Icma.az
close
up
RU
Münxen, Nürnberq, Paris, Brüsseldən sonra bu dəfə Haaqa Azərbaycanın mina qurbanlarının səsini dinləyib

Münxen, Nürnberq, Paris, Brüsseldən sonra bu dəfə Haaqa Azərbaycanın mina qurbanlarının səsini dinləyib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də Niderland Krallığının Haaqa şəhərinin mərkəzi “Grote Marktstraat” küçəsində Azərbaycanın mina qurbanlarına həsr olunmuş fotosərgi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Gilavar” Foto Klubu İctimai Birliyi tərəfindən icra olunan “Mina qurbanlarının Avropa fotosərgiləri” layihəsi çərçivəsində keçirilib. Layihənin Niderlanddakı yerli tərəfdaşı “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyidir.

“Gilavar” Foto Klubu İctimai Birliyinin sədri Rəşad Mehdiyev bildirib ki, Haaqa dünyada Beynəlxalq Ədalət Məhkəməsinin, Beynəlxalq Cinayət Məhkəməsinin və bir sıra mühüm tribunalların mənzil qərargahı, “beynəlxalq hüquq paytaxtı” kimi tanınır: “Ona görə də Almaniya, Fransa, Belçikadan sonra sərgimizi məhz bu rəmzi şəhərdə yekunlaşdırırıq. Döqquz gün ərzində 5 Avropa şəhərində keçirdiyimiz izdihamlı fotosərgilər Ermənistanın mina müharibəsinin dinc, günahsız insanların həyatında səbəb olduğu faciələri, izləri nümayiş etdirdi. Hələ də Azərbaycan tərəfinə dəqiq mina xəritələri təhvil verilməyib. Biz minasız, sülh içərisində olan Cənubi Qafqaz arzulayırıq, mina qurbanlarına ədalət tələb edirik. Bu sərginin oktyabrın 4-də - Ermənistan tərəfindən dinc əhalinin Gəncədə raket hücumlarına məruz qaldığı günün ildönümündə keçirilməsi də təsadüfi deyil. Gəncəyə hücum növbəti Xocalı soyqırımı cəhdi idi. Biz bu sərgini Haaqadakı Xocalı abidəsi olan ərazidə əmin-amanlıq, sülh rəmzi sayılan zeytun ağacı əkməklə bitirdik. Bu zeytun ağacı Ermənistanın Azərbaycan ərazilərində yerləşdirdiyi minaların partlaması nəticəsində həyatını itirən və xəsarət alanların əziz xatirəsinə dərin ehtiramı ifadə edir”.

Fotosərgi mina qurbanlarının ağrılı hekayələrini, itkilərini və həyat iradəsini əks etdirib. Haaqa sakinləri mina qurbanı Elçin Quliyevin fotosu üzərində bu sözləri oxuyub: “Mina üçün millət və peşə fərqi yoxdur. O, yalnız addımlarımızı sayır. Mənim peşəm minatəmizləyən idi, həyatları xilas etmək arzusu ilə axtarış aparanda sağ ayağımı mina partlamasından itirdim”. Mina qurbanı Elvin Qafarov isə Haaqa sakinlərinə fotosu vasitəsilə bu sözlərlə xitab edib: “Kənd sakini idim, nə əsgər, nə zabit. Gündəlik işimlə məşğul olarkən minaya düşdüm, sol ayağımı itirdim. Həyatım çox sadə olsa da, mina faciəsinin mənə yaşatdığı ağrılar onu mürəkkəb, dözülməz etdi”.

Münxen, Nürnberq, Paris, Brüsseldən sonra bu dəfə Haaqa Azərbaycanın mina qurbanlarının səsini dinləyib. Bununla da, “Gilavar” Foto Klubu “Mina qurbanlarının Avropa fotosərgiləri” layihəsinə yekun vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Oktyabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri