Icma.az
close
up
RU
Müqəddəs adların verildiyi kafe restoranlar: Qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər

Müqəddəs adların verildiyi kafe restoranlar: Qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zaman-zaman iaşə obyektlərinə verilən adlar müzakirə predmetinə çevrilir. Səbəb isə odur ki, bəzən ən müqəddəs adlar, xalqın, ölkənin tarixi, mənəvi həyatında dərin izlər buraxan hadisələri əks etdirən özəl günlər elə obyektlərə verilir ki, orada müqəddəslikdən söhbət belə gedə bilməz.

Bu cür məsələlərin ictimai qınağa çəkilməsi normal, hətta zəruridir.

Bakıvaxtı.az xəbər verir ki, Xırdalan şəhəri “Abşeron” Gənclər Şəhərciyində bir çay evi var, orada pivə də satılır. Hər gün domino çırpılır, nərd oynanılır. Və belə bir yerdə söyüş və təhqir də qaşılmaz olur. Məkan “44 GÜN Çay Evi” adlanır. Əksəriyyət hesab edir ki, belə məkanlara müqəddəs və müzəffər bir tarixin adı verilməməlidir.

Qeyd edək ki, bənzər problemlər kifayət qədərdir. Həm paytaxt Bakıda, həm də regionlarda "Zəfər", “Dəmir yumruq” və s. adlarda içkili-əyləncəli mərkəzlər də fəaliyyət göstərir.

Bakıvaxtı.az ümid edir ki, aidiyyəti qurumlar belə məsələlərlə bağlı lazımi ölçü götürüb, prosesə çəki-düzən verəcəklər. Ayrı-ayrı iaşə obyektlərinin müqəddəs, müzəffər və tarixi günlərimizlə bağlı yol verdikləri nöqsanları aradan qaldırmağa müyəssər olacaqlar.

Milli Məclisin üzvü Ceyhun Məmmədov Bakıvaxtı.az-a deyib ki, bu tipli adlar, rəmzlər bizim üçün müqəddəsdir. Deputat vurğulayıb ki, müəyyən iaşə obyektlərinə, məkanlara ad seçiminə çox həssaslıqla, diqqətlə yanaşmalıyıq:

"Hər birimiz bu adların müqəddəsliyini qorumalıyıq. Bu, təkcə dövlətin üzərinə düşən vəzifə deyil. Ayrı-ayrı vətəndaşlar da sözügedən terminlər nə qədər cazibədar, diqqətçəkən olsa da, o cür adlarla məkan açılışlarına son qoyulmalıdır. Bizim üçün müqəddəsləşmiş terminlərin həmin məkanlara verilməsi etikdən kənar bir davranışdır. Rəqs olan, musiqi olan və ya içki məclisi olan yerlərə bu cür adların verilməsi kökündən yanlışdır, səhvdir. Biz bu məsələni özümüz diqqətdə saxlamalıyıq, böyük həssaslıqla və diqqətlə yanaşmalıyıq. Belə hərəkətlər əldə etdiyimiz uğurlara, müqəddəsliyə ziddir”.

Ceyhun Məmmədov: İaşə obyektlərinə, məkanlara ad seçiminə çox həssaslıqla, diqqətlə yanaşmalıyıq

Deputat hesab edir ki, ona görə də ilk növbədə vətəndaşlar özləri bu məsələdə diqqətli olmalıdırlar. Yəni ad seçimləri ticarətlərinə müsbət təsir göstərsə də, bunu etməməlidirlər. Bu, qəbuledilməz və yolverilməz bir davranışdır.

Müsahibimiz qeyd edib ki, dövlət qurumları, müvafiq müəssisələr də bu cür məsələlərə nəzarət etməlidirlər:

"Məsələn, Bakı Şəhər İcra Hakimiyyətinin müəyyən strukturları, İqtisadiyyat Nazirliyi, Reklam Agentliyi nəzarət etməldir ki, belə hallar geniş yayılmasın. Bizim üçün müqəddəsləşmiş adlar, terminlər ucuzlaşdırılmasın, hörmətdən salınmasın. Ümumiyyətlə, ehtiyac varsa, qanunvericiliyə də müəyyən dəyişiklik edilməsi nəzərdən keçirilə bilər".

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Sentyabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri