Icma.az
close
up
RU
Mülki təyyarələrə hərbi hücumlar: 100 illik STATİSTİKA

Mülki təyyarələrə hərbi hücumlar: 100 illik STATİSTİKA

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Qazaxıstan ərazisində AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə hərbi vasitələrlə mülki təyyarələrin vurulmasına dair növbəti hadisə baş vermiş oldu. Son 100 ildə aparılan statistika göstərir ki, indiyə qədər bu cür 80-dən çox fakt qeydə alınıb.

Sfera.az bu qəzaların bəziləri ilə bağlı məlumatları araşdırıb. 

Araşdırma göstərir ki, sərnişin təyyarəsinin vurulması faktına ilk dəfə 1930-cu illərdə rast gəlinib. 

1938-ci ildə İkinci Çin-Yapon müharibəsi zamanı Çin və ABŞ-nin ortaq şirkəti tərəfindən idarə olunan təyyarə Honq-Konqun şimalında Çin ərazisində Yapon təyyarələri tərəfindən vurulub. Bu təyyarənin vurulmasından sonra 15 nəfər ölüb. 

1940-cı illərdə mülki təyyarələrin hərbi qüvvələr tərəfindən vurulması faktlarında rekord qeydə alınıb. Bu onillikdə 31 mülki təyyarəni hərbi qüvvələr vurub. Vurulan təyyarələrin əksəriyyəti Avropa ərazisində yerə düşüb. 1940-ci illərdə II Dünya Müharibəsinin baş verməsi, hərbi qarşıdurmaların geniş coğrafiyanı əhatə etməsi səbəbindən çoxlu sayda sərnişin təyyarəsi hərbi vasitələrlə sıradan çıxarılıb. 

1950-ci illərdə 8 belə hadisə baş verib. 1953-cü ildə “Aeroflot”a məxsus təyyarə Şimali Koreyadan Vladivostoka uçan zaman Çin ərazisində vurulub. Bu hadisə zamanı təyyarədə olan 21 sərnişinin hamısı ölüb. 

Daha çox insan ölümünə səbəb olan hadisə 1955-ci ildə baş verib. İyulda Vyanadan Tel-Əvivə uçan təyyarə Bolqarıstanın hava məkanında vurulub. Təyyarənin göyərtəsində olan 7 ekipaj və 51 sərnişinin hamısı dünyasını dəyişib. 
1960-cı illərdə 5 sərnişin təyyarəsi hərbi qüvvələr tərəfindən hücuma məruz qalıb. 

1962-ci ildə Rusiyada daxili uçuşlar həyata keçirən “Aeroflot”un təyyarəsi Krasnoyarsk yaxınlığında yerə düşüb. Təyyarənin qalıqlarının tədqiqi zamanı onun zenit raketi ilə vurulduğuna dair ciddi şübhələr aşkarlanıb. 

Altmışıncı illərdə daha bir neçə hadisə Viyetnam, Pakistan və Afrikada baş verib. 

1970-ci illərdə sərnişin təyyarələrinin vurulmasına dair 7 fakt qeydə alınıb. 

1972-ci ildə “Royal Air Lao”ya məxsus olan “Douglas” təyyarəsi fevralın 11-də Vyetnamda vurulub. Bu hücumun nəticəsində təyyarənin göyərtəsində olan 23 nəfərin hamısı dünyasını dəyişib. 

1978-ci ildə Zimbabvedə sərnişin təyyarəsi vurulub. Təyyarədə olan  56 sərnişinindən 38-i ölüb, 18-i sağ çıxıb. Lakin sağ qalanlardan 10-u qəza yerinə gələn partizanlar tərəfindən öldürülmüşdü.

Çoxlu insan itkisi ilə nəticələnən daha bir hücum 1979-ci ildə eyni ərazidə olub. Bu dəfə 59 sərnişinin hamısı dünyasını dəyişmişdi.

1980-ci illərdə sərnişin təyyarələrinin vurulmasına dair 13 fakt var. 1

1980-ci ildə İtaliyada 81 nəfərin ölümünə səbəb olan təyyarə qəzası olub. Məhkəmə araşdırmaları təyyarənin raketlə vurulduğuna dair iddiaları sübuta yetirmişdi. 

Səksəninci illərin ən dəhşətli təyyarə qəzalarından biri də 1988-ci ildə qeydə alınıb. Həmin ildə İrandan Dubaya uçan sərnişin təyyarəsi ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən vurulur. Təyyarə bu hücumdan sonra partlayıb və göyərtədə olan 290 sərnişin və ekipaj üzvləri, o cümlədən 66 uşaq dünyasını dəyişib.

1990-cı illərdə 5, 2000-ci illərdə 5, 2010-ci illərdə bir, 2020-ci illərdə isə 4 belə hadisə baş verib. 

Belə hadisələrdən axırıncısı AZAL-ın təyyarəsinə qarşı törədilib. 

Vasif
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri