Icma.az
close
up
RU
Mükəmməl oyun və möhtəşəm qələbə

Mükəmməl oyun və möhtəşəm qələbə

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının 7-ci turunun “Qarabağ” – “Ayntraxt Frankfurt” matçı əvvəlcədən də azarkeşlərin əsəblərini tarıma çəkəcək gərgin və maraqlı bir futbol tamaşası olacağını vəd edirdi. Bu, səbəbsiz deyildi.

Çempionlar Liqasına ardıcıl 2 qələbə ilə başlayan “Qarabağ” sonrakı oyunların nəticələrinə görə, turnir cədvəlində tədricən 22-ci yerə düşdü. Əslində, bu da onlara ən azından pley-off mərhələsinin ilk raunduna vəsiqə qazandıra bilərdi. Lakin məsələ elə də asan deyildi. Ağdamlılardan cəmi 3 xal geridə qalan “Ayntraxt Frankfurt” nəyin bahısına olur-olsun, Azərbaycan təmsilçilərini məğlub edib pley-offa yüksəlməyə iddialı idi. Ona görə də idman xoşbəxtliyinin sərt soyuq bir axşamda paytaxtın Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşan bu 2 ultrahücum komandasının hansının üzünə güləcəyi sual altında idi.

Hava nə qədər soyuq olur-olsun, Azərbaycan azarkeşləri komandalarını belə bir məqamda tək qoymamışdılar. Futbol tamaşasının elə ilk dəqiqələrindən onlar Avropaya səs salan “Qarabağ”ın həmin gecəki matçında, sözün əsl mənasında 12-ci oyunçu rolunu layiqincə yerinə yetirməyə başladılar.

Gözlənilən məzmunlu və gərgin futbol tamaşası matçın ilk 10 dəqiqəsində özünü doğrultdu. “Qarabağ”ın ilk hücumu Zubirin bir anlıq ağıllı pauzası ilə diqqət çəkdi. O, Elvin Cəfərquliyevin ötürməyə sürətli çıxışını gözlədi və topu ehtiyatla qapı xəttinə doğru yuvarladı. Müdafiəçi qapı önünə ötürmə etdi, Andrade qapıya birbaşa zərbə endirdi, amma qapıçı möcüzəvi şəkildə topu xilas etdi. Rəqib qapıçı Santosun heyrətamiz seyvindən sonra top bu oyunun ən yaxşısına çevrilən Duranın qarşısına düşdü. Onun zərbəsinin qarşısını isə artıq heç kim ala bilmədi – 1:0.

Lakin bu, alman komandasını ruhdan salmadı. “Ayntraxt” tez bir zamanda elə ilk effektiv hücumu ilə “köhlən atlar”ın cavabını verdi. Bikalio Doanın keçidinin qarşısını aldı, lakin son məqamda top türk əsilli alman oyunçu Uzunun ayağına düşdü. Can cərimə meydançasının xətti boyu keçid edərək hücumunu dəqiq və effektli zərbə ilə tamamladı - 1:1.

Qolların sürətli mübadiləsi komandaları bir qədər sakitləşdirdi. Yalnız hissənin sonlarında mübarizə yenidən gərgin xarakter aldı. Alman futbolçu Larsson Doaya sürətli ötürmə etdi, lakin yapon oyunçu yaxın küncdən çərçivəyə düşə bilmədi. Bir dəqiqə keçməmiş Montielin ötürməsi “Ayntraxt”ın cərimə meydançasında xaosa səbəb oldu və Duran bir neçə metrlik məsafədən qapıya zərbə endirmək şansını əldən vermədi. “Qarabağ”ın oyunçusu ikinci qolun müəllifi kimi adını tabloya yazdırmağa çox yaxın oldu, amma qonaq qapıçı super seyv edərək buna imkan vermədi.

Matçın 2-ci hissəsi daha qapalı keçdi. Komandalar sanki sürətli hücum futbolu oynadıqlarını unudub “katenaçço” (müdafiə taktikası) ilə məşğul olmağa başlamışdılar. Etiraf edim ki, “Qarabağ”ın da, elə “Ayntraxt”ın da sadəcə müdafiədə oturub final fitini gözləyəcəklərini təxmin edirdim. Amma bu Qurban Qurbanovun hücum futboluna əsla uyğun gəlmirdi.

Bu məqamda hakim komandaları “oyatdı”. Əvvəlcə rəqibin cərimə meydançasında qapıçı ilə təkbətək çıxmağa yaxın olan Duran alman müdafiəçinin sərt zərbəsindən sonra yerə yıxıldı. Bu 11 metrlik cərimə zərbəsi olmalı idi. Hakimin fiti susdu. Hakimin bu epizoda laqeyidliyinə etiraz edən komandamızın kapitanına sadə bir jestlə heç bir qayda pozuntusunun olmadığı göstərildi. Bunun ardından “köhlən atlar”ın cərimə meydanında müdafiəçimiz Medina alman hücumçu Knaufa dəydi, o isə başqa bir qarabağlı oyunçuya çırpılıb cərimə meydançasında yıxıldı. Eynən Duranın rəqib tərəfindən məruz qaldığı epizodun təkrarı idi. Hakim sanki bunu gözləyirmiş kimi dərhal penalti nöqtəsini göstərdi. Meydana yeni çıxan Şaibi penaltini tərəddüdsüz qola çevirdi - 1:2.

Almanların bu qolu tribunalardakı məhdud sayda qonaq azarkeşlərin coşqusu ilə qarşılandı. Azərbaycan azarkeşləri isə komandalarının qapısına vurulan qoldan çox, “Qarabağ” klubuna qarşı olan növbəti hakim ədalətsizliyindən təəssüf hissi yaşayırdılar. Amma onların “Qarabağ”ı nə hakimin ədalətsizliyinə, nə də alman futbolçularının oyununa təslim olmadı.

İsveçrəli hakim Sandro Şarer bu ədalətsizliyi ilə sanki “Qarabağ” futbolçularının içindəki boz qurdu oyatdı. Almanların qolundan cəmi dəqiqəyarım sonra “köhlən atlar” sürətli hücuma keçdilər və sol kənarda ötürmə alan Cəfərquliyev yüksək sürətlə cinahdan keçid edərək qapı önünə fenomenal ötürmə etdi. Kolumbiyalı Duran bu dəfə də qarşısıalınmaz oldu və hesaba tarazlıq gətirdi 2:2.

Oyunun əsas vaxtına əlavə olunan 4 dəqiqə “köhlən atlara” verilən parlaq bir şans oldu. Emosiyaların təsiri altında olan “Qarabağ”lılar yenə də cinah müdafiəçisinin, bu dəfə sağ cinah müdafiəçisi Mateus Silvanın köməyi ilə cinahdan gözlənilməz hücum təşkil etdilər. Braziliyalı vaxtında sürətli keçid etməyə əla ötürmə aldı və topu rəqib qapısının sağ küncünə yüksəltdi. Duran artıq meydanda yox idi və bu dəfə meydana, rəqibin 2-ci qolunda özünü günahkar bilən Bəhlul Mustafazadə çıxdı. Bəhlul topun yüksəldiyi küncə sürətli qaçış edərək bir toxunuşla topu çərçivədən keçirdi. Qapıçı Santos bu zərbənin qarşısında aciz qaldı. Qurbanovun komandası əlavə vaxtda 3:2 hesablı möhtəşəm qələbə qazandı!

“Qarabağ” mükəmməl oyunu və möhtəşəm qələbəsi ilə Azərbaycanın futbol tarixinə daha bir möhtəşəm zəfər yazdı. Əlbəttə, Qurban Qurbanovun yetirmələri heç-heçə etsəydilər belə, şübhəsiz bu, xal itkisi və Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək şanslarını itirməsi olardı. Amma “köhlən atlar”ın belə mükəmməl və möhtəşəm oyundan sonra qələbə qazanmaması hamını təəssüfləndirərdi. Nə yaxşı ki, belə olmadı. Hər şey “köhlən atlar”ın və soyuq havada komandalarını tək buraxmayan azarkeşlərin arzuladığı və “Qarabağ”ın mükəmməl oyununun qanunauyğun nəticəsi kimi yekunlaşdı.

İndi isə “Qarabağ” hazırkı vəziyyətə görə UEFA Çempionlar Liqasının pley-off mərhələsindədir! Qurban Qurbanovun komandasının 10 xalı var və onlar məsələn, “Marsel”, “Bayer Leverkuzen”, “Monako”, “Atletik Bilbao”, PSV, “Benfika”, “Ayaks”, “Napoli” və “Vilyareal” kimi Avropaya səs salmış komandaları geridə qoyurlar. Doğrudur, onların hələlik ilk 24-lükdə yer alacağına heç bir zəmanət yoxdur, amma qarabağlılar tarix yazmağa çox yaxındırlar.

Bu gün haqqında danışdığımız uğur “Qarabağ”ın Almaniya komandaları üzərində ilk qələbəsidir. Onlar əvvəllər “Bayer”, “Dortmund” və “Frayburq”la qarşılaşıblar, amma heç birində qalib gələ bilməyiblər. İndi isə bu uğurla tarix yazdılar.

Bu möhtəşəm matçda Kamilo Duran “Qarabağ”ın meydandakı əsas ulduzuna çevrildi. Çempionlar Liqası turnirində kolumbiyalı hücumçunun hesabında indi 4 qol və 2 məhsuldar ötürmə var. Bu matçın ən yaxşıları sırasında onunla yanaşı, Marko Yankoviç, Mateus Silva, Elvin Cəfərquliyev və Bəhlul Mustafazadə də var. Amma futbolun kollektiv oyun olduğunu da unutmayaq. Demək ki, “Qarabağ” bir komanda olaraq mükəmməl oyunu ilə “Ayntraxt” üzərində möhtəşəm qələbə qazandı.

Komandamız növbəti mərhələdə İngiltərə premyer liqasının ötən mövsümdəki çempionu “Liverpul”la qarşılaşmaq üçün “Enfild”ə gedir. Çətin oyun olacaq, amma “Qarabağ” belə çətinliklərdən həmişə uğurla çıxıb. Ümid edək ki, bu səfərdən də komandamız uğurlu nəticə ilə dönəcək.

İlqar RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Yanvar 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tünzalə Ağayeva imicini dəyişdi “Xınalı qız”

28 May 2026 11:52see195

Nəriman milliyə dəvət olundu FOTO

27 May 2026 22:21see194

İnşaatda yeni dövr başlayır: Poladdan yüngül, zəlzələyə və suya davamlı yeni material gəldi

28 May 2026 00:38see191

28 May Respublika Günü qeyd olunur

28 May 2026 01:18see191

Robertson “Tottenhem”ə keçir: “Yuventus” gecikdi

28 May 2026 01:26see184

İşçi qüvvəsinin çatışmazlığı xüsusi bir problem yaradır...

27 May 2026 19:46see183

İrandakı müharibə Toyota ya zərbə vurdu: 83 min avtomobil...

28 May 2026 02:31see180

“Bayer” transferi rəsmiləşdirdi

28 May 2026 21:03see179

Belə yerlərdə saxlanılan dərmanlar zəhərə çevrilir

27 May 2026 20:35see176

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

27 May 2026 20:06see170

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

27 May 2026 19:45see168

Rəqsanənin kiçik qzından diqqət çəkən PAYLAŞIM: Hamı gedəndə belə...

28 May 2026 13:59see167

Bu əlamət insultun xəbərçisidir

29 May 2026 05:01see164

Ümid edirik ki, bir neçə saat ərzində İranla... Rubio

27 May 2026 21:43see161

Rus ordusu Xersonu vurdu: ata öldü, xanımı və qızları isə...

27 May 2026 23:59see159

Yağış, dolu, 31° isti…

28 May 2026 13:40see158

İsrail ordusu Qəzzada binaya zərbə endirib: 7 ölü, 18 yaralı

28 May 2026 01:24see152

Macarıstan Ukraynaya silah və hərbi texnika göndərməyəcək FOTO

28 May 2026 23:58see151

Geosiyasi gərginlik dövlətləri təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa vadar edir

29 May 2026 01:24see149

ABŞ də 28 May münasibətilə bəyannamə imzalandı

28 May 2026 19:32see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri