Müharibəyə görə Azərbaycandan həcc ziyarəti TƏXİRƏ SALINACAQ?
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Həcc ziyarəti ilə bağlı sənəd qəbulu üzrə kvota artıq 96 faiz tamamlanıb.
Bakupost.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.
O bildirib ki, regionda baş verən gərginliyin həcc ziyarətinin təşkilinə təsiri olmayacaq:
"Münaqişə qızışandan, gərginlik artandan bəri bir neçə ümrə ziyarəti təşkil etmişik, heç birində problem olmadı. Allahın izni ilə həcc ziyarəti də eyni qaydada həyata keçiriləcək. Zərurət yaranacağı təqdirdə alternativ marşrutlardan istifadə ediləcək".
O qeyd edib ki, həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 manat təşkil edir:
"Həcc ziyarəti üzrə sənəd qəbulu aprel ayının ortalarına qədər aparılacaq. Müraciət edənlər arasında orta yaş üstünlük təşkil edir. Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də olacaq. Həmin zəvvar qrupunda 180 nəfər olacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 14 Aprel 2026 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















