Beynəlxalq Multikulturalizm Mərkəzi universitetlərdə monitorinq aparıb
Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi cari ilin aprel ayında ölkəmizin təhsil müəssisələrinin bakalavr səviyyəsində tədris edilən “Multikulturalizmə giriş” və magistratura səviyyəsində tədris olunan “Azərbaycan multikulturalizmi” fənlərinin monitorinqini aparıb. Monitorinqlərdə tələbələrin bilik və bacarıq səviyyəsinin müəyyənləşdirilməsi ilə yanaşı, bu fənnin tədrisi ilə bağlı onların sual, təklif və iradlarının öyrənilməsi üçün sorğu da keçirilib.
Mərkəzin Layihələr şöbəsinin təşkilatçılığı ilə həyata keçirilən monitorinqlərin ilkin mərhələsi Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Sumqayıt Dövlət Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Kooperasiya Universitetində aparılıb. Monitorinqlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdirləri İrina Kunina, Rəşad İlyasov, baş məsləhətçi Araz Qurbanov, aparıcı məsləhətçi Billurə Aslanova, məsləhətçilər Tahirə Ələsgərova, Şahnaz Abdullayeva və Elnur Qasımov iştirak ediblər.
Qeyd edək ki, müasir dövrdə təhsilin keyfiyyətinin idarə olunması, inkişaf dinamikasının izlənilməsi və proqnozlaşdırılması üçün real vəziyyətin öyrənilməsi vacib hesab olunur. Bu işdə isə qiymətləndirmə mühüm pedaqoji vasitə kimi qəbul edilir. Qiymətləndirmə təlim-tərbiyə prosesini təkmilləşdirməyə, təlim prosesinin səmərəliliyini yüksəltməyə, tələbələrin nələri mənimsədikləri, öyrəndikləri, hansı bacarıqlara malik olduqları və onlarda hansı keyfiyyət dəyişikliklərinin formalaşdığını müəyyənləşdirmək üçün obyektiv şərait yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 30 Aprel 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















