Icma.az
close
up
RU
Münasibətlərimiz milli maraqlarımızdır

Münasibətlərimiz milli maraqlarımızdır

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


"Bu il Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 35 ili tamam olur. Azərbaycan və İsrail arasında dostluq və əməkdaşlıq əlaqələri tarixi köklərə əsaslanır. Hər iki xalq tarixin bütün çətin dövrlərində qarşılıqlı anlaşma, tolerantlıq mühitində birgəyaşayış nümunəsini dünyaya nümayiş etdirib. Azərbaycan torpağında heç zaman milli-etnik dözümsüzlüyə bir sıra ölkələrdə müşahidə olunan antisemitizm təzahürlərinə yer olmayıb. Bu səbəbdəndir ki, yəhudilərin ən çox uyğunlaşdığı ölkələrdən biri məhz Azərbaycandır".
Newscenter.az xəbər verir ki, bunları siyasi elmlər doktoru, professor Vaqif Abdullayev deyib. O bildirib ki, Qarabağ döyüşlərində neçə qəhrəman yəhudi oğulları canlarını bu Vətən yolunda sipər edib, şəhidlik zirvəsinə yüksəlib:
"Qarabağ müharibəsində ermənilərin xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edən, şəhid Milli Qəhrəmanımız Albert Aqarunov Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq qazanıb.

Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri İsrail olmuşdur. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. 2023-cü ilin mart ayından isə İsraildə Azərbaycanın Səfirliyi rəsmi olaraq fəaliyyətə başlayıb".
Vaqif Abdullayev qeyd edib ki, bu gün beynəlxalq təşkilatlarda və xarici ölkələrdə Azərbaycanın mövqeyini qətiyyətlə dəstəkləyən ölkələrdən İsrailin fəallığı xüsusilə seşilir:
"Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri və beynəlxalq təşkilatlarda görüşləri zamanı yəhudi icmasının üzvləri ilə səmərəli və yaddaqalan müzakirələri münasibətlərin inkişafına daha da güclü stimul verib. Dövlətimizin başçısı dəfələrlər Bakıda Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının rəhbərlərini qəbul edib və bu cür görüşlər əlaqələrimizə impulslar veribdir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ABŞ-a səfəri zamanı yəhidi icması, yəhudi milli təşkilatlarının və Amerika İsrail İctimai Əlaqələr Komitəsinin üzvləri ilə faydalı görüş və müzakirələri də əlaqələrin dinamikasına təhfə verib.
Hər iki ölkəni yaxınlaşdıran digər bir mühüm amillərdən biri yəhudi diasporunun Azərbaycanla bağlı fəaliyyətidir. Yəhudi lobbisi hər zaman beynəlxalq səviyyədə Azərbaycanın maraqlarını müdafiə edibdir. ABŞ konqresində qəbul olunmuş “907-ci düzəliş”in dondurulmasında da Amerikanın yəhudi lobbisi də mühüm rol oynayıb. Əbəs yerə deyil ki, Azərbaycan ölkəmizdən İsrailə gedən yəhudiləri “Azərbaycan diasporu” adlandırır".
Vaqif Abdullayev onu da vurğulayıb ki. ölkəmizdə yəhudilərin dini məktəbləri, icmaları, mədəniyyət mərkəzləri, cəmiyyətləri fəaliyyət göstərir:
"Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilən, Bakıda yaşayan yəhudi uşaqları üçün nəzərdə tutulan “Xabad-Or-Avner”i xüsusi qeyd etmək olar. Bütün bunlar tolerantlığın, birgəyaşayışın, insanpərvərliyin nümunəsidir".
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 İyun 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri