Müharibəyə səbəb olan gizli plan! İranda bütün diqqətlər ona yönəldi
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran və ABŞ arasında müharibə davam edərkən, Tehranda hakimiyyət daxilində təsir uğrunda ciddi mübarizənin getdiyi iddia olunur.
Turkustan.az xəbər verir ki, Hörmüz boğazında baş verən son hadisələr İranın ən yüksək hakimiyyət dairələrində kimin nə bildiyi və hansı qərarları verdiyi ilə bağlı suallar yaradıb.
Bu prosesdə vaxtilə vəzifədən uzaqlaşdırılan Hüseyn Taibin yenidən ön plana çıxması diqqət çəkir. Lakin Taibin siyasi səhnəyə qayıdışı İranda gedən pərdəarxası hesablaşmaların yalnız bir hissəsi kimi qiymətləndirilir.
İran-ABŞ münaqişəsi dərinləşdikcə Hörmüz boğazında baş verən hər yeni hadisə qlobal enerji bazarlarına təsir edir. ABŞ Prezidenti Donald Tramp müharibənin tezliklə başa çatacağını desə də, bölgədəki gərginlik bunun əksini göstərir.
Son günlər Hörmüz boğazında ticarət gəmisinə hücum, Səudiyyə Ərəbistanının pilotsuz təyyarə hücumundan sonra mühüm neft kəmərini müvəqqəti bağlaması və husilərin fəaliyyətini genişləndirməsi münaqişənin daha geniş əraziyə yayılması ilə bağlı narahatlıqları artırıb.
Belə bir şəraitdə Tehran yalnız ABŞ-la müharibə aparmır, həm də ölkə daxilində müharibə qərarlarına kimin nəzarət edəcəyi uğrunda mübarizə yaşayır. Bunun ən diqqətçəkən nümunələrindən biri iyulun 7-də Hörmüz boğazında baş verən hücumdur. Hadisə ilk baxışda müharibənin növbəti epizodu kimi görünsə də, sonrakı məlumatlar Tehranın daxilindəki siyasi hesablaşmalarla bağlı yeni suallar doğurub.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 15 Sentyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















