Icma.az
close
up
RU
“Müraciətə əsasən, bank şirkətə 20 milyon dollar kredit ayırdı” “Şlyapa Zahid”in MƏHKƏMƏSİ AzPolitika onlayn siyasi ictimai qəzet

“Müraciətə əsasən, bank şirkətə 20 milyon dollar kredit ayırdı” “Şlyapa Zahid”in MƏHKƏMƏSİ AzPolitika onlayn siyasi ictimai qəzet

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahid qismində ifadə verən “Ata Bank”ın əməkdaşı olmuş Solmaz Əliyeva Zahid Niftəliyevi bankda 2-3 dəfə gördüyünü bildirib: “2004-cü ildən “Ata Bank”da çalışmışam. Hüquqi şəxslər bankda mədaxil və məxaric üçün əməliyyatçıya yaxınlaşır, sonra sənədlər mənə yönləndirilirdi. Sənədlərin dəqiqliyini yoxlayır, imzalayıb kassaya göndərirdim. Müştəri kassaya yaxınlaşaraq vəsaiti nağdlaşdırdı. Elə Zahid Niftəliyevi də bir dəfə kassada, bir neçə dəfə də bankda görmüşəm”.

Təqsirləndirilən Zahid Niftəliyev şahidi görmədiyini, bankda cəmi bir dəfə olduğunu və o zaman yalnız sənədləri imzaladığını bildirib.

Daha sonra məhkəmədə şahidin ibtidai istintaqa verdiyi ifadə elan edilib.

Şahid ibtidai istintaqa verdiyi ifadədə bildirib ki, bank tərəfindən “Şahin CO” şirkətinin hesabına müxtəlif vaxtlarda 21.279.000, 6,663.288, 39.733.891 dollar vəsait köçürülüb.

Eyni zamanda, 16.847.000 dollar digər şirkətə köçürülüb. Daha sonra 7.350.000 dollar məxaric olunub.

Bununla yanaşı, şahid müxtəlif vaxtlarda 625.000 və 683.000 dollar məbləğində kredit ödənişinin həyata keçirildiyini bildirib.

Təqsirləndirilən şəxs banka kredit borcu ödəmədiyini bildirib.

Daha sonra “Ata Bank”ın bank olmayan kredit təşkilatında çalışmış Rüfət Daşdəmirov şahid qismində ifadə verib.

Şahid müştərilərlə ünsiyyətinin olmadığını, yalnız ona ötürülən müraciətlərə əsasən əməliyyat apardığını bildirib:

“Müştərilər bankın filialına yaxınlaşır, filial müştəri ilə danışır, ödəmə qabiliyyətini yoxlayır, əməliyyat oradan bizə ötürülür. Biz əməliyyatı nəzərdən keçirir, aidiyyəti üzrə göndərirdik. Əməliyyat qərara əsasən icra olunur.

“Şahin Co” şirkəti tərəfindən filiala müraciət daxil olub. Filial müraciətə baxıb, bizə göndərib və kredit ayırmışıq. Orada qərarı mən vermirdim. Mən müştəri ilə ünsiyyətdə olmurdum. Əməliyyatı icra edirdim. Müraciətə əsasən, şirkətə 20 milyon dollar kredit ayrılıb. Kredit komitəsinin iclasında iştirak etsəm də, çıxış etməmişəm. Məruzəni bankın filialı edib”.

Hakimin sualına cavab olaraq şahid bildirib ki, müraciət hüquqi şəxs tərəfindən olunub: “Hüquqi şəxslərin nizamnamə kapitalı əksər hallarda 10-15 manat civarında olur. Elə müraciətin də əsas məqsədi şirkətin maliyyə dövriyyəsinin yüksəldilməsi istiqamətində olub”.

Dövlət ittihamçısının bu qədər böyük məbləğdə kreditin girovsuz ayrılması barədə sualına isə şahid bu qərarı bankın rəhbərliyinin verdiyini bildirib.
Şahidin indiki ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadə arasında ziddiyyət olduğu qeyd olunub.

Onun ilkin ifadəsi elan olunub. Orada şahid deyib ki, şirkətə kredit ayrılması qanunsuz olub. Kredit müraciətinin edildiyi gün şirkət yaradılıb. Bununla bağlı bankın idarə heyətinin sədri Dəyanət Quliyev göstəriş verib. Deyib ki, sənədlər yoxlanılsın, müraciət kredit komitəsində müzakirəyə çıxarılsın, qalan proseslə işiniz olmasın: “Bankın filialı məruzə ilə çıxış etdi. Mən bununla bağlı heç bir sənədə imza atmamışam. Bankın rəhbərliyi razılıq verib.

Bununla da kredit verilməsi barədə qərar qəbul olundu”.

Proses fevralın 5-də davam etdiriləcək.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, Z. Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATABank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “Ata Bank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “Ata Bank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Yanvar 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see242

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see196

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see190

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see175

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see171

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see153

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see149

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see145

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see132

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see132

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see128

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see127

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see126

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see125

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see123

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri