Icma.az
close
up
RU
Mühüm mərhələ başladı

Mühüm mərhələ başladı

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Bələdiyyə seçkilərində 118 seçki dairəsini əhatə edən 685 bələdiyyə üzrə 15 min 696 namizəd qeydə alınıb

Azərbaycan növbəti seçkilər ərəfəsindədir. Söhbət cari il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərindən gedir. Bu, müstəqillik tariximizdə ölkənin bütün ərazisində keçiriləcək ilk bələdiyyə seçkiləri olacaq.

Hazırda seçkilərə hazırlıq tədbirləri ardıcıllıqla davam etdirilir. “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə Tədbirlərin Təqvim Planı”na əsasən, yanvarın 6-dan seçkiqabağı təşviqat kampaniyasına start verilib.

Seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerləri müəyyənləşdirilib

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, təşviqat kampaniyası yanvarın 28-dək davam edəcək. Kampaniya çərçivəsində Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri təşviqat işlərini apara bilərlər. Artıq seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerləri müəyyənləşdirilib.

MSK-nın son məlumatına görə, bələdiyyə seçkilərində 118 seçki dairəsini əhatə edən 685 bələdiyyə üzrə 15 min 696 namizəd qeydə alınıb.

Xatırladaq ki, ölkənin əksər siyasi partiyaları bələdiyyə seçkilərində iştirak edəcəyini bəyan edib. Yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası bələdiyyə seçkilərinə qatılmayıb.

685 bələdiyyə üzrə ümumilikdə 8071 üzv seçiləcək

Azərbaycanın dövlət siyasətinin mərkəzində inkişaf və sosial rifah amili dayanır. Bələdiyyələr də fəaliyyətlərində vətəndaş iştirakçılığını geniş miqyasda təmin etməklə bu siyasətədə fəal rol almalıdırlar. Son vaxtlarda hüquqi bazanın möhkəmləndirilməsi, bələdiyyələrin formalaşdırılması ilə bağlı yeniliklərin qüvvəyə minməsi də məhz bu məqsədə xidmət edir. Xəbər verildiyi kimi, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunlarda əlavə və dəyişikliklər edilib. Son olaraq Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu  təsdiqləyib. Şübhə yoxdur ki, bəhs olunan dəyişikliklər bələdiyyələrin funksional bir qurum kimi fəaliyyətinə müsbət təsir göstərəcək və onların çevikliyini artıracaq.

Müvafiq  qanunlara edilən dəyişikliklərə əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla digər bələdiyyələrlə birləşdirilir. Nəticədə, bələdiyyələrin sayı 3 dəfəyə yaxın azaldılaraq 1450-dən 685-ə endiriləcək. Struktur dəyişikliyi nəticəsində 2025-ci ildən təxminən əvvəlki mövcud olan 800-ə yaxın bələdiyyə hüquqi statusunu itirmiş olacaq. MSK-nın sədri Məzahir Pənahovun verdiyi məlumata əsasən, Azərbaycanda 685 bələdiyyə üzrə ümumilikdə 8071 üzv seçiləcək.

MÜBARİZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Yanvar 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri