Icma.az
close
up
RU
“Müharibənin coğrafiyasını dəyişəcəyik” İran nəyi planlaşdırır?

“Müharibənin coğrafiyasını dəyişəcəyik” İran nəyi planlaşdırır?

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmisi Hüseyn Möhəbi təhdid dili ilə danışıb və bildirib ki, Tehran yeni silahlara malikdir və gələcək eskalasiya baş verəcəyi təqdirdə müharibənin coğrafiyasını dəyişməyə tam hazırdır. Onun bu açıqlaması birmənalı qarşılanmayıb və müəyyən suallar yaradıb. 

Bəs görəsən, SEPAH rəsmisi "müharibənin coğrafiyasını dəyişəcəyik" deməklə nəyi nəzərdə tutur? Coğrafi anlam hansı əraziləri əhatə edə bilər?

Mövzunu "Azpolitika" ya şərh edən politoloq Zeynal Əmrəliyev bildirib ki, İranın nəzərdə tutduğu hədəflər müharibənin coğrafiyasının daha da genişləndiyini göstərir:

"Belə ki, Trampın İrana qarşı hərbi əməliyyatlara başladığı ilk mərhələdə Tehran əsasən Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazalarını hədəfə alırdı. İndi isə İranın daha uzaq məsafələrdə yerləşən hədəflərə zərbə endirmək imkanlarının artdığını görürük. İranın malik olduğu ballistik raketlərin uçuş məsafəsinin artırılması ona Avropadakı müəyyən hədəfləri də vurmaq imkanı verə bilər. Tehranın son açıqlamaları da onu göstərir ki, növbəti əməliyyatlar çərçivəsində İranın Avropadakı bəzi hədəfləri nəzərdən keçirməsi mümkündür. Bu baxımdan Avropada yerləşən ABŞ hərbi bazalarının da zərbələrə məruz qalması ehtimalı müzakirə olunur".

Politoloqun sözlərinə görə, ümumilikdə bu addım Qərbə qarşı mesaj kimi qiymətləndirilə bilər:

"Tehran ABŞ və onun müttəfiqlərinə hərbi əməliyyatları dayandırmaları barədə xəbərdarlıq edir. Əks halda, növbəti mərhələdə daha geniş coğrafiyada yerləşən hədəflərin təhlükə altında qala biləcəyi mesajını verir. Ehtimal olunur ki, İran uzaq istiqamətlərdə, o cümlədən dənizlərdə yerləşən ABŞ hərbi və hava bazalarını da hədəfə alma imkanlarını nəzərdən keçirir. Həmçinin İranın hava əməliyyatlarını genişləndirə biləcəyi ehtimalı da müzakirə olunur. Bu halda ABŞ-nin uzaq coğrafiyalarda yerləşən hərbi bazaları da potensial təhlükə ilə üzləşə bilər. İranın konkret coğrafi istiqamət göstərmədən təhdidlər səsləndirməsi faktiki olaraq ABŞ-nin dünyanın müxtəlif bölgələrində yerləşən hərbi obyektlərinin risk altında qala biləcəyini deməyə verir. Çünki ballistik raketlərin hansı məsafədən buraxılacağı və İranın hansı istiqamətləri hədəfə alacağı əvvəlcədən məlum deyil. Buna görə də ABŞ-nin müxtəlif regionlardakı hərbi bazalarının potensial hədəfə çevrilməsi ehtimalı gündəmdədir".

Günəş Fərəh

Azpolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Sentyabr 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri