Icma.az
close
up
RU
Münasibətlərin korlanmasından Rusiya da zərərlə çıxacaq Ekspert

Münasibətlərin korlanmasından Rusiya da zərərlə çıxacaq Ekspert

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Bu tip siyasət birtərəfli olmur, münasibətlərin korlanmasının Rusiyanın özünə də xoşagəlməz təsirləri olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev özünü "hüquq müdafiəçisi" adlandıran, Kremlin ideoloji aparatının sadiq təmsilçisi Kirill Kabanovun növbəti dəfə Azərbaycanı hədəfə almasını şərh edərkən deyib.

"Sovet imperiyasının dağılması və Boris Yeltsinin prezidentliyi dövründə Rusiyada müəyyən dərəcədə demokratik düşüncəli kəsim formalaşsa da, Putinin hakimiyyətə gəlişilə yenidən avtoritarizmin güclənməsi fonunda ölkədə çoxsaylı rusiyalı siyasətçilərin terror, sui-qəsd nəticəsində öldürülməsi kimi faktların şahidiyik. Ukraynaya qarşı başlanılan işğalçılıq müharibəsindən sonra Rusiyada müstəqil fikir, fərqli düşüncə tamamilə susduruldu. Rusiyada son zamanlar Azərbaycana qarşı düşmənçilik ritorikası daha da artıb", deyə Taleh Əliyev bildirib.


Ekspertin sözlərinə görə, bu gün Rusiyanın müxtəlif kanallarında özünü müstəqil jurnalist kimi təqdim edən Kremlin ruporları olan şəxslər təbii ki, öz istəklərilə danışmırlar:

"Onlar Kremlin təlimatları əsasında hərəkət edirlər. Təəssüflər ki, son bir ildə Moskvanın Azərbaycana qarşı artan təzyiq və təhdidi fonunda Rusiyanın bütün media qurumlarında, rusdilli sosial şəbəkə seqmentində anti-Azərbaycan əhval ruhiyyəsi demək olar günü-gündən daha da şiddətlənir, daha faşist əhval- ruhiyyəsinə köklənir. Amma unutmayaq ki, bu tip siyasət birtərəfli olmur. Onun  əks effekti də ola bilər. Münasibətlərin  korlanması təkcə Azərbaycana deyil, Rusiyanın özü üçün də xoşagəlməz nəticələr gətirəcək".

Qeyd edək ki, Rusiyada özünü "hüquq müdafiəçisi" adlandıran, amma əslində Kremlin ideoloji aparatının sadiq təmsilçisi olan Kirill Kabanov növbəti dəfə Azərbaycanı hədəfə alıb. "The Duran" adlı verilişdə çıxış edən Kabanov açıq şəkildə bildirib ki, Rusiya artıq Azərbaycanı "düşmən dövlət" kimi tanımalı, ölkədəki azərbaycanlı diasporlarını dağıtmalı, hətta Azərbaycana aid bütün abidələri sökməlidir. O, sərsəm və nifrət dolu  çıxışında iddia edib ki, guya "Azərbaycan Ukraynaya qırıcı təyyarələr göndərir və orada rus əsgərlərini öldürür".

Aydın məsələdir ki, Kabanovun çıxışı, Rusiyanın daxilində getdikcə güclənən  anti-Azərbaycan ritorikasının bir parçasıdır. 

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri