Icma.az
close
up
RU
Tarixi dostluq və mühüm strateji tərəfdaşlıq əlaqələri

Tarixi dostluq və mühüm strateji tərəfdaşlıq əlaqələri

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin yürütdüyü müdrik, uzaqgörən və düşünülmüş siyasət, xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın bütün dünyada nüfuzunu artırıb, onu etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevirib. Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Dünyanın aparıcı dövlətlərinin, mühüm beynəlxalq təsisatlarının Azərbaycanla sıx strateji əlaqələr və əməkdaşlıqlar qurmaqda maraqlı olmaları bunun bariz nümunəsidir.

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı maraqlara söykənən tarixi əlaqələrin daha da möhkəmlənərək, strateji tərəfdaşlığa çevrilməsi xüsusi önəm kəsb edir. Azərbaycanın müstəqillik əldə etdikdən sonra Mərkəzi Asiya ölkələri ilə ikitərəfli və çoxtərəfli qarşılıqlı iqtisadi, siyasi, mədəni əlaqələri yüksək səviyyədə qurulub və fəal şəkildə inkişaf edib. Bu baxımdan deyə bilərik ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlər yüksələn xətlə inkişaf edir.

Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir. Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir, bütün dostluq və qardaşlıq dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub.Əlaqələrimizin bugünkü mənzərəsinə nəzər salsaq görərik ki, Ulu Öndərin təməlini qoyduğu münasibətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bəhrəsini verir. 2022-ci ildə Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı Daşkəndin mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş guşənin açılışı Özbəkistan xalqının Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün xalqımıza həqiqi qardaşlıq münasibətinin təzahürüdür.

Xalqlarımız arasında formalaşmış qarşılıqlı hörmət və etimad mühiti dövlətlərarası münasibətlərin də dinamik inkişafına güclü təkan verir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa etdirilən və 2023-cü il avqustun 23-də açılışı olan Mirzə Uluqbəy adına 960 şagird yerlik tam orta məktəb isə Azərbaycan və Özbəkistan xalqlarının qardaşlığının rəmzinə çevrilib.Təxminən bir il əvvəl - 2024-cü ilin avqustunda prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması ilə qardaş ölkələrimizin tərəfdaşlıq əlaqələri yeni mərhələyə yüksəldi. Azərbaycan və Özbəkistan prezidentləri arasındakı dostluq münasibətlərinin, yüksəksəviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafında müstəsna rol oynayır.

Bütün bunlar onu deməyə əsas verir ki, hazırkı Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri həlledici rol oynayır. Azərbaycan və Özbəkistan iqtisadi cəhətdən Türk dünyasının güclü dövlətlərindəndir. Əsas nəqliyyat marşrutları üzərində yerləşən bu ölkələr nəqliyyat və logistika sahəsində sıx əməkdaşlıq edir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda müasir nəqliyyat infrastrukturu formalaşıb və ölkəmiz beynəlxalq şəbəkələrə inteqrasiya olunub. Bu da Özbəkistandan və digər Mərkəzi Asiya ölkələrindən yükdaşımaların artmasına şərait yaradır.Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri çərçivəsində Bakıda “Özbəkistan” parkının təməlini qoyulması, ölkələrimiz arasında imzalanmış sənədlərin mübadilə edilməsi, Özbəkistan səfirliyinin yeni binasının açılışı münasibətlərimizin müsbət strateji inkişaf prosesi yaşadığını və çoxşaxəli əməkdaşlığın sürətlə genişləndiyini deməyə imkan verir.

İyulun 2-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri iki ölkə arasındakı münasibətlərin  daha da gücləndiyini bir daha təsdiq edir. Prezidentlərin təkbətək görüşü, həmçinin cənab İlham Əliyevin və cənab Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi, sənədlərin mübadiləsi münasibətləri daha da möhkəmləndirir.

Eyni mənəvi dəyərlərə, ortaq soy-kökə və zəngin tarixi irsə əsaslanan Azərbaycan–Özbəkistan münasibətləri bu gün müasir dövrün tələblərinə uyğun olaraq dinamik şəkildə inkişaf edir. Azərbaycanın Özbəkistan və ümumilikdə Orta Asiya ölkələri ilə güclənən əməkdaşlığı yalnız iki ölkənin deyil, bütövlükdə Türk dünyasının tərəqqisinə mühüm töhfələr verir. Əsrlərə söykənən dostluq və qardaşlıq ənənələri, qarşılıqlı etimada əsaslanan münasibətlər gələcəkdə də genişlənərək xalqlarımızın rifahına və bölgədə sabitliyə xidmət edəcək.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 İyul 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri