Icma.az
close
up
RU
Münhendən verilən mesaj: Top İrəvanın qapısındadır

Münhendən verilən mesaj: Top İrəvanın qapısındadır

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Prezidentin Almaniyaya səfəri, Münhen Təhlükəsizlik Konfransında iştirakı və verdiyi müsahibələr Azərbaycanın regionda formalaşdırdığı yeni geosiyasi reallığın dünyaya təqdimatı kimi qiymətləndirilə bilər. Bu səfər bir daha göstərdi ki, qalib ölkənin lideri artıq Cənubi Qafqazda sülh və təhlükəsizliyin əsas təminatçılarından biri kimi qəbul olunur”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev səfər çərçivəsində keçirilən görüşlərdə və müsahibələrdə səsləndirdiyi fikirlər Azərbaycanın artıq regionun gündəliyini formalaşdıran əsas aktor olduğunu bir daha təsdiqlədi.
“Prezident çıxışlarında açıq şəkildə vurğuladı ki, müharibədən sonra yaranan yeni reallıq region üçün risk deyil, əksinə əməkdaşlıq imkanları yaradır. Onun mesajları  isə bundan ibarət idi.  Azərbaycan müharibəni bitirib, sülh gündəliyini formalaşdırıb və regionu qarşıdurma zonasından əməkdaşlıq məkanına çevirmək istəyir.
Prezidentin Münhendə səsləndirdiyi ən diqqət çəkən tezislərdən biri, “Biz regionda yeni reallıq yaratmışıq və bu reallıq sülh üçün tarixi imkanlar açır.” Bu fikir Azərbaycanın özünü yalnız qalib dövlət kimi deyil, həm də post-münaqişə nizamının qurucusu kimi təqdim etməsinin göstəricisidir”, - o vurğulayıb.
İ.Yusifov əlavə edib ki, Azərbaycan liderinin çıxışlarında xüsusi vurğulanan məqamlardan biri müharibədən sonra görülən real addımlar idi: “Prezident bir neçə platformada qeyd etdi ki, Azərbaycan artıq sülh üçün konkret addımlar atıb. Ermənistan ərazisinə qarşı ərazi iddiası irəli sürməyib, sülh müqaviləsi layihəsini təqdim edib, kommunikasiyaların açılmasını təklif edib və artıq  bu açılıb, regional əməkdaşlıq platformaları irəli sürüb.
Bu kontekstdə Prezidentin mühüm mesajlarından biri belə oldu: “Biz sülh müqaviləsinin təşəbbüskarıyıq. Regionda sabitlik və təhlükəsizlik bizim milli marağımızdır.” Bu fikir Azərbaycanın müharibədən sonra revanşist deyil, sülh gündəliyi ilə çıxış edən dövlət olduğunu beynəlxalq auditoriyaya göstərdi.
Yekun sülhün açarı İrəvandadır
Prezident Münhendə mediaya müsahibələrində vurğuladı ki, regionda yekun sülhün əldə olunması artıq Azərbaycanın addımlarından deyil, qarşı tərəfin siyasi iradəsindən asılıdır.
Ermənistan və xüsusilə İrəvan rəhbərliyinə ünvanlanan əsas mesaj: “Top indi Ermənistan tərəfdədir.”
Bu mesaj diplomatik dildə çox ciddi siyasi siqnaldır. Prezident açıq şəkildə göstərdi ki, münaqişə başa çatıb, yeni mərhələ sülh müqaviləsi mərhələsidir. Beləliklə, beynəlxalq ictimaiyyət qarşısında məsuliyyət bölgüsü dəqiq şəkildə təqdim edildi.
Münhendə formalaşan yeni siyasi obraz
Almaniya səfəri çərçivəsində keçirilən görüşlər və müsahibələr İlham Əliyevin beynəlxalq arenadakı siyasi obrazını daha da gücləndirdi.
Bu obrazın əsas komponentlərini belə dəyərləndirmək olar. Birincisi, qalib lider. 44 günlük müharibədən sonra regionun reallığını dəyişən lider.
İkincisi, sülh təşəbbüskarı. Müharibədən sonra sülh müqaviləsi təklif edən tərəf.
Üçüncüsü, təhlükəsizliyin təminatçısı, regionda sabitliyin əsas dayaqlarından biri.
Dördüncüsü, regional əməkdaşlıq memarı. Cənubi Qafqazı inteqrasiya məkanına çevirmək istəyən siyasi lider.
Prezidentin Münhendə səsləndirdiyi fikirlər onun uzunmüddətli strategiyasının davamı kimi görünür. Bu siyasətin əsas xüsusiyyətləri isə belə dəyərləndirmək olar: Geosiyasi balansın qorunması, regional əməkdaşlıq təşəbbüsləri, enerji və nəqliyyat layihələri ilə təhlükəsizliyin möhkəmləndirilməsi, post-münaqişə dövrünün idarə edilməsi. Prezident çıxışlarında bu yanaşmanı belə ifadə etdi:“Biz Cənubi Qafqazı qarşıdurma deyil, əməkdaşlıq regionu kimi görmək istəyirik.” Bu cümlə Azərbaycanın strateji vizyonunun qısa xülasəsidir.
Münhen mesajının geosiyasi mənası
Münhen Təhlükəsizlik Konfransında səslənən fikirlər göstərdi ki, Azərbaycan regionda status-kvonun dəyişdiricisidir. Yeni təhlükəsizlik arxitekturasının iştirakçısıdır və sülh prosesinin təşəbbüskarıdır.
İlham Əliyevin Almaniya səfəri və Münhen çıxışları bir daha sübut etdi ki, Azərbaycan artıq münaqişə tərəfi deyil, regional təhlükəsizlik memarı kimi çıxış edir.
Münhendən verilən mesajı belə oxumaq olar: Regionda sülh artıq reallıqdır. Onun hüquqi rəsmiləşməsi isə İrəvanın qərarından asılıdır”.
Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Fevral 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri