Icma.az
close
up
RU
Müharibənin taleyi üçün gerisayım başlayıb

Müharibənin taleyi üçün gerisayım başlayıb

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Kiyevə İstanbulda birbaşa danışıqların bərpasını  təklif edib.

"Biz dəfələrlə atəşi dayandırmaq üçün addımlar təklif etmişik. Biz heç vaxt Ukrayna tərəfi ilə dialoqdan imtina etməmişik. Bir daha xatırlatmaq istəyirəm. 2022-ci ildə danışıqları dayandıran biz deyilik. Bunu Ukrayna tərəfi edib", - Rusiya Prezidenti Kremldə jurnalistlərə açıqlamasında deyib.

ABŞ Prezidenti Donald Trampın da Rusiya-Ukrayna müharibəsi ilə bağlı son açıqlamaları beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurdu. Tramp bildirib ki, əgər sülh istiqamətində irəliləyiş görməsə, münaqişəyə vasitəçilik səylərini dayandıra bilər. Digər tərəfdən, müəyyən “pozitiv hadisələrin” baş verdiyini və prosesdə irəliləyiş olduğunu söyləyib. Onun “biz bir tərəflə razılaşmaya daha yaxınıq” sözləri və tərəflərin adını çəkməkdən imtina etməsi, prosesin nə qədər qapalı və həssas xarakter daşıdığını göstərir. 

Ukrayna üçün sülh masasında əsas risklərdən biri onun iştirakı və maraqlarının arxa plana keçməsidir. Tramp administrasiyası siyasi və iqtisadi üstünlüklər əldə etmək üçün sülh prosesini istifadə edir, lakin Ukrayna bu sazişlərdə “qurban”a çevrilməməyə çalışır. Hazırkı geosiyasi mənzərədə ABŞ-nin öz maraqları uğrunda Ukraynanı hansı mövqeyə sürükləyəcəyi və ölkənin bu prosesə nə qədər müqavimət göstərə biləcəyi əsas sualdır.

Xüsusilə də Trampın Ukrayna ilə "amerikalılar üçün sərfəli" adlandırdığı yeraltı sərvətlərlə bağlı əldə olunmuş sazişi vurğulaması və eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanında keçirilə biləcək gizli görüş ehtimalından danışması suallar doğurur ki, ABŞ sülh adı ilə enerji və iqtisadi maraqlarını irəli çəkməyəmi çalışır? Bu cür danışıqlarda Ukraynanın iştirakı və razılığı nə qədər nəzərə alınır? Qapalı diplomatik masa arxasında gedən mümkün razılaşmalar Ukrayna üçün hansı real riskləri yarada bilər? Yoxsa bu, uzunmüddətli sülh üçün son şansdır? 

“Rusiyanın məqsədi SSRİ-ni yenidən qurmaqdır”

Məsələ ilə bağlı Ukraynanın Milli Strateji Tədqiqatlar İnstitutunun baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us "Cümhuriyət"-ə bildirib ki, tam miqyaslı müharibənin ilk günündən Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmağın çox çətin olacağı bəlli idi. Ekspertin sözlərinə görə, Rusiyanın məqsədi Ukraynanı məhv etmək və gələcəkdə SSRİ-ni yenidən qurmaqdır, Ukrayna isə bu planların həyata keçməsini əsla istəmir:

"Rusiya bu müharibədə qalib gələcəyinə əmindir, ona görə də müharibəni dayandırmaqla bağlı heç bir təklifi qəbul etmək istəmir. Ukrayna üçün Rusiyaya hansısa güzəştə getmək faktı 10 ildən çox davam edən müharibə və 3 ildən çox tam miqyaslı müharibə dövründə Rusiyanın törətdiyi cinayətlərin unudulması deməkdir.

Ukrayna cəmiyyəti buna hazır deyil. Elə buna görə də Trampın müharibəni tezliklə bitirməklə bağlı təşəbbüsləri, məsələn, əvvəlcə “bir günə”, sonra “andiçmədən 24 saat sonra”, sonra isə daha uzun müddətlər ərzində bu işi həll etməklə bağlı dedikləri ciddi qarşılanmırdı. Çünki Tramp administrasiyasının bu məsələyə real şəkildə son qoymağa hazır olduğu hiss olunmurdu. Əgər belə bir imkan varsa belə, bu, Ukraynanı qane etməyəcək və bu, Ukrayna cəmiyyətini çox narahat edir".

Mübahisəli məqamlar sazişdən çıxarılıb

Ekspert qeyd edib ki, Tramp danışıqlar prosesindən çıxa biləcəyini deyəndə, bu, Ukraynada normal qarşılanır: 

“ABŞ və Ukraynaya təzyiq göstərməyəcək və Ukraynanın istəmədiyi güzəştlərə məcbur edilməyəcək. Nadir torpaq elementləri ilə bağlı saziş imzalandıqdan sonra Ukraynada belə bir fikir yaranır ki, ABŞ Ukraynaya dəstək verməkdə maraqlı olmağa başlayır. Buna görə də, “sülhün lazım olduğu” ilə bağlı nə deyilsə də, ABŞ əvvəlki administrasiyasının ritorikasına qayıdır və Ukraynanın qələbəsi ilə, güc yolu ilə sülh əldə etmək istəyir.

Nadir torpaq elementləri ilə bağlı saziş uzun müddət hazırlanıb və mürəkkəb bir tarixə malikdir. Xatırlayırsınızsa, Ağ Evdəki Oval kabinetdə Ukrayna Prezidenti Zelenski ilə ABŞ Prezidenti Donald Tramp və vitse-prezidenti Cey D. Vens arasında baş verən mübahisədən sonra bu sazişin olmayacağı düşünülürdü. Amma sonra daha sərt mətnlərlə yeni bir razılaşma formalaşdı. Bu məsələ xeyli müddət geniş müzakirə olundu. Paralel olaraq Ukraynanın, müharibəyə baxmayaraq, bu sahəyə pul ayırıb yaxşı hüquq şirkətləri cəlb etdiyi barədə məlumatlar yayıldı.

Həmin hüquqşünaslar da nəticədə güclü və əsaslı bir son sənəd hazırladılar. İndi sadəcə texniki məsələlər gözlənilir. Ən vacibi isə budur ki, Ukrayna cəmiyyətini narahat edən, mübahisəli məqamlar sazişdən çıxarılıb. Bu isə böyük üstünlükdür və Ukraynanın hərbi yardım alması üçün bir perspektiv yaradır".

”Bu, ABŞ-nin Rusiya bazarlarına daxil olması ilə bağlı ola bilər”

 İvan Us vurğulayıb ki, Donald Tramp hakimiyyətinin ilk 100 günündə bu sazişi “möhtəşəm bir razılaşma” kimi təqdim etmək fürsəti qazanıb:

"Burada sadə bir şeyi anlamaq lazımdır: vacib olan nə edildiyi yox, nə deyildiyidir. Trampa bu sözləri demək lazım idi və o, bu imkanı qazandı. ABŞ isə Çinlə ticarət müharibəsinin fonunda, özünə lazım olan sazişi Ukrayna ilə bağlamış oldu. Çünki çox sayda ekspert deyirdi ki, ABŞ Çindən nadir torpaq elementlərinin tədarükündə yaranacaq riskləri azaltmaq üçün başqa ölkələrlə alternativ sazişlər imzalamalıdır. Ukrayna bu kontekstdə tez-tez nümunə kimi göstərilirdi. İndi bu saziş var və Trampın ətrafı onu öz siyasi maraqları üçün istifadə edəcək". 

Ekspert qeyd edib ki, bu razılaşmanın Ukraynanın xəbərsiz olduğu riskli tərəfləri var:

“Amma əvvəlki ilə müqayisədə indi bu risklər daha azdır. Çünki əvvəllər ABŞ elə bir mövqedə dayanırdı ki, guya Rusiya onlara Çinlə olan ticarət savaşında yardımçı ola bilər. Rusiya ABŞ-yə İran üzərində təzyiq yaratmağa da kömək edəcəkdi, çünki İran öz nüvə texnologiyalarını Rusiyaya verəcəyini bəyan etmişdi. Bu məqsədlə Stiv Uitkoff və Tramp administrasiyası Rusiya ilə danışıqlar aparırdı və onların ritorikası da daha çox Rusiyaya yönəlmişdi. Lakin Uitkoff və Putin arasında baş tutan növbəti görüşdən sonra, Uitkoff Omana gedib və orada İran nümayəndələri ilə görüşüb. Yəqin ki, bu görüşdən sonra İranın Rusiyaya heç bir nüvə məlumatı verməyəcəyi barədə mənfi siqnal alıb.

Bunun nəticəsində Tramp administrasiyası anladı ki, Rusiyaya yaxınlaşma siyasəti fayda vermir. Bundan əlavə, Respublikaçılar Partiyasının özündə də Trampın bu ritorikasına qarşı narazılıq yaranmağa başladı və bu narazılıq artıq bəzi bəyanatlarla, xüsusilə respublikaçı senator Lindsay Qreymın çıxışları ilə özünü göstərir. O bildirib ki, təklif etdiyi "500%-lik rüsumlar" layihəsi, yəni Rusiyadan enerji resursları və uran alan hər hansı bir ölkəyə tətbiq ediləcək rüsumlar artıq 72 senator tərəfindən dəstəklənir.

Bu, ABŞ-nin tədricən öz siyasətini dəyişdiyini göstərir. Buna görə də, mən hələ də əmin deyiləm ki, Səudiyyə Ərəbistanında Putin və Tramp arasında görüş olacaq. Əgər belə bir görüş baş tutarsa, çox ehtimal ki, bu, Putin üçün Ukrayna ilə bağlı olmayacaq. Əgər belə bir görüş baş tutarsa, o zaman bu, daha çox ABŞ-nin Rusiya bazarlarına daxil olması ilə bağlı ola bilər, yəni ABŞ orada enerji resursları çıxarmaq istəyir. Amma zaman göstərəcək".

“Ukrayna bunu edə bilməz”

 Mövzu ilə bağlı türkiyəli politoloq, "Ankara-Moskva" ekspert-analitik şəbəkəsinin aparıcı mütəxəssisi Engin Özer "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, problemin həlli, əslində, çox yaxındadır.

"Birincisi, Krım yarımadasında keçirilmiş referendumun Ukrayna tərəfindən tanınmasına məcbur edilməsidir. Lakin Ukrayna bunu edə bilməz, çünki bu, onun Konstitusiyasına ziddir. Onlar referenduma getməyə məcbur qalacaqlar. Tutaq ki, referendum keçirdilər, bu halda da böyük ehtimalla “yox” cavabı çıxacaq. Belə olan halda Ukrayna referendumu tanımayacaq. ABŞ isə çox güman ki, birtərəfli qaydada Krımın Rusiyaya birləşdirilməsini rəsmi şəkildə tanıyacaq. Yəni, bu cür bir həll tapılıb. İkinci məsələ isə budur ki, Avropa İttifaqı tətbiq etdiyi sanksiyaların ləğvi üçün müəyyən şərtlər irəli sürür. Ona görə də bu istiqamətdə irəliləyiş olmalıdır. Orada artıq çox az şey qalıb, bu razılaşmalar demək olar ki, başa çatmaq üzrədir". 

“Yaxın 10–15 gün ərzində...”

Ekspert Türkiyənin yenidən İstanbul sülh danışıqlarını bərpa edə biləcəyini bildirib. O qeyd edib ki, belə bir ehtimal var:

"Çünki Türkiyənin əlində hər iki tərəfə tətbiq edə biləcəyi “boğazlar kartı” var, yəni təzyiq göstərə bilər. ABŞ bu kartdan istifadə edəcək. Digər tərəfdən, Səudiyyə Ərəbistanı "OPEC" qərarı ilə neft hasilatını artırdı. Yaxın vaxtlarda neftin qiymətində ucuzlaşma gözlənilir. Bu da Rusiyaya qarşı bir təzyiq vasitəsidir. Yəni, sağ cinahdan təzyiqlər davam edir. Amma Tramp-Putin görüşünün İstanbulda keçirilməsi ehtimalı yenidən gündəmə gəlib. Mən Putinlə Zelenskinin eyni masa arxasında oturub atəşkəs sazişi imzalayacağına inanmıram. Bu, vasitəçilər üzərindən həyata keçiriləcək.

Böyük ehtimalla Rusiya bir atəşkəs razılaşması əldə edəcək. Amma problemin həlli üçün əvvəlcə ABŞ Krımı tanımalıdır. Başqa bir həll yolu görünmür. Çünki orada Rusiya çox qəti mövqe tutur. Onsuz da Krım alındıqdan sonra münaqişənin dondurulması və sərhəd xətlərinin müəyyənləşdirilməsi məsələsində razılıq əldə olunub. Hazırda atılması vacib olan addım ABŞ gəlməlidir.

Ukrayna isə bu şərtləri qəbul etməyəcək. Ona görə də qarşılıqlı şəkildə eyni masa ətrafında atəşkəs sazişi imzalanacağını düşünmürəm. Bu, vasitəçilər yolu ilə həyata keçirilə bilər. Digər bir məsələ Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlıdır. Həmçinin, Zaporojye atom elektrik stansiyasını kimin idarə edəcəyi məsələsi də var. Ukrayna bu məsələ ilə bağlı zəmanət almağa çalışır, çünki elektrik təminatını sığortalamaq istəyir. Bildiyiniz kimi, Zaporojye Avropadakı ən böyük atom elektrik stansiyasıdır.

Bu məsələ hazırda problem yaradır və bir razılaşma ilə təminat altına alınmalıdır. Danışıqların da məhz bu cür detallarda dalana dirəndiyi bildirilir. Amma böyük ehtimalla yaxın 10–15 gün ərzində yekun razılaşmanın əldə olunacağı düşünülür".

Səbinə Uğur 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 May 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Şimali Kipr mediası Heydər Əliyev irsi barədə materiallar dərc edir

10 May 2025 18:53see151

Sabahdan rayonlarda yağış yağacaq, bəzi çaylardan sel keçəcək

10 May 2025 13:15see138

İlham Əliyev şəhid atalarının dəstəyindən danışarkən kövrəldi

11 May 2025 01:02see138

İspaniya La Liqası: Atletiko qələbəni darmadağınla qazandı

11 May 2025 02:29see137

Ümummilli Lider Heydər Əliyevin 102 illiyi Lerikdə qeyd olunub FOTO

12 May 2025 02:02see134

Vüsal İsgəndərlidən məhsuldar ötürmə

11 May 2025 01:47see133

Prezident Ağdamda Çıxışın TAM MƏTNİ + FOTOLAR (Yenilənib)

11 May 2025 00:00see132

Messi həyat yoldaşından ayrılacaq?

11 May 2025 06:36see129

ABŞ nümayəndələri Kiyev Təhlükəsizlik Forumuna qatılmadı KONKRET

10 May 2025 20:26see129

Veneranın yeni sirləri planetoloqları çaşdırır...

10 May 2025 23:16see129

Sakitlik uzun çəkmədi Kəşmirdə partlayış səsləri eşidilir

10 May 2025 19:50see129

Beton maşını yoldan çıxdı: Əraziyə beton yayıldı VİDEO

11 May 2025 12:32see128

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

10 May 2025 22:11see127

Batumi qaranlığa qərq oldu

10 May 2025 22:55see125

“Evdən işləyirəm” deyənlər oxusun...

10 May 2025 17:54see125

Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqlayıb

10 May 2025 10:58see123

Bakıdan Pakistan Hindistan atəşkəsinə reaksiya

10 May 2025 20:15see122

Məhəmməd Salah: Misir xalqı üçün Qızıl top u qazanmaq istərdim

10 May 2025 16:05see121

Ukraynanın “MiQ 29” təyyarəsi rusların bazasını məhv edib

10 May 2025 19:23see119

Stalin Avropaya hücuma hazırlaşırdı və...

12 May 2025 01:15see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri