəqil Azərbaycan Respublikasının 35 ilə yaxın bir dövrü əhatə edən qısa tarixində bir çox böyük nailiyyətlərə imza atdığı, xüsusilə, 2020-ci ildə Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin verdiyi əmrə əsasən 44 gün ərzində heç bir mülki şəxsə zərər yetirmədən Azərbaycan Ordusunun 30 il işğal altında olan ərazilərimizi azad etməsi öz əksini tapıb.

Eyni zamanda məqalədə 08 avqust 2025-ci il tarixində Azərbaycan Respublikası, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə imzalanan tarixi "Vaşinqton Bəyannaməsi” yüksək qiymətləndirilir və Milli Məclisin 09 sentyabr 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş görüşlərinin müzakirəsinə, o cümlədən bu məsələyə Parlamentin münasibətinin formalaşdırılmasına dair keçirilən xüsusi iclası diqqətə çatdırılr.

Burada çıxış edən deputatların yekdil şəkildə bəyannaməni dəstəkləməsi və bu tarixi nailiyyətə olan münasibəti parlamentin dövlətçilik maraqları naminə sərgilədiyi həmrəylik nümunəsi kimi qiymətləndirilir. Parlament üzvlərinin çıxışlarında Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi istiqamətində ölkə başçısının apardığı uğurlu siyasətin davamlı dəstəklənməsi, millət vəkillərinin də öz növbəsində Bəyannamənin əhəmiyyətini dərindən anlayaraq onun icrası istiqamətində üzərlərinə düşən vəzifələri yerinə yetirməyə hazır olduqları qeyd olunur.

Hər bir Azərbaycan vətəndaşı gözəl anlayır ki, Prezident İlham Əliyevin əldə etdiyi bu tarixi qələbənin həyata keçirilməsi və Azərbaycanın milli maraqlarının qorunması naminə əllərindən gələni etməlidir.

Həmin məqalə ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: 

https://www.eureporter.co/world/azerbaijan-world/2025/09/10/parliament-declares-the-washington-declaration-a-historic-victory/


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:504
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 Sentyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri