Müharibəyə son qoymaq üçün hərəkətə keçməyin vaxtıdır
Missiya.az saytına istinadən Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla keçirdiyi görüşdən sonra müharibənin dayandırılması üçün Rusiyaya təzyiqin artırılmasının vacibliyini vurğulayıb.
Missiya.Az xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkə hesabında paylaşım edib.
"İndi müharibəni bitirmək üçün hərəkətə keçməyin vaxtıdır. Ən əsası, hər fürsətdən tam istifadə etmək və Rusiyaya düzgün təzyiq göstərməkdir. Müharibəni başlatan tərəfə təzyiq göstərmək problemin həllinin açarıdır", – Zelenski bildirib.
Ukrayna lideri qeyd edib ki, Makronla görüş zamanı cari diplomatik proseslər və tərəfdaşlarla son təmaslar müzakirə olunub.
“Ona dəstəyinə görə təşəkkür edirəm. Yaxın gələcəkdə yenidən görüşməyə razılaşdıq”, – deyə Zelenski əlavə edib.
Seyranə Quliyeva
Missiya.Az
Baxış sayı:137
Bu xəbər 20 Oktyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















