Icma.az
close
up
RU
Murad Ağabəyli: Şüvəlan ərazisində beş çimərlik əsasında yeni və daha böyük üç çimərlik yaradılıb

Murad Ağabəyli: Şüvəlan ərazisində beş çimərlik əsasında yeni və daha böyük üç çimərlik yaradılıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 30 avqust, AZƏRTAC

Yay mövsümünün əvvəlindən yerli və xarici turistlər tərəfindən edilmiş çoxsaylı müraciətlər əsasında Dövlət Turizm Agentliyi tərəfindən Abşeron yarımadasında yerləşən çimərliklərdə monitorinqlər həyata keçirilib. Monitorinqlər nəticəsində bəzi çimərliklərdə sanitar-gigiyenik vəziyyətin və minimal infrastrukturun olmaması diqqət çəkib. Bununla əlaqədar pilot layihə hazırlanıb və işlərə başlanılıb. Şüvəlan ərazisində iki çimərlik birləşdirilərək bir çimərlik kimi, ümumilikdə isə bu ərazidə beş çimərlik əsasında yeni, daha böyük üç çimərlik yaradılıb. Bu çimərliklər tamamilə ictimai əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.

M. Ağabəyli bildirib ki, bu çimərliklərdə fəaliyyət dövlət-özəl tərəfdaşlığı əsasında, yəni sahibkarlarla birgə həyata keçirilib: “İşin bir hissəsi sahibkarların maarifləndirilməsinə yönəlib. Ərazidə mövcud olan infrastruktur isə qarışıq və nizamsız tikililərdən ibarət idi. Bəziləri yarımçıq, bəziləri isə əsaslı formada inşa olunmuşdu ki, bu da həm ümumi görünüşü, həm də turistlərin rahat istifadəsini çətinləşdirirdi. Bundan əlavə, çimərliklərə girişdə müəyyən məhdudiyyətlər də mövcud idi”.

Göstərilən bu səbəblər nəzərə alınaraq həmin tikililər sökülərək yerində müasir çimərliklər yaradılıb: “Burada ümumi avtomobil dayanacağı, uşaq meydançası, əyləncə meydançası, futbol və voleybol meydançaları, sanitar qovşaqlar, soyunub-geyinmə otaqları, duşlar, çətirlər, şezlonglar və söhbətgahlar quraşdırılıb. Beləliklə, həm yerli, həm də xarici turistlər bu infrastrukturu tamamilə ödənişsiz şəkildə istifadə edə biləcəklər.

Agentlik rəsmisi bildirib ki, çimərliklərin davamlı fəaliyyətini təmin etmək üçün müəyyən xidmətlər də göstəriləcək:”Sahibkarlar bu xidmətlərdən istifadə etməklə maliyyə gəlirləri əldə edəcək və çimərliklərin təmizliyi ilə baxımını həyata keçirəcəklər. Bununla yanaşı, ərazilərdə kiçik kafe və satış köşkləri də yerləşdiriləcək. Beləliklə, turistlər rahatlıqla məhsullar əldə edə biləcək, sahibkarlar isə qazanc əldə edəcəklər. Gələcəkdə ictimai sifariş olarsa bu kimi pilot layihələr davam etdirilə bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Avqust 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri