Müqəddəs savaşın başladığı GÜN
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan tarixində mühüm yer tutan 27 Sentyabr – Anım Günü Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiramın, onların müqəddəs ruhu qarşısında sonsuz minnətdarlığın ifadəsidir.
Tariximizə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi ölkəmizin hərbi gücünün, Silahlı Qüvvələrimizin peşəkarlığının, Ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrildi. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncamda deyilir:
“Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir”.
"27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusu Ermənistanın təxribatçı hərəkətlərinə cavab olaraq, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda genişmiqyaslı hərbi əməliyyatlara başladı. Təxminən 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızın azad olunması naminə Ordu ilə xalq, hakimiyyətlə müxalifət bir araya gələrək vahid mövqedən çıxış etdilər".
Bu fikirləri "Cebheinfo.az"-a açıqlamasında Ədalət Partiyasının sədri Mütəllim Rəhimli deyib. Partiya sədrinin sözlərinə görə, ilk növbədə döyüşlərdə birbaşa iştirak edən şəxslərin şücaətini və qəhrəmanlığını xüsusilə qeyd edilməlidir:
"Onlar Vətənimizin azadlığı uğrunda canlarından keçməyə hazır və qadir olduqlarını bir daha sübut etdilər. Onların göstərdiyi qəhrəmanlıq Azərbaycan tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. 27 Sentyabr – Anım Günü təkcə şəhidlərimizi yad etdiyimiz gün deyil. Əlbəttə, şəhidlərimizin müqəddəs xatirəsini xüsusi ehtiramla yad etməliyik.
Bununla yanaşı, qazilərimizin fədakarlığını, ordu ilə eyni mövqedə dayanan, döyüşlərin gedişini həssaslıqla izləyən və Vətən naminə öz mövqeyini ortaya qoyan hər bir Azərbaycan vətəndaşının rolunu da qeyd etməliyik".
Partiya sədrinin sözlərinə görə, bu prosesdə kifayət qədər səriştə göstərən hakimiyyət qurumlarını, eyni zamanda ona dəstək verən müxalifət düşərgəsini də xüsusilə vurğulamaq lazımdır:
"Çünki Vətən məsələsi qarşısında xalqın müxtəlif siyasi və ictimai təbəqələrinin vahid mövqedən çıxış etməsi həmin dövrün mühüm reallıqlarından biri idi. Biz Anım Gününü yalnız göz yaşları içində qeyd etməməliyik. Bu gün eyni zamanda, Vətənimizin bütövlüyü, xalqımızın qürurunun özünə qaytarılması uğrunda mərdlik və qəhrəmanlıq göstərən bütün Azərbaycan vətəndaşlarını xatırlamaq, onların xidmətlərini dəyərləndirmək və həmin prosesdə canını qurban verən insanları ehtiramla yad etmək günüdür.
Şəhidlərimizin və Vətən uğrunda mübarizə aparan insanların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq bizim mənəvi borcumuzdur. Çünki onların fədakarlığı yalnız bu günün deyil, gələcək nəsillərin də yaddaşında yaşamalı, Vətənə bağlılığın, mərdliyin və qəhrəmanlığın nümunəsinə çevrilməlidir".
Nigar Abdullayeva
"Cebheinfo.az"
Açar sözlər: 27 Sentyabr Mütəllim Rəhimli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:34
Bu xəbər 25 Sentyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















