Icma.az
close
up
RU
Multi milyonçu kansler Almaniyanı xilas edə biləcəkmi? Merz riskə getməyə hazırdır

Multi milyonçu kansler Almaniyanı xilas edə biləcəkmi? Merz riskə getməyə hazırdır

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üçün Rusiyaya üz tutması Avropada prioritetləri dəyişdirib və Ukrayna ilə müdafiə məsələləri əsas gündəmə çevrilib. Tramp və Fransa prezidenti Emmanuel Makron arasında keçirilən görüşün təsirləri davam edərkən, Almaniyada diqqətlər gələcək kansler Fridrix Merzə yönəlib. 

Qaynarinfo xəbər verir ki, daha əvvəl sabiq kansler Angela Merkelə partiya daxilində rəqib olmağa çalışsa da, uğur qazana bilməyən, ardınca özəl sektora keçərək multi-milyonçu olan Merz indi isə cəsarətli qərarlar qəbul edəcək bir lider kimi görülür.

Milyonçu kansler Almaniyanı xilas edəcəkmi?

Həftəsonu Almaniyada keçirilən seçkilər Xristian Demokrat Birliyi (CDU/CSU) partiyalarının qələbəsi ilə yekunlaşdı. Bu nəticələrin təkcə Almaniyada deyil, bütün Avropada mühüm dəyişikliklərə səbəb ola biləcəyi gözlənilir. 

Xristian Demokrat Birliyi Partiyasının (CDU) sədri Fridrix Merz Almaniyanın gələcək kansleri kimi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə diqqət mərkəzinə düşüb.

Riskə getməyə hazır olduğunu göstərdi

CDU daxilində tanınan simalardan olan Merz uzun illər siyasətdə olmasına baxmayaraq, əvvəllər heç vaxt xüsusi bir həyəcan yaradan fiqur hesab edilmirdi. Lakin BBC-yə görə bu vəziyyət dəyişib. Partiyasının bəzi əsas prinsiplərindən geri çəkilməkdən çəkinməyən Merz parlamentdə miqrasiya qanunlarını sərtləşdirmək üçün ifrat sağçılarla əməkdaşlıq edərək siyasi cəsarət nümayiş etdirdi və bu addım alman siyasətində böyük bir tabu sayılan xəttin keçilməsi kimi qiymətləndirildi.

Merkeli məğlub edə bilməyəndən sonra özəl sektorda milyonçu oldu

"Hürriyet" qəzetindən Ahmet Külahçının xəbərinə görə, 1955-ci ildə Şimali Reyn-Vestfaliya əyalətinin Brilon şəhərində doğulan, evli və üç uşaq atası olan Merz hüquq təhsili aldıqdan sonra hakim və vəkil kimi fəaliyyət göstərib. 1989-1994-cü illərdə Avropa Parlamentində, 1994-2009-cu illərdə isə Almaniya Federal Məclisində millət vəkili olub. O, əvvəllər Angela Merkelə qarşı partiya daxilində rəqib çıxmağa çalışsa da, uğur qazana bilməyib və siyasətdən uzaqlaşaraq özəl sektorda böyük sərvət qazanıb.

Cəsarətli qərarlar qəbul edəcəyi gözlənilir

Böyük şirkətlərin idarə heyətlərində yer alan Merzin cəsarətli qərarlar verəcəyi gözləntiləri var. Digər tərəfdən, şəxsi pilot lisenziyasına malik olan və öz təyyarəsini idarə edən siyasətçinin dəbdəbəli həyat tərzinin onu orta təbəqənin reallıqlarından uzaq saldığına dair tənqidlər səsləndirilir.

Merz Ukraynanın dəstəklənməsi məsələsində sabiq kansler Olaf Şoltsdan daha sərt mövqe sərgiləyir, miqrasiya siyasətində daha radikal yanaşmalara üstünlük verir, iqtisadi sahədə isə daha liberal xətt yürüdəcəyini bildirir.

Avropanı gücləndirmək və ABŞ-dan asılılığı azaltmaq istəyir

Almaniya seçkilərində qalib gələn CDU/CSU ittifaqının kansler namizədi Fridrix Merz ilk hədəfinin Avropanı gücləndirmək və beləliklə ABŞ-dan asılılığı azaltmaq olduğunu bəyan edib.

ARD televiziyasında baş nazirliyə namizədlərlə keçirilən debatda danışan Merz seçki nəticələrini dəyərləndirərkən bunları deyib:

"Mütləq prioritetim Avropanı gücləndirmək olacaq. Beləliklə, ABŞ-dan asılılığımızı azalda bilərik".

Avropalıların öz aralarında daha sıx əməkdaşlıq etməsinin vacibliyini vurğulayan Merz hazırda Avropa siyasətində Almaniyanın rolunun zəiflədiyini qeyd edərək deyib:

"Hazırda Avropa siyasətinin böyük hissəsi Almaniyasız formalaşır. Bunun səbəbi, əlbəttə ki, seçki kampaniyası və hazırkı keçid dövrü ilə bağlıdır. Lakin Avropa İttifaqında bir çox ölkənin baş naziri və dövlət liderləri ilə yaxın dialoqdayam".

ABŞ prezidenti Donald Trampın ötən həftə verdiyi bəyanatlardan sonra Vaşinqtonun Avropanın taleyinə əvvəlki qədər önəm vermədiyini iddia edən Merz bu səbəbdən NATO-nun gələcəyinə dair narahatlıqlarını dilə gətirib. O, "Hələ də NATO-nu hazırkı formasında müzakirə edəcəyikmi? Yoxsa çox daha sürətlə müstəqil Avropa müdafiə qabiliyyəti yaratmaq məcburiyyətində qalacağıq? Bu, mənim mütləq prioritetim olacaq", deyə vurğulayıb.

Merzin siyasi səhnəyə dönüşü və tutduğu mövqe, Almaniyanın və Avropanın gələcəyi baxımından ciddi dəyişikliklərə səbəb ola biləcək bir dönüş nöqtəsi kimi qiymətləndirilir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Fevral 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri