Icma.az
close
up
RU
Münhendən verilən mesaj: Yeni strateji mərhələ başlayır

Münhendən verilən mesaj: Yeni strateji mərhələ başlayır

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlətimizin başçısı İlham Əliyevin ötən həftə Almaniyaya səfəri zamanı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “France 24” telekanalına verdiyi müsahibədə jurnalistin “Avqustun 8-də Sizin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə üçtərəfli görüş keçirildi. Azərbaycan ilə Ermənistan arasında münaqişəyə son qoymaq, nəqliyyat marşrutlarının açılması və münasibətlərin normallaşdırılması haqqında bəyannamə imzalandı. Tam sülhün və tam normallaşmanın tezliklə olacağını düşünürsünüzmü?” sualına verdiyi cavab regionun gələcək geosiyasi dinamikasına dair mühüm mesajlarla yadda qaldı. Xüsusilə ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması və TRIPP – Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu layihəsi barədə səsləndirilən fikirlər diqqət mərkəzinə çevrildi.

Prezident açıq şəkildə bəyan etdi ki, Ermənistan ərazisindən keçərək Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək marşrutun reallaşacağına heç bir şübhə yoxdur. Onun sözlərinə görə, bu layihədə ABŞ-ın rolu həlledicidir və Prezident Trampın adını daşıyan təşəbbüs artıq Vaşinqtonun siyasi gündəliyindədir. Qeyd olundu ki, Ermənistan seqmenti cəmi 40 kilometrdən bir qədər artıqdır, halbuki Azərbaycan öz ərazisində yüzlərlə kilometr dəmir yolu inşa edir və Naxçıvanda geniş bərpa işləri aparılır. Bu fakt layihənin texniki baxımdan mürəkkəb olmadığını, əsas məsələni siyasi iradənin təşkil etdiyini göstərir.

Əslində, bu bəyanat “Zəngəzur dəhlizi” adlandırılan marşrutun yeni mərhələyə keçdiyini nümayiş etdirir. Əgər indiyə qədər məsələ əsasən regional müzakirə predmeti idisə, indi artıq qlobal aktorun açıq iştirakı ilə beynəlxalq layihə statusu qazanır. Bu isə Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişə biləcək addım kimi qiymətləndirilir.

Müsahibənin ikinci mühüm istiqaməti ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası oldu. Prezident İlham Əliyev bu sənədi ölkə üçün böyük uğur adlandıraraq Azərbaycanın dünyanın ən güclü dövləti ilə rəsmi strateji tərəfdaş statusu əldə etdiyini vurğuladı. Xartiyada müdafiə sənayesi, enerji, süni intellekt, investisiya, ticarət və bağlantı sahələri əhatə olunur. Eyni zamanda Azərbaycana silah tədarükü ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırıldığı bildirildi.

Bu məqam regionun təhlükəsizlik arxitekturası baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki müdafiə əməkdaşlığının genişlənməsi təkcə hərbi sahə ilə məhdudlaşmır, eyni zamanda siyasi çəkini və strateji balansı da formalaşdırır. Azərbaycanın həm enerji təhlükəsizliyi, həm də nəqliyyat dəhlizləri üzrə rolu nəzərə alındıqda, Vaşinqtonla institusional əməkdaşlığın genişlənməsi ölkənin beynəlxalq mövqelərini daha da möhkəmləndirir.

Ötən həftə ABŞ vitse-prezidentinin səfəri də konkret nəticələrə yönəlmiş diplomatik addım kimi qiymətləndirilir. Bu səfər göstərdi ki, Vaşinqton Cənubi Qafqazı artıq kənar müşahidəçi kimi deyil, birbaşa tərəfdaşlıq platforması kimi görür.

Beləliklə, Münhendə səslənən fikirlər sadəcə siyasi bəyanatlar deyil: onlar yeni nəqliyyat marşrutlarının açılması, təhlükəsizlik əməkdaşlığının dərinləşməsi və Azərbaycanın qlobal geosiyasi mövqeyinin güclənməsi istiqamətində atılan real addımların anonsu kimi qəbul olunur. Region üçün isə bu, yeni mərhələnin başlanğıcı deməkdir.

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Fevral 2026 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri