Icma.az
close
up
RU
Müharibənin sonsuz labirinti: Ukrayna savaşından sonra NƏ OLACAQ? Səxavət Məmməd yazır

Müharibənin sonsuz labirinti: Ukrayna savaşından sonra NƏ OLACAQ? Səxavət Məmməd yazır

Yenicag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər işdə nəticə çox önəmlidir. Bəzən ciddi nəticə əldə edə bilməyənlər, yaxud hiyləgər olanlar nəticəni arxa plana ata, özünə ehtiyac limitini artıra bilirlər. Bunu insanlara da, dövlətlərə də şamil etmək olar. Rusiya-Ukrayna müharibəsinin uzanması iddia olunurdu ki, Rusiyanın çöküşünə gətirib çıxaracaq. Bunu heç şübhəsiz Rusiya tərəfi də bilirdi. Ona görə də Rusiya iqtisadiyyatını hərbi iqtisadiyyata çevirdi. Rusiya tərəfi bilir ki, hərbi iqtisadiyyata keçid etməklə həm öz istəyinə çata biləcək, həm də bir neçə il bu iqtisadiyyata ehtiyacı olacaq. Belə ki, boşaldılmış silah-sursat anbarları dolmalıdır. Bunun özü də illərlə vaxt alacaq.

Bundan əlavə, müharibə bitəcəyi təqdirdə, Rusiya yenidən silah bazarına geri dönəcək. Eləcə də Ukrayna ərazisində müəyyən hədlərə çıxaraq, müdafiə sistemi qurmaqla əldə etdiklərini qorumağa başladı. Gücü çatdığı qədər isə yeni yaşayış məntəqələri tutdu və buna davam edir. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar nə qədər ağır olsa da, ruslar sanksiyaları yara bildilər. Qərblə Rusiya arasında isə ticarət olduğu kimi davam edir, hətta araşdırmalara görə bəzi sahələrdə bu ticarət dövriyyəsi genişlənib də. Ancaq bu ticarət birbaşa yox, dolayı yolla aparılır.

Yəni ağıllı dövlətlər və iş adamları böyük pullar qazanmaqdadır. Sanksiyalara qədər Rusiya bazarında monopoliyalar mövcud idisə, artıq kim hansısa bir məhsulu Rusiya bazarına gətirə bilirsə, rahatlıqla girə bilir. Müharibənin uzanması ilə Rusiya özünə ehtiyacı artırmağa başladı. Ukrayna tərəfi də işğalı, təcavüzü qoyaq bir kənara, Qərb ölkələrini inandıra bilmişdi ki, onlardan sonra növbəti hədəf Avropa ölkələridir. Rusiyaya qarşı birləşmək, habelə məsələnin Ukrayna ərazisindən kənara çıxmaması üçün addımlar atılırdı. İlk bir il ərzində heç kim verdiyi pulun, göndərdiyi silahın hesabatını tələb etmirdi. Hər kəs ülvi bir şey üçün addım atdığını düşünürdü. Proses uzandıqca və sahədə heç bir nəticə əldə olunmadıqca, artıq sorğu-suallar da başlamış oldu. Müharibənin ikinci ili tamam olmamışdan, Qərb mediasında verilən vəsaitin başqa yerlərə getməsi yönündə yazılar dərc olunmağa başladı. Hətta pulların yeyilməsi, məmurların Avropada bahalı villalar alması barədə araşdırmalar da aparıldı. İstər-istəməz, insan nə qədər dəstək olur olsun, əgər ortada nəticə yoxdursa, hesabat istəməyə başlayır.

Qərb ölkələrinin bəlkə də ən böyük səhvi müharibənin ilk ilində məsələni bitirməməsi oldu. Yəni Rusiya ordusu zəif, reform getməmiş, döyüş qabiliyyəti çox aşağı bir vaxtda. əgər hansısa ölkələr qoşun göndərə və Rusiyanı həm sahədə, həm də masada məğlub edə bilərdilər. Ukraynalı bəzi zabitlər Qərb mediasına verdiyi müsahibələrdə açıq şəkildə deyirdilər ki, müharibənin ilk 6 ayındakı Rusiya ordusu ilə bir il sonrakı Rusiya ordusu arasında böyük fərq yaranmışdı. Səbəb Rusiya tərəfinin reformu həyata keçirməsi idi. Zəif vaxt qoşun göndərməyib, indiki məqamda qoşun göndərmək heç nəyi dəyişməyəcək. Müharibə görmüş ən zəif əsgərlə, müharibə görməmiş ən güclü əsgər arasından seçim etsəm, mütləq müharibə görmüş zəif əsgəri seçərəm.

Rusiya Suriya məsələsində də özünə ehtiyacı artırdı. Bunu isə hərəkətsizliklə etdi. Suriyadan Rusiya hərbi bazalarının çıxarılması yönündə fikirlər səsləndiriləndə də yazırdım ki, region dövlətləri özləri imkan verməyəcək Rusiya çıxsın. Rusiya da bilirdi ki, əgər onlar çıxacaqsa, yerlərini Türkiyə hərbi bazaları dolduracaq. Bu isə İsrailin və İranın maraqlarına zidd olacaqdı. Təsadüfi deyil ki, BMT-də Rusiya əleyhinə qətnamə qəbul ediləndə, qətnamənin əleyhinə səs verən ölkələrdən biri də İsrail idi.

Burada iki səbəb ola bilərdi: birincisi, İsrail Türkiyənin Suriyada genişlənməsinin qarşısını almaq üçün sonradan dilə gətirəcəyi niyyət, ikincisi isə Rusiya yəhudiləri. İsrail açıq şəkildə bəyan edir ki, Rusiya hərbi bazları ərazidə qalmalıdır. Hətta Türkiyənin 3 hərbi baza qurmasını belə ABŞ-yə şikayət edir. Türkiyə İsrailin, İsrail isə Türkiyənin genişlənməsini istəmir. Belə olan halda, hər iki tərəfin razılaşacağı xarici qüvvə Rusiya olacaq.

Sual yaranır, Rusiya-Ukrayna müharibəsi bu hədlərdə bitərsə, qazananı kim olacaq? Rusiya-Ukrayna ərazisinin, hətta 30 faizini öz ərazisinə qatmış olsa belə, qalib olmayacaq. Çünki 70 faizlik Ukrayna Avropa ittifaqına qatıla bilər. Bundan əlavə, ABŞ şirkətlərinin Ukrayna ərazisinə girməsi elə Ukraynanın təhlükəsizlik qarantı sayılmır? Rusiya niyə qalib sayılmayacaq? Çünki əvvəllər 100 faiz Ukraynaya təsir edə bilən ölkə 30 faizlə kifayətlənəcəksə, bu qələbə sayıla bilməz. Əslində, ABŞ-nin məhz bu səbəbdən israrçı olduğunu düşünürəm. İndiki Rusiya propaqandası bunu qələbə kimi təqdim edə bilər, ancaq illər keçdikcə, məsələnin mahiyyəti ortaya çıxdıqda, indiki Rusiya hakimiyyəti ağır tənqidlərlə üzləşəcək. Ona görə də bu hədlərdə bitəcək müharibənin əbədi olacağını düşünmürəm…

Səxavət Məmməd

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 04 Mart 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri