Icma.az
close
up
RU
Menu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

KDÇ: “Çelsi”dən uğurlu start

Alimlər qanadsız külək turbinini yaradıblar...

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

“Zəngəzur dəhlizi açılacaq, başqa yol yoxdur”

Əhmədinejat öldürülüb? Ofisi məlumat yaydı

İrandan yeni cavab hazırlığı: Tel əvivlilər şəhəri tərk etsin!

Tramp İrana diplomatik siqnal göndərdi Təcili görüşlər gözlənilir KONKRET

İranın “qardaş”ı İsrail əleyhinə bəyanata imza atmadı

İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var

“Səbail”i nə gözləyir? qaranlıq aqibət

Müqəddəs üçlük Bir rəsmin dedikləri

Müqəddəs üçlük Bir rəsmin dedikləri

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Gülbən Abdullayevadır. Onunla məşhur rusiyalı rəssam Andrey Rublyovun "Müqəddəs üçlük" ikonasından danışmışıq.

Rəssam, ikonoqraf Andrey Rublyovun doğum tarixi və doğulduğu yer haqqında dəqiq məlumat olmasa da, onun Moskva yaxınlığında dünyaya gəldiyi ehtimal edilir. Gənclik illərində monastır həyatına qoşulub, dini və ikonoqrafik təlimlər alıb. Feofan Qrek və Proxor Qorodetski onun yaradıcılığına təsir göstərən əsas müəllimlərdəndir. Rəssamlıqla yanaşı, zahidlik, dua, sükut və mənəvi təmizlənmə Rublyovun həyatının ayrılmaz hissəsi olub. O, bir çox rəsmini monastırlarda ibadət məqsədilə çəkib, özünü əsərləri ilə ruhani xidmətə həsr edib. Ən çox yaşadığı və fəaliyyət göstərdiyi məkanlardan biri Andronikov monastırı olub. Əsərlərində ilahi nur, mülayimlik, sülh və sevgi motivləri var. Sərtlik və qorxu əvəzinə mehribanlıq və bağışlama duyulur. Xristian ilahiyyatını vizual olaraq yüngülləşdirərək tamaşaçıya sevgi dolu Tanrını tanıtmağa çalışır. Onun rəng palitrası yüngül, şəffaf və mənəvi nurla doludur. Üz ifadələri zərif, dərin və meditativdir. Rublyovadək rus ikonaları daha sərt və qorxuducu tanrı obrazlarında təqdim edilirdi. Rublyov isə ilk dəfə sevən və mərhəmətli tanrı ideyasını rənglər və simvollarla çatdırdı. O, insanı qorxutmaq yox, şəfa vermək və ruhi yüksəliş qazandırmaq istəyirdi. Bu, həm də rus ikona sənətində bir inqilab idi: ilahi sənətin ruhani missiyasına yönəlmiş dönüş nöqtəsi idi.

- "Müqəddəs üçlük" Rublyov yaradıcılığının hansı dövrünə təsadüf edir?

- Bu ikona təqribən 1411-1427-ci illər arasında çəkilib. Sözügedən dövr Rusiyanın daxili siyasi parçalanma, monqol-tatar əsarətindən çıxış, kilsənin birləşdirici rol axtarışı və ruhən dirçəliş dövrüdür. Moskva knyazlığı güclənirdi, ancaq ölkədə hələ də sabitlik yox idi. Rublyovun əsəri bu çətinliklər fonunda sülhə, birlik və ruhani dirçəlişə çağırış idi. Əsər Müqəddəs Sergi Radonejskinin şərəfinə çəkilib. Rublyov ikonanı Sergi Radonejskinin vəfatından sonra onun monastırında, Müqəddəs Üçlük-Sergi Lavrasında yaradıb. Sergi Radonejski 14-cü əsrdə Rusiyada ruhani yenilənmənin və milli birliyin simvolu idi. Onun davamçıları, xüsusilə də Şimon monarxları, Rublyovdan Müqəddəs Üçlük mövzusunda bir ikona yaratmağı xahiş etdilər - bu həm Serginin ideallarına ehtiram, həm də Tanrının üç şəxsiyyətində birliyini simvolizə edən mənəvi rəmz olmalı idi. Rublyov bu ikonanı çəkəndə ənənəvi pravoslav ikonoqrafı qaydalarını qoruyur, amma onları daha yumşaq, sevgi dolu və insanı sakitləşdirən üsluba çevirir. Əsər taxta lövhə üzərində yumurta temperası ilə çəkilib. Bu, o dövr üçün standart texnikadır. Rənglərin seçimi və işıqlandırma rublyovun mistik duyarlığını və estetik zövqünü əks etdirir. Əsərin əsas məqsədi yalnız dini ibadət deyil, həm də ilahi vəhdət ideyasını xalqa göstərmək, insan ruhunu sülhə yönəltmək, Müqəddəs Serginin birləşdirici irsini davam etdirmək idi. Əsər əvvəlcə Müqəddəs Üçlük monastırında qorunurdu. 20-ci əsrdə Tretyakov Qalereyasına köçürüldü və orada restavrasiya olundu. Hazırda bu ikona Rusiyanın ən qiymətli dini-sənət incisi sayılır. 1966-cı ildə rejissor Andrey Tarkovskinin çəkdiyi "Andrey Rublyov" filmində də bu ikona və onun yaranması önəmli yer tutur. Rublyovun "Müqəddəs Üçlük" ikonası daxili parçalanmanın içində birlik çağırışı idi. Ruhani liderə ehtiram, eyni zamanda Tanrıya olan sevginin və inamın bədii ifadəsi idi. O, həm bir dövrün şahidi, həm də bəşəriyyətin mənəvi dəyərinin simvoludur.

- Əsərin rəng həlli necədir?

- Gəlin hər rəngin verdiyi mesajı ayrılıqda təhlil edək. Başlayaq səma mavisindən. İkonada hər üç mələkdə bu rəng var, bu isə onların ilahi təbiətini və səmavi mənşəyini göstərir. Mavi rəng sakitlik, hüzur, ruhani dərinlik və əbədiyyət rəmzidir. Məsihin təsviri isə daha dərin və tünd mavi üstünlük təşkil edir. Bu onun Tanrı olduğu qədər insan olduğunu da vurğulayır. Qırmızı və tunc rəngi ortadakı mələyin (İsanın) libasında var. Qırmızı qurbanı, sevgini, qanı, xilası simvolizə edir. İsanın insan kimi yerə enməsi və çarmıxa çəkilməsi bu rəng vasitəsilə çatdırılır. Sağdakı mələk yaşıl geyimlidir. Yaşıl rəng dirilik, həyat, təbiət, yaradılış və ruhani nəfəs simvoludur. Müqəddəs Ruhun həyata ruh vermə funksiyası bu rənglə simvollaşır.

Soldakı mələyin libasında qızılı və torpaq çalarları var. Qızılı rəng: ilahi nur, şəfəq, əzəmət, əbədi hakimiyyət və qutsallıq rəmzidir. Bu rəngin istifadə olunması ikonaya səmavi parlaqlıq hissi verir. Rublyov ağ və bej tonlarını çox yumşaq şəkildə tətbiq edir. Bu isə əsərdə sükunət və dərinlik yaradır. Hər şey təbiidən daha ilahidir, bu da ikonaya mistik və mənəvi hal bəxş edir. Masa isə açıq qəhvəyidir, bu, torpağa bağlılıq, real dünya ilə ilahi dünyanın qovuşmasını simvolizə edir. Fon sadələşdirilmiş və yüngül tonlarla çəkilib, məqsəd diqqəti əsas fiqurlara yönəltməkdir. Rənglər əsərdə çox ahəngdardır, bir-birini tamamlayır, ziddiyyət yaratmır.

- Əsərdə gördüyümüz rənglərin heç biri kəskin deyil. Bu, nədən irəli gəlir?

- Rublyov bununla sülh, təmizlik və Tanrının şəfqətinə dair mesaj verir. Rənglərin bu harmoniyası üç şəxsiyyətin birliyini Müqəddəs Üçlüyün vəhdət içində fərqliliyini vurğulayır. O, rəng vasitəsilə: teoloji anlayışları vizual hala gətirir, ilahi harmoniyanı rənglərlə hiss etdirir, tamaşaçını ruhani rahatlığa və daxili təfəkkürə yönəldir. Bu, sadəcə gözəllik üçün yox, sənətdə dua etmək üsuludur.

- Kompozisiya haqqında nə deyə bilərsiniz?

- Kompozisiya dairəvi və üçbucaqlı quruluşa əsaslanır. Bu, Üçlüyün birliyi və bərabərliyi fikrini simvollaşdırır. Üç mələk (Ata, Oğul, Ruh) dairə şəklində bir masanın ətrafında oturub. Aralarındakı baxışlar, duruşlar və əl hərəkətləri bir-birini tamamlayır və sanki onlad səssiz ünsiyyətdədirlər.

- Mələklər kompozisiyada bərabərbucaqlı üçbucaq formasında təsvir olunub.

- Bu, Tanrının üç şəxsiyyətində bir vəhdət olduğunu göstərir. Sözügedən simvol həm də Pravoslav teologiyasında Müqəddəs Üçlük anlayışını vizual olaraq izah edir. Fiqurların yerləşməsində isə görürük ki, soldakı mələk - Ata - Tanrı: sakit, şərafətli pozada, baxışları sabitdir. Ən "uzaq" və "əbədi" kimi təsvir olunub. Ortadakı mələk - oğul (İsa Məsih): əli masanın üzərindəki qədəhə yönəlib (qurbanlıq simvolu), baxışı bir az aşağı yönəlib. Sağdakı mələk - Müqəddəs Ruh: başını İsaya tərəf əymiş, yumşaq baxışlı və "canlandırıcı" bir varlıq kimidir. Masanın ortasında bir qədəh yerləşir onun içində qurbanlıq dana təsvir olunub. Bu, İsanın gələcəkdə çarmıxa çəkilməsini və qurban olmasını simvolizə edir. Masa kompozisiyanın mərkəzidir, ətrafındakı mələklər həm fiziki, həm də mənəvi baxımdan onun ətrafında birləşir.

- Bu əsər hazırda harada saxlanılır?

- İkona 20-ci əsrin əvvəllərində Tretyakov Qalereyasına köçürülüb. Orada bərpa olunmuş, mühafizə şəraitində saxlanılır və Rusiya ikon sənətinin ən qiymətli incisi kimi sərgilənir. Hazırda qalereyanın daimi ekspozisiyasında, xüsusi qorunan şəraitdə nümayiş etdirilir. Əsər ilk dəfə Müqəddəs Üçlük-Sergi Lavrasında olub. Bura Moskva yaxınlığında yerləşən məşhur pravoslav monastır kompleksidir. Müqəddəs Sergi Radonejskinin şərəfinə çəkildiyi üçün, əsər uzun illər həmin monastırda ibadət məqsədilə saxlanılıb. Əlavə olaraq onu da qeyd edim ki, 2023-cü ildə Rusiya hökuməti tərəfindən qərar verilərək, "Müqəddəs Üçlük" əsəri müvəqqəti olaraq yenidən Troitse-Sergiyev Lavrasına köçürüldü, lakin bu, mübahisə yaratdı, çünki əsər çox kövrək olduğu üçün yerinin dəyişdirilməsi riskli idi. Buna görə də əsərin Tretyakov Qalereyasında elmi nəzarət altında qorunmasına qərar verilib.

- "Müqəddəs üçlük" Rublyovun digər dini motivli əsərlərindən hansı xüsusiyyətlərinə görə fərqlənir?

- Əvvəla, qeyd edək ki, Rublyovun əsərlərində ruhani sakitlik və sevgi var, fiqurlar sərt deyil, yumşaq, baxışları sakit və şəfqətlidir, ikonalarda aqressiya və qorxu yoxdur, simvolik yüklü rənglər var. O, rəng seçimini teoloji simvolizmə əsaslanaraq edirdi məsələn: mavi - ilahi, qızılı - nur, yaşıl - həyat. Sonra işığın daxildən gələn effekti, rənglər və fiqurlar sanki nur içində görünürdü, bu da onları ilahi bir hal ilə əhatə olunmuş kimi göstərirdi. Rəssamın hər bir əsəri sanki sakit təfəkkür və ibadət vasitəsi idi, Rublyov sənətə dua kimi yanaşırdı. Əsərlərində kompozisiya harmoniyası həmişə qorunur və bərabərlik, tənzimlənmiş məkan, vahid mərkəz olurdu.

"Müqəddəs Üçlük"də tamamilə şiddətsiz obrazlar görürük. Heç bir dramatizm, qorxu və ya günah ideyası yoxdur. Əksinə, müqəddəs sükunət və vəhdət hiss olunur. Daxili dialoq və təkzib olunmaz harmoniya Üç mələyin baxışları, duruşları və əl hərəkətləri ruhani bir dairə yaradır. Bu, Rublyovun digər ikonalarında bu qədər tamamlanmış deyil. Digər ikonalar çox vaxt şaquli və ya mərkəzə yönəlik qurulurdusa, burada dairəvi dövr edən baxış xətti var, izləyicini meditativ sükunətə salır. Ən yüksək simvolik dərinlik "Müqəddəs Üçlük"dədir. Rublyov burada rəngləri sanki musiqi kimi düzür, kəskin kontrast yox, yalnız vəhdət var.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Bu əsər bizə deyir ki, tanrı üç şəxsiyyətli, amma bir mahiyyətlidir, bu vahidlik içində fərqlilik modelidir. Sevgi və harmoniya hər şeyin təməlidir. Ata, Oğul və Ruh arasındakı sözsüz anlayış və sakitlik bunu simvollaşdırır. Bu vəhdət modeli insanlar arasında da münasibətlərin necə olmalı olduğunu göstərir: anlayış, sakitlik, qarşılıqlı hörmət və bağlılıq. Əsər bizə deyir ki, əsl güc sakitlikdədir. Bəzən həyat xaotik ola bilər, amma içimizdəki "ilahi üçlük" ağıl, qəlb və ruh arasında harmoniya qurulsa, insan sabit və möhkəm qalır. Bu əsər insanı içə dönməyə, düşünməyə və rahatlıq tapmağa çağırır. Rənglərin yumşaqlığı və nur effekti bizə ümid və şəfqət hissi verir. İkon bizə deyir: "Qaranlıq yoxdur, yalnız hələ görünməyən işıq var". Allahın varlığı qorxu deyil, mərhəmət və istilikdir. Masadakı qədəhdəki qurbanlıq simvolik olaraq İsanın insanlıq uğrunda özünü fəda etməsini göstərir. Amma bu fədakarlıq acı və qorxudan yox, sevgi və könüllü təslimiyyətlə təqdim olunur. Əsər bizə deyir ki, fədakarlıq sevginin ən saf formasıdır. Ruhani dialoq səssiz, amma dərindir. Mələklər bir-birinə baxır, amma danışmırlar. Ruhlar danışır, bədənlər yox. Bu onu deyir ki, həqiqi ünsiyyət sözsüz də mümkündür: anlayış, baxış, mövcudluq bəs edir. Dostluqda, ailədə, sevgidə də bu səssiz ünsiyyət vacibdir. Bu ikon bizə ideal bir cəmiyyət modeli təqdim edir. İnsanlar fərqli ola bilər (üç şəxsiyyət), amma bir məqsədə qulluq edəndə müdriklik və barış yaranır. Əsər sanki insanlar arasında da müqəddəs birliyin mümkün olduğunu göstərir, əgər qürur yox, sevgi danışarsa. Nəticə etibarilə Rublyovun "Müqəddəs üçlük" ikonası Allahın qəzəb deyil, nur olduğunu, əsl gözəlliyin sükut və harmoniya içində gizləndiyini, varlığın sirrinin anlayış, mərhəmət və sevgi içində olduğunuı deyir. Bu əsərə rəsm kimi yox, dua kimi baxılır.

Aytac SAHƏD

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://525.az
archiveBu xəbər 18 İyun 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see226

KDÇ: “Çelsi”dən uğurlu start

17 İyun 2025 01:19see209

Alimlər qanadsız külək turbinini yaradıblar...

17 İyun 2025 20:37see181

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

18 İyun 2025 01:07see151

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

18 İyun 2025 01:26see138

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

17 İyun 2025 01:17see133

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

18 İyun 2025 01:31see127

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

17 İyun 2025 17:04see122

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

18 İyun 2025 17:44see119

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

17 İyun 2025 10:41see119

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

17 İyun 2025 19:27see116

“Zəngəzur dəhlizi açılacaq, başqa yol yoxdur”

17 İyun 2025 23:25see115

Əhmədinejat öldürülüb? Ofisi məlumat yaydı

17 İyun 2025 23:39see114

İrandan yeni cavab hazırlığı: Tel əvivlilər şəhəri tərk etsin!

17 İyun 2025 01:49see114

Tramp İrana diplomatik siqnal göndərdi Təcili görüşlər gözlənilir KONKRET

17 İyun 2025 10:41see114

İranın “qardaş”ı İsrail əleyhinə bəyanata imza atmadı

17 İyun 2025 01:58see113

İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

17 İyun 2025 20:19see113

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

18 İyun 2025 17:16see113

Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var

18 İyun 2025 01:15see112

“Səbail”i nə gözləyir? qaranlıq aqibət

17 İyun 2025 00:26see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri