“Multikultural dəyərlərin gənclərə ötürülməsi üçün metodik yeniliklərə ehtiyac var” Rəvan Həsənov
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
“Artıq 7-ci sinif şagirdləri, yəni təxminən 12-13 yaşlı uşaqlar belə texnologiyalardan istifadə edərək öz düşüncə formalarını formalaşdırmağa çalışırlar. Bu uşaqlar hələ indi bu yaşdadırlar, lakin 10 ildən sonra artıq tam fərqli bir cəmiyyət modeli ilə qarşılaşa bilərik. Ona görə də düşünürəm ki, bu balansı düzgün qurmalıyıq. Ötürmək istədiyimiz informasiya və qorumaq istədiyimiz cəmiyyətin informasiya təhlükəsizliyi kifayət qədər önəmli və açıq bir məsələdir".
SİA xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Din Xadimlərinin II Forumunun “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” panel iclasında çıxışı zamanı deyib.
Rəvan Həsənov vurğulayıb ki, multikultural dəyərlər sadəcə mövcud olmaqla kifayətlənməməli, zaman-zaman tənqid və yenilənməyə açıq olmalıdır: “Həyat dəyişir, zaman yenilənir və bu dəyişikliklərə uyğunlaşmaq lazımdır. Növbəti ildə Təhsil Nazirliyi ilə birlikdə bu məsələyə daha operativ yanaşaraq metodik yanaşmaları bir qədər yeniləmək faydalı olacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 24 Dekabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















