Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Multikulturalizm Mərkəzi “Biz birlikdə güclüyük” mövzusunda tədbir keçirib FOTO

Multikulturalizm Mərkəzi “Biz birlikdə güclüyük” mövzusunda tədbir keçirib FOTO

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) 8 Noyabr – Zəfər Gününün 5 illiyinə həsr edilən “Biz birlikdə güclüyük” mövzusunda tədbir keçirib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Tribunainfo.az-a bildirilib ki, Sonra BBMM-in hazırladığı “Vətənimiz” sənədli filmi nümayiş olunub.

Tədbirdə çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, bu gün tariximizin ən şanlı səhifələrindən birini – Vətən müharibəsində əldə etdiyimiz Qələbənin 5-ci ildönümünü böyük qürur və iftixar hissi ilə qeyd edirik. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız 44 gün ərzində əzmini, birliyini, milli həmrəyliyini nümayiş etdirərək işğal altında olan torpaqlarımızı azad etdi, tarixi Zəfər qazandı. Zəfər Günü təkcə hərbi qələbənin deyil, eyni zamanda xalqımızın mənəvi birliyinin, vətənə sədaqətinin və milli iradəsinin təntənəsidir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu tarixi günü “Biz birlikdə güclüyük” şüarı altında qeyd etməklə həm ölkəmizdə, həm də beynəlxalq müstəvidə birliyin, həmrəyliyin və qarşılıqlı hörmət dəyərlərinin vacibliyini bir daha vurğulayır. Çünki Azərbaycan xalqının Zəfəri həm də milli və mənəvi birliyimizin, gücümüzün parlaq təzahürüdür. Zəfər Günü ilə bağlı “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu xarici ölkə universitetlərində də silsilə tədbirlər keçirilib.

Rəvan Həsənov diqqətə çatdırıb ki, Vətən müharibəsindəki Zəfərimizin arxasında duran ideya birlik, qardaşlıq idi. Təsadüfi deyil ki, Şanlı Zəfərimizdən sonra Qarabağda, Şuşada keçirilən ilk mədəni tədbir xalqların birliyini tərənnüm edən “Xarı Bülbül” festivalı oldu. Bu gün Zəfər qazanmışıq, suverenliyimizi tam bərpa etmişik, lakin Azərbaycanın ərazi bütövlüyünü pozmaq istəyən qüvvələr yenə də öz məkrli mövqelərindən geri durmurlar. Bu səbəbdən Azərbaycan Respublikasının vətəndaşları dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq öz həmrəyliyini daim qorumalıdır.

BBMM-in Himayəçilik Şurasının üzvü, Xalq yazıçısı Elmira Axundova diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır” kəlamı bu gün real həqiqətə çevrilib. O qeyd edib ki, Vətən müharibəsi günlərində milliyyətindən, dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşlarımız bir amal uğrunda – Azərbaycanın Qələbəsi naminə birləşdilər. Müxtəlif etnik və dini icmaların nümayəndələri eyni səngərdə vuruşdu, Vətən üçün can qoydu. Bu, Azərbaycan multikulturalizminin, xalqımızın mənəvi gücünün ən gözəl təzahürüdür. Azərbaycan artıq postmünaqişə dövründədir, lakin bu dövrdə də mənəvi birliyimizə, multikultural dəyərlərimizə sadiq qalmaq, onları daha da möhkəmləndirmək mühüm vəzifə olaraq qalır. Çünki bu dəyərlər bizim milli kimliyimizin ayrılmaz hissəsidir.

Digər çıxış edənlər – Mətbuat Şurasının sədri Rəşad Məcid, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Rizvan Nəbiyev, Mixail Zabelin, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Fuad Nurullayev, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, tat icmasının nümayəndəsi, Qarabağ qazisi, polkovnik-leytenant Hümmət Bəndiyev, ləzgi icmasının nümayəndəsi, Vətən müharibəsi iştirakçısı polkovnik Rəşad Aslanov, şəhid Məhəmməd Murtuzovun atası, avar icmasının nümayəndəsi Ramazan Murtuzov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İslam fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, talış icmasının nümayəndəsi, Qarabağ qazisi, ehtiyatda olan leytenant Radif Mustafayev bildiriblər ki, Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, rəşadətli Ordumuzun qəhrəmanlığı və xalqımızın bir yumruq kimi birləşməsi sayəsində mümkün oldu. Bu Qələbə Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələ açdı, xalqımızın milli kimliyini, vətənpərvərlik ruhunu daha da möhkəmləndirdi. Diqqətə çatdırılıb ki, müxtəlifliyimiz bizim zənginliyimizdir, həmrəyliyimiz isə gücümüzdür. Azərbaycan bu dəyərləri ilə regionda və dünyada sülhün, tolerantlığın və qarşılıqlı hörmətin nümunəsinə çevrilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 12 Noyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see272

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see255

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see232

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see210

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see196

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see176

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see157

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see152

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see152

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see148

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see147

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see139

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see139

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see133

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see133

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri