Murad Arif “Biz “azəri” kəlməsinə çox aqressivik” dedi, müzakirələrə səbəb oldu
Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.
Bütün dünya ölkələrinin əhalisinə qısaldılmış xitablar verilir. Finlandiyalıya fin, İspaniyalıya ispan, Fransalıya fransız, Latviyalıya lat dediyimiz kimi, təbii ki, azərbaycanlıya da qısa xitab düşünüldü və məişətdə, poeziyada geniş istifadə olunur. Di gəl ki, biz “azəri” kəlməsinə çox aqressivik. “Azəri – İranda tayfa adıdır” deyənləri müzakirəyə çağırıram. Hansı sübut və mənbələrdə bu var?
Tribunainfo.az -ın xəbərinə görə, bunu müğənni Murad Arif bildirib.
““Azəri”-“Azər” bu sözlər elə bizi ehtiva edir. Odərlərdən gəlmə terminlərdir. Mən milliyətcə türkəm. Amma türklü, talışlı, tatlı, ləzgili, udinli hamımız azərbaycanlıyıq. Bu sözün məişətdə işlək, ixtisar forması da yaranıb. Bu mübahisə və dava mövzusu olmamalıdır. Azəri torpağının hamımız övladıyıq?!” – müğənni qeyd edib.
M.Arifi mövqeyinə görə dəstəkləyənlər olsa da, tənqid edənlər daha çox olub.
Pravda.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 04 Avqust 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















