Icma.az
close
up
RU
Mühərrik yağları bahalaşa bilər?

Mühərrik yağları bahalaşa bilər?

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaxın Şərqdə baş verənlərə görə, əvvəlcə 20 faizə qədər artan qiymətlər indi daha 30 faiz yüksəlib.

Bizimyol.info xəbər portalı Xezerxeber.az -a istinadən xəbər verir ki, söhbət ölkəyə idxal edilən avtomobil mühərrik yağlarından gedir.

Bu yağlar qısa müddətdə yenidən kəskin bahalaşıb. Bazarda bəzi məhsullar üzrə qiymət artımı artıq 30 faizə çatır.

Mütəxəssislər deyirlər ki, Yaxın Şərqdə baş verən hadisələr və beynəlxalq daşımalarda yaranan çətinliklər qiymətlərə birbaşa təsir göstərir. Bahalaşma yalnız Avropa mənşəli məhsullarda müşahidə edilmir, Rusiya istehsalı olan mühərrik yağlarında da qiymət artımı var.

Mütəxəssis bildirir ki, bölgədə vəziyyət sabitləşməzsə, qarşıdakı aylarda yeni qiymət artımları da istisina edilmir.

İdxal olunan mühərrik yağlarında son qiymət artımının səbəbi nədir və bu artım davam edə bilərmi?

Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, həm Avropadan, həm də Rusiyadan idxal olunan mühərrik yağlarının qiymətlərində artım müşahidə edilir: “İdxal olunan mühərrik yağlarında müşahidə edilən qiymət artımının əsas səbəbi Yaxın Şərqdə geosiyasi gərginliyin dərinləşməsi və bunun qlobal enerji bazarlarına təsiridir. Mühərrik yağlarının istehsalında istifadə olunan baza yağları birbaşa neft məhsullarından əldə olunduğu üçün neft qiymətlərindəki hər hansı artım son məhsulun maya dəyərinə təsir göstərir.

Bununla yanaşı, son aylarda beynəlxalq daşımaların dəyəri də yüksəlib. Xüsusilə dəniz nəqliyyatında təhlükəsizlik risklərinin artması, sığorta haqlarının bahalaşması və bəzi marşrutların dəyişdirilməsi logistika xərclərini artırıb. Nəticədə həm Avropadan, həm də Rusiyadan idxal olunan mühərrik yağlarının qiymətlərində artım müşahidə edilir”.

Asif İbrahimov deyib: “Başqa vacib amil təchizat zəncirində yaranan qeyri-müəyyənlikdir. İdxalçılar gələcəkdə məhsul çatışmazlığı və ya daha yüksək qiymətlərlə üzləşmək riskini nəzərə alaraq ehtiyatlarını əvvəlcədən formalaşdırmağa çalışırlar. Bu da bazarda qiymətlərin əlavə yüksəlməsinə səbəb olur. Əgər Yaxın Şərqdə gərginlik davam edərsə və beynəlxalq yükdaşımalarında problemlər aradan qalxmazsa, mühərrik yağlarının qiymətlərində yeni artımlar mümkündür. Xüsusilə Azərbaycanın bu məhsullar üzrə idxaldan asılı olması xarici bazarlarda baş verən dəyişikliklərin daxili bazara operativ şəkildə ötürülməsinə səbəb olur”.

Asif İbrahinmov əlavə edib: “Əgər geosiyasi risklər azalarsa, neft bazarında sabitlik yaranarsa və logistika marşrutları normallaşarsa, qiymət artımlarının tempi zəifləyə bilər. Lakin qısamüddətli perspektivdə bazarda ucuzlaşmadan daha çox qiymətlərin yüksək səviyyədə qalacağı gözlənilir.

Bu baxımdan, hazırkı bahalaşma müvəqqəti bazar dalğalanmasından daha çox, qlobal enerji və logistika bazarlarında baş verən dəyişikliklərin nəticəsi kimi qiymətləndirilməlidir”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 İyun 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see475

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see347

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see335

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see328

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see323

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see322

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see298

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see296

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see296

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see288

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see283

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see282

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see271

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see263

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see262

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see259

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see235

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see231

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see219

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri