Icma.az
close
up
RU
Müharibənin yeni qanunu Canlı qüvvəyə gərək yoxdur?

Müharibənin yeni qanunu Canlı qüvvəyə gərək yoxdur?

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Baş verən müharibələr göstərir ki, pilotsuz uçuş aparatları (PUA) və yüksək texnologiyalar döyüşlərin nəticəsinə əhəmiyyətli təsir göstərir. Müasir müharibələrdə insan resursu hələ də vacibdir, lakin texnologiya, xüsusilə dronlar, kiberhücum alətləri və uzaqmənzilli izləmə sistemləri, strateji üstünlük üçün həlledici rol oynamağa başlayıb. Dronların geniş yayılması döyüş taktikalarını dəyişir, kiçik qrupların uzaq məsafələrdə böyük zərbə endirməsinə imkan yaradır. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, son dövrlərdə dünyada baş verən silahlı münaqişələrdə daha çox müasir texnologiyalara üstünlük verildiyini görürük. Bu, həm kəşfiyyat, həm də zərbə xarakterli pilotsuz uçuş aparatlarını əhatə edir. 
"Ona görə də indiki müharibələr 21-ci əsrin müharibəsi kimi xarakterizə olunur və bu, tamamilə təbiidir, çünki biz özümüz bu müharibəni yaşamışıq. Məsələn, 44 günlük savaşda tətbiq etdiyimiz pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli raket texnologiyaları və digər silah-sursat, artıq müharibələrin əvvəlki müharibələrdən fərqli olduğunu göstərir. Burada bir neçə əsas faktor var: birincisi, rəhbərlik şəxsi heyətin həyatını qorumağa üstünlük verir; ikincisi isə, bir pilotsuz uçuş aparatı minlərlə insanın görə biləcəyini rahatlıqla müşahidə edə bilir. Yəni hansısa bir A və ya B nöqtəsini nəzarətdə saxlamaq üçün yüksək texnologiyalardan istifadə olunur və döyüşlərin gedişatına komandirlərin tətbiq etdiyi müasir avadanlıqlar ciddi təsir göstərir".

Ekspert bildirib ki, hücuma hazırlaşan tərəfin planlarını səngitmək üçün dronlardan istifadə olunur, loqistika və rabitə sistemləri sıradan çıxarılır, hava hücumundan müdafiə avadanlıqları zərərsizləşdirilir. 
"Bütün bunlar həlledici rol oynayır. Qarşıdakı illərdə isə bütün ölkələrin bu texnologiyalara daha çox yer ayıracağını görəcəyik. Əlbəttə, tank və topların da rolu var, amma yüksək texnologiyalar müharibələrin taleyini həll edən əsas amil kimi çıxış edir. 44 günlük savaşdan sonra Ukrayna nümayəndə heyəti Azərbaycana gəldi və dronların taktiki istifadəsi ilə maraqlandı. Onlar qeydlər apardılar və indi də görürük ki, Ukrayna əsgər çatışmazlığı hiss etməsinə baxmayaraq, dronlardan daha geniş istifadə edir, Rusiya ordusunun şəxsi heyətinə ciddi zərbələr endirir. Eyni zamanda, İsrail və ABŞ İrana qarşı apardıqları əməliyyatlarda dronlardan geniş istifadə edir, İran isə yaxın Şərqdəki mülki və hərbi infrastrukturu uzaq mənzilli raketlər və dronlarla hədəfə alır".
Onun sözlərinə görə, 21-ci əsrin müharibəsi tamamilə yeni mənzərəyə sahibdir və tərəflər bu texnologiyalardan rahatlıqla istifadə edirlər. 
"Bu, həm şəxsi heyətin həyatını qoruyur, həm də müharibənin gedişatına ciddi təsir göstərir. Mən tamamilə demirəm ki, bu yüz faiz təsir edir, amma əhəmiyyəti çox böyükdür. Məsələn, Rusiya-Ukrayna müharibəsində FPV dronları Rusiya əsgərlərinin kabusuna çevrilib. Qarşıdakı illərdə dron texnologiyası həm kəşfiyyat, həm də döyüş tapşırıqlarının icrası üçün daha geniş istifadə olunacaq. Müasir 21-ci əsrin müharibəsi həm təkmilləşir, həm də yeni üsul və texnologiyalardan faydalanır".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Mart 2026 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri