Icma.az
close
up
RU
Müharibənin miqyası böyüyür: Zaxarovadan şok iddia iki ölkənin müdaxiləsi...

Müharibənin miqyası böyüyür: Zaxarovadan şok iddia iki ölkənin müdaxiləsi...

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Fransa və Britaniyanın Ukraynanın Odessa vilayətinə hərbi müdaxilənin şərtlərini hazırladığını bildirib. Zaxarova, sözügedən ölkələrin Baş Qərargah rəislərinin Kiyevdə keçirilən görüşdə bu məsələləri müzakirə etdiklərini iddia edib. Bu açıqlama, Ukrayna müharibəsinin daha da genişlənib-genişlənməyəcəyi barədə suallar doğurur.

Zaxarovanın dediklərinə nə qədər inam göstərilməlidir və bu iddiaların arxasında hansı reallıqlar dayanır?

Globalinfo.az-a danışan politoloq Yalçın Hacızadə deyib ki, Donald Tramp ABŞ-da hakimiyyətə gəldiyi zaman bu müharibəni bir günə bitirəcəyi barədə vəd vermişdi:

“Prezident səlahiyyətlərinin icra etməyə başladıqdan sonra da müharibənin dayandırılması ilə bağlı prosesə başladı. Həm Ukrayna, həm də Rusiya tərəfi ilə özü və hakimiyyət nümayəndələri bir neçə dəfə müzakirələr keçirdi. Əvvəlcə, Ukrayna tərəfini müharibənin dayandırılmasına razı salaraq, bu zamana qədər Amerikanın xərclədiyi vəsaiti də Ukraynanın təbii sərvətləri vasitəsilə kompensasiya etməyə çalışdı. Bütün bunları edən zaman da seçicilərinə “şou” göstərməyi də unutmadı. Lakin görünən odur ki, Rusiya – Ukrayna müharibəsinin dayandırılmasında Trampın planı nəticə vermir”.

Politoloqun sözlərinə görə, işğala məruz qalan Ukraynanın ABŞ tərəfindən sıxışdırılması, silah – sursat təminatının dayandırılması Rusiyanı daha da “ilhamlandıraraq” ağır nəticələri olan hücumunu artırdı:

Yalçın Hacızadə

“ABŞ-dan fərqli olaraq öz təhlükəsizliklərinin təmin edilməsi üçün müharibənin davam etməsində maraqlı olan Avropanın bəzi ölkələri Ukraynaya müxtəlif formalarda kömək etməyə çalışırlar və ya vəd verirlər. Buna görə gah Fransanın, gah da Britaniyanın rəhbərliyi və ev sahibliyi ilə sammitlər keçirərək dəstəyin formalarını müzakirə edirlər. Amma Ukraynanın Rusiya qarşısında tab gətirməsi üçün Avropa ölkələrinin dəstəyinin kifayət etməyəcəyi bəllidir. Çünki hal-hazırda Avropa ölkələri təhlükəsizliklərinin təmin edilməsi baxımından ABŞ-dan asılıdırlar və mövcud hərbi imkanları özlərini qorumağa kifayət etməyəcək. Ona görə Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı Zaxarovanın “Fransa və Britaniyanın Odessaya hərbi müdaxilənin planlarını hazırlayırlar” fikri inandırıcı deyil. Əlbəttə ki, üç ildən artıqdır davam edən müharibədə hər iki tərəf kifayət qədər resurs itirib. Buna görə müharibənin özlərinə uyğun şərtlərdə dayandırılmasını istəyən tərəflər danışıqlar masasına daha yaxşı vəziyyətdə oturmaq üçün öz imkanlarını daha çox səfərbər edirlər”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Aprel 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri