Münaqişə edən qonşusunu ayırmaq istədi, özü dava etdi CƏZA
Icma.az, Pravda.az portalına istinadən məlumat verir.
Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Qalib Rəhimovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kasassiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Belə ki, onun 1 il 9 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 1 il 1 ay 15 günə endirilib.
İttihama görə, hadisə 01 iyun 2024-cü il tarixdə, saat 12:00-da paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, Qalib Rəhimovun qonşusu M.M. (adı, soyadı şərtidir) digər şəxslə münaqişə edib. Təqsirləndirilən şəxs də münaqişə edən şəxsləri ayırmaq istəyib. Zərərçəkmiş Nurlan Bayramlı (adı, soyadı şərtidir) isə guya onu arxadan vurub, ünvanına nalayiq ifadələr işlədib. Qalib də bunu bəhanə edərək zərərçəkmiş şəxsin sifət nahiyəsinə üç dəfə zərbə vuraraq, ona xəsarət yetirib.
Hadisədən sonra Qalib Rəhimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov


