Icma.az
close
up
RU
Münasibətlərin mövcud vəziyyəti və perspektivlər

Münasibətlərin mövcud vəziyyəti və perspektivlər

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2026-cı il aprelin 22-də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və Latviya prezidenti cənab Edqars Rinkeviçs arasında Azərbaycanda keçirilən görüşdən sonra mətbuata verilən bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və perspektivlərini əhatə edən geniş və rəsmi məzmun daşıyırdı.

Cənab İlham Əliyev çıxışında Azərbaycan ilə Latviya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. O qeyd etmişdir ki, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyir. Bu kontekstdə qarşılıqlı etimadın və dialoqun möhkəmləndiyi bildirilmişdir.
Hələ, doqquz il öncə Azərbaycan və Latviya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə həmçinin hüquqi çərçivəni yaratmış və ölkələrin münasibətlərini ən yüksək səviyyəyə qaldırmışdır. Məhz bunun əsasında da hər iki ölkə tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışdır.
Bəyanatda iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri kimi göstərilmişdir. Xüsusilə, ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının araşdırılması, Logistika və nəqliyyat sahəsində əməkdaşlıq və sair məsələlərə diqqətdə saxlanılmışdır. Belə ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox yüksək nəticələr verə bilər. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır.
Məlumdur ki, Azərbaycanın regional nəqliyyat mərkəzi kimi rolunun və Cənubi Qafqazda həyata keçirilən layihələrin Latviya üçün də yeni imkanlar yaratmasının dazılmazdır. Bundan başqa, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan roluna, xüsusilə qaz ixracı və enerji marşrutlarının şaxələndirilməsi məsələlərinə diqqət yetirsək görərik ki, Latviya tərəfi də bu sahədə əməkdaşlıq imkanlarına maraq göstərən ölkələrdən biridir.
Ölkə Başçısının Bəyanatında təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətinə də toxunulmuşdur ki, bununla bağlı ölkələr arasında tələbə mübadiləsi proqramları və mədəni layihələrin genişləndirilməsi hər iki ölkə üçün prioritet məsələlərdəndir. Hazırda Latviyada 450-dən artıq azərbaycanlı tələbə təhsil alır və ümid edirik ki, tələbə sayı növbəti illərdə daha da artacaq və bu bizim ölkəmiz üçün də faydalı olacaqdır.
Dövlət Başçılarının görüşü zamanı müzakirə olunan regional təhlükəsizlik, o cümlədən post-münaqişə dövründə vəziyyətə nəzər salsaq görərik ki, Azərbaycan tərəfi bölgədə davamlı sülhün təmin olunması üçün uğurlu addımlar atır, eyni zamanda Avropa ilə əməkdaşlıq çərçivəsində bir sıra tələblərin icrasını dəstəkləyir.
Ümumilikdə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan-Latviya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdə olduğunu və müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün ciddi siyasi iradənin mövcudluğunu göstərdi. Edqars Rinkeviçs də öz növbəsində bu əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını təsdiqləmişdir.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Aprel 2026 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri