Icma.az
close
up
RU
Rusiya ordusunda döyüşən lerikli soydaşımız KONKRET

Rusiya ordusunda döyüşən lerikli soydaşımız KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Rusiya ordusunun tərkibində Ukraynada döyüşən daha bir azərbaycanlı həlak olub.

KONKRET.az Musavat.com-a istinadən bildirir ki, 61 yaşlı Ağayev Əlövsət Bürhan oğlu Luqansk istiqamətində həyatını itirib.

Əslən Lerik rayonu Şivlə kəndindən olan Ə.Ağayev uzun illər imiş Samara vilayətində yaşayırmış. Rusiya vətəndaşı olan mərhum iki oğul, bir qız atasıdır. Yaxınlarının verdiyi məlumata görə, bu yaşında onun orduya yollanması ailəsi üçün də qaranlıq qalıb.

Ə.Ağayev keçən ilin oktyabr ayında həyat yoldaşına deyib ki, xaricə gedirəm. Ancaq 5 gün sonra Rusiyada yaşayan qardaşına zəng edərək “mən ordudadam, məcbur oldum, gəldim”, deyib. Onun orduya necə getdiyi sirr olaraq qalır.

Soydaşımızın döyüşlərdə nə vaxt həlak olduğu bilinmir. “Yalnız orduya aparıldıqdan 2 ay sonra qızına zəng edib ki, bizi ön cəbhəyə apardılar. Ondan sonrakı bir il ərzində mərhumdan xəbər olmayıb. Qardaşına zəng ediblər ki, həlak olub, vəssalam. Hətta onun döyüşdüyü alayın tamamilə məhv edildiyi bildirilir”, mərhumun qohumu deyib.

Ə.Ağayev Samarada dəfn edilib.

Məlumata görə, hərbi komissar da yas məclisinə gəlibmiş. Hətta deyirmiş onların atasında dostluq münasibətləri var imiş. Lakin orduya necə, hansı şəraitdə aparıldığını açıqlamayıb.

Yaxınlarının Musavat.com-a dediyinə görə, Ə.Ağayev sovetlər zamanı hərbi xidmətdən qayıtdıqdan bir-iki il sonra yenidən Rusiyaya gedib və o vaxtdan orada yaşayırmış. Kifayət qədər imkanı, nüfuzu olan mərhum mağazalar şəbələsinin rəhbəri imiş. Uzun zamandır ticarətlə məşğul olan Ə.Ağayevin
ərzaq və gül mağazaları var.

Verilən məlumata görə, Ə.Ağayevin qızı ailəlidir, ali təhsilli böyük oğlu isə dövlət işində çalışır.

Kiçik övladı 11-ci sinifdə təhsil alır.

Təəssüf ki, Rusiya ordusu tərkibində Ukraynaya qarşı məcburən döyüşlərə göndərilənlər arasında soydaşlarımız da az deyil. Onların bir çoxu barədə doğru-dütüst məlumatlar belə, yoxdur.

Allah rəhmət eləsin!

Musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Noyabr 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri