Icma.az
close
up
RU
Multikulturalizm Mərkəzinin beynəlxalq fəaliyyəti bu il 13 ölkəni əhatə edib AZƏRTAC

Multikulturalizm Mərkəzinin beynəlxalq fəaliyyəti bu il 13 ölkəni əhatə edib AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 29 dekabr, AZƏRTAC

Bu il yaranmasının 10 illiyini qeyd edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) təkcə ölkə daxilində deyil, eyni zamanda, bir çox xarici ölkələrdə də Azərbaycandakı etnomədəni və konfessional müxtəliflik, multikulturalizmin dövlət siyasəti müstəvisində həyata keçirilməsi, bu modelin mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı qlobal rol mövzusunda konfranslar, dəyirmi masalar, görüşlər keçirib, müxtəlif dillərdə kitab və jurnallar nəşr edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzin 2024-cü ilin yekunlarına dair açıqladığı hesabatda bildirilir.

Qeyd edilib ki, 2024-cü il Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin beynəlxalq fəaliyyəti zəngin olub: "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda II Beynəlxalq elmi konfransa 120-dən çox xarici qonaq qatılıb. Dünya albanşünaslığının görkəmli nümayəndələrini bir araya gətirməklə səmərəli elmi müzakirələr aparmaq məqsədilə təşkil olunan XI Beynəlxalq elmi konfransda Türkiyə, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ və Litvadan olan albanşünas mütəxəssislər iştirak ediblər. “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində 30-dan çox xarici ölkədən mütəxəssisin iştirak etdiyi “Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” adlı sessiya təşkil olunub. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “Fəaliyyətdə dinlərarası əməkdaşlıq: İnsan vəziyyətini yaxşılaşdırmaq üçün dünya idarəçiliyi” mövzusunda panel müzakirə keçirilib. “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II beynəlxalq konfrans çərçivəsində Mərkəzin icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə “Mədəni irsin bərpası və qorunması” mövzusunda panel sessiya keçirilib”.

Hesabatda bildirilib ki, 2024-cü ildə Mərkəzin həmtəsisçisi olduğu Beyin Mərkəzləri Platformasının və onun internet portalının təqdimatı olub.

BBMM müxtəlif beynəlxalq təşkilatlarla sıx əlaqələr qurur və birgə layihələr həyata keçirir, beynəlxalq tədbirlərdə tərəfdaş kimi iştirak edir. Ümumiyyətlə, 2024-cü ildə Mərkəzin beynəlxalq fəaliyyəti 13 ölkəni əhatə edib.

Mərkəz 2015-ci ildən “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini həyata keçirir. 2024-cü ilin sonunadək “Azərbaycan multikulturalizmi” fənni dünyanın 27 və Azərbaycanın 38 nüfuzlu ali məktəbində tədris olunub.

BBMM-in təşkilatçılığı ilə keçirilən yerli və beynəlxalq konfransların materiallarının nəşrinə, həmçinin Azərbaycanda yaşayan etnik azlıqların dillərində kitabların hazırlanmasına xüsusi diqqət ayırıb.

Mərkəz yerli və beynəlxalq media qurumları ilə də sıx əlaqələr qurub. Mərkəzin rəhbərliyi və mütəxəssisləri beynəlxalq jurnalistlər və media nümayəndələri ilə əməkdaşlıq quraraq, Azərbaycanın multikulturalizm sahəsindəki uğurlarını dünya miqyasında təqdim ediblər.

2018-ci ilin oktyabr ayından etibarən yayımlanan və BBMM-in Azərbaycan Televiziyası (AzTV) ilə birgə telelayihəsi olan “Multikulturalizm” verilişi cari il ərzində də davam edib. 2024-cü ildə “Multikulturalizm” verilişinin 9 buraxılışı yayımlanıb. Ümumiyyətlə, 10 il ərzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti, gördüyü işlər Azərbaycan multikulturalizminin inkişafına, dünyada təbliğinə mühüm töhfələr verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Dekabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri