Icma.az
close
up
RU
Mühüm mərhələyə start verildi...

Mühüm mərhələyə start verildi...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

337 bələdiyyə üzrə 1531 namizəd

Ölkəmizdə gələn il yanvarın 29-da keçiriləcək növbəti - sayca 6-cı bələdiyyə seçkilərinə hazırlıqlar davam edir. Bu, müstəqil Azərbaycanın tarixində ölkənin bütün ərazilərində keçiriləcək ilk bələdiyyə seçkiləridir.

Otuz illik işğal dövründə prezident, parlament və bələdiyyə seçkilərini  bəlli səbəblərə görə ölkənin bütün ərazisində təşkil etmək mümkün olmurdu. 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazanılan möhtəşəm qələbələr sayəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etməyə nail oldu. Beləliklə də, 2024-cü ildə ölkənin bütün ərazisində əvvəlcə prezident, sonra isə parlament seçkiləri keçirildi. İndi isə növbədə bələdiyyə seçkiləri gəlir. Şübhə yoxdur ki, işğaldan azad olunmuş ərazilər də daxil olmaqla bütün ölkə üzrə yeni tərkibdə bələdiyyələrin formalaşması müasir dövlət kimi inkişaf edən Azərbaycanda idarəçilik sisteminin səmərəliliyinin artmasına öz müsbət təsirini göstərəcək.

MSK-nın növbəti iclası

Hazırda Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyəti əsasən qarşıdan gələn bələdiyyə seçkilərinə zəruri hazırlıqların həyata keçirilməsinə fokuslanıb.

Məlum olduğu kimi, MSK tərəfindən “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı” təsdiqlənib. Qarşdan gələn seçkilərlə bağlı bütün fəaliyyətlər bəhs olunan sənədə uyğun qaydada həyata keçirilir. İndiyədək MSK-nın bir neçə iclasında seçkilərlə bağlı aktual müzakirələr aparılıb və mühüm qərarlar qəbul olunub.

Eyni zamanda, MSK-nın nəzdində komissiya üzvləri və Katibliyin əməkdaşları da daxil olmaqla 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. Ekspert qrupunun formalaşdırılmasında məqsəd qarşıdan gələn bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması, habelə vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasıdır.

MSK-nın dekabrın 9-da Məzahir Pənahovun sədrliyi ilə keçirilən növbəti iclasıda bəzi seçki dairələri üzrə seçki məntəqələrinin yaradılmasına dair məsələyə baxılıb. Komissiya seçicilərin sayının artım dinamikası ilə əlaqədar olaraq, seçicilər üçün maksimum əlverişli şəraitin təmin edilməsinin zəruriliyini, habelə yerli və digər şəraiti də nəzərə almaqla, 1 saylı Şərur - Sədərək və 68 saylı Sabirabad - Şirvan seçki dairələrinin hüdudları daxilində yeni seçki məntəqələrinin yaradılması və məntəqə seçki komissiyalarının təşkilinə qərar verib.

İclasda daha sonra 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası və Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinə hər bir siyasi partiyanın MSK-ya müvafiq müraciəti barədə ayrı-ayrılıqda məlumat verilib və sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

Seçki sənədləri təqdim olunur

Qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq çərçivəsində artıq mühüm mərhələyə - namizədlərin qeydə alınmasına start verilib. “Təqvim planı”nda qeyd edilib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi DSK-ya təqdim edə bilər.

Seçki Məcəlləsinə əsasən, seçki sənədləri səsvermə gününə ən çoxu 50, ən azı 30 gün qalmış saat 18:00-dək təqdim edilməlidir. “Təqvim planı”nda bu müddət 2024-cü il dekabrın 10-dan dekabrın 30-u saat 18.00-dək nəzərdə tutulub.

Bələdiyyə seçkilərinə qatılmaq istəyələr MSK-nın müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində hazırladığı “Namizədlər üçün yaddaş” kitabçasından bəhrələnə bilərlər. Layihənin reallaşdırılmasında və nəşrin hazırlanmasında başlıca məqsəd bələdiyyə üzvü seçilmək niyyətində olan vətəndaşların passiv seçki hüquqlarının reallaşdırılması üçün onlara metodiki yardım göstərmək, onların məlumatlılığını artırmaq və fəaliyyətlərinin daha da asanlaşdırılmasına imkan yaratmaqdır.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun məlumatına əsasən, bələdiyyə seçkilərində 77 seçki dairəsini əhatə edən 337 bələdiyyə üzrə 1531 nəfər namizədlik üçün müraciət edib. “Düşünürük ki, bələdiyyə seçkilərində bütün siyasi partiyalardan iştirakçılar olacaq”, - deyə MSK sədri əlavə edib.

Qeyd edək ki, Azərbaycanda 685 bələdiyyə üzrə ümumilikdə 8071 üzv seçiləcək. İndidən namizədlərin sayının çox olması ondan xəbər verir ki, növbəti bələdiyyə seçkiləri ciddi rəqabət şəraitində keçəcək.

Bələdiyyə büdcəsinin gəlirlərinə və xərclərinə nəzarət forması dəyişiləcək

Növbəti mərhələdə bələdiyyə büdcəsinin gəlirlərinə və xərclərinə nəzarət forması dəyişiləcək. Belə ki, bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq.

Bu məsələ parlamentin dekabrın 10-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Bu zaman xərclər üzrə ödənişlərin icrasını ödəniş xidməti təchizatçıları (banklar, ödəniş təşkilatları və digər) təmin edəcək.

“Nağdsız hesablaşmalar haqqında” Qanuna əsasən, vergilərin yığımı nağdsız qaydada həyata keçirilir. Bu müddəa bələdiyyə vergilərinə də şamil olunur. Adıçəkilən Qanuna təklif olunan dəyişikliyə əsasən bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmaların da nağdsız qaydada həyata keçirilməsi təklif olunur.

Dəyişikliklər bələdiyyə büdcəsinin formalaşmasının və icrasının elektronlaşdırılmasına, elektron ödəniş üsullarından istifadə etməklə nağdsız qaydada həyata keçirilməsinə, bununla da şəffaflığın təmin olunmasına, yerli büdcənin icrasının və vəsaitlərdən istifadənin səmərəliliyinin artırılmasına xidmət edəcək.

M.ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Dekabr 2024 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see400

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see396

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see384

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see263

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see255

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see240

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see216

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see215

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see177

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri